Namiq Abbasov, Rəhim Həsənov
~ ~
126
ərzində o, yeməksiz yaşaya bilməyib əldən gedə, ömrü isə
əzab-əziyyət içində keçər və bu kimi vəzifələrin heç
birini yerinə yetirməyə müvəffəq olmazdı. Lakin bir-birinə
kömək etdikdə, onların hərəsi bu işlərdən birini yerinə
yetirdikdə özlərinə lazım olandan çox istehsal edərlər.
Artığını başqasına vermək və ya almaq yolu ilə müvazinət
yolu ilə tarazlıq əmələ gətirər. Yaşayış vasitələrini təmin
edər, özünü və növünü, mühafizə işini nizama salar, sis-
tem yaradar, necə ki, yaratmışdır da».
İctimai əmək bölgüsünün zəruriliyini belə əsaslandır-
dıqdan sonra Tusi cəmiyyətin əmələgəlmə səbəblərini
təhlil etməyə başlayır və yazır: «Dünyanın intizamı, məi-
şətin nizamı əməklə başa gəldiyindən, insan növü isə
əməksiz yaşaya bilmədiyindən əmək köməksiz, kömək isə
ictimasız ola bilməz. Deməli , insan növü öz təbiəti ilə
ictimaya möhtacdır».
Tusi «icma» sözü əvəzinə ərəbcə «şəhər» mənası verən
«mədinə sözünü işlədir. «Mədinə»ni coğrafi anlayış kimi
sırf «yer» mənasında deyil, ictimai münasibətlərdə olan in-
san icmalı kimi başa düşməyi xüsusi olaraq qeyd edirdi.
İctimai əməyi təşkil etmək, istehsal prosesində özba-
şınalıq və hərc-mərcliyə yol verməmək üçün müəyyən təd-
birlər görməyə ehtiyac doğur ki, Tusinin ifadəsi ilə bu
tədbirlər «siyasət» adlanır. Sonra siyasətin növü və təsni-
fatı verilir. Aristotelə əsaslanaraq siyasətin dörd növü gös-
tərilir: «ölkə», «qələbə», «kəramət» və «cəmiyyət siyasəti»
sonra siyasətin məzmunu açılaraq onların tərifi verilir,
nəhayət, «ölkə siyasəti», «siyasətlər siyasəti» adlandırılır.
«Siyasəti» həyata keçirmək üçün bir adama ehtiyac əmələ
gəlir. Bunun isə mütləq şah və ya hökmdar olması məcburi
deyildir. Tusi yazır: «Yeri gəlmişkən onu da deyək ki, hər