Namiq Abbasov, Rəhim Həsənov
~ ~
124
əhəmiyyət kəsb edirdi. İnsan-insan və insan-cəmiyyət
münasibətlərinin formalaşmasında, bərqərar olmasında
ədalətlilik amili, ədalətlilik prinsipi xüsusi bir səciyyə kəsb
edir. Kamil insan öz ədalətli və humanist fəaliyyəti ilə ətraf
mühitdə nümunəvi davranış göstərməlidir. Kamil və
müdrik insan öz kamilliyini cəhətdən cəmiyyətin mənəvi
cəhətdən təmizlənmiş ünsürlərini təşkil etməlidir.
Nəsirədin Tusinin gəldiyi qənaətə görə, nəfsi-izzəti
cilovlamağı bacaran, ağılı ilə hisslərinə qələbə çalmağı,
şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutan, humanist,
bəşəri əməllər yalnız müdriklikliyin və kamilliyin
yaranmasına səbəb olur. Mütəfəkkir müdrikliyi, kamilliyi
iffətli və şücaətli olmaqdan ayrı görmürdü. «Hər iffətli və
şücaətli adam hikmətli olmaz, lakin hər hikmətli həm
iffətli, həm də şücaətli olar»
Tusi insanlarda mövcud olan bütün mənəvi qüsurların,
əxlaqi nöqsanların səbəbini iradi cılızlıqda görürdü.
Mütəfəkkirə görə fiziki zəiflik insanlardakı iradi cılızlığın
başlıca arqumentidir. Tusidən sonra bir sıra məşhur alimlər
də insanlarda baş verən bir sıra qeyri-əxlaqi hərəkətlərin
başlıca səbəblərini bilavasitə iradi cılızlıqla, fiziki zəiflik və
mənəvi düşgünlüklə bağlı olduğunu izah etmişlər. Tusinin
qənaətincə, insanın iradi cəhətdən tərbiyə olunması onun
fiziki və mənəvi yetkinliyinin formalaşmasına təkan verir
və insanın kamil və müdrik bir şəxsiyyət kimi təşəkkül
tapmasında böyük bir əhəmiyyət kəsb edir.