Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə316/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   312   313   314   315   316   317   318   319   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

644 


Hamısı da uzaqdan bir-birinə oxşayırdı, hamısının da eyni dünyadan gəldiyi, eyni kökdən 

yarandığı bilinirdi, ancaq bununla belə, hamısı da tamamilə yeni idi. 

– Həyat adlı oyun bax budur, – deyə nəsihətə başladı. – Gələcəkdə öz həyatınızı istədiyiniz kimi 

qurar, canlandırar, dolaşdırar, zənginləşdirərsiniz  – hamısı öz  əlinizdədir.  Sözün yüksək 

mənasında dəlilik hər cür mudrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər 

bir fantaziyanın əvvəlidir. Hətta alimlər yarımçıq da olsa başa düşüblər ki, «Şahzadənin 

möcüzəli buynuzu» adlı o gözəl kitabda yazıldığı kimi, hər hansı alimin  əzablı, inadcıl  əməyi 

xəstəxanalara göndərilmiş bir sıra dəli  

sənətkarların dahiyanə əməkdaşlığı sayəsində yüksələ bilər. Bu balaca fiqurları da özünüzlə 

götürün.  

Onların yaratdığı həyat oyunu sizə hələ çox sevinclər bəxş edəcək. İndi qorxunc bir uyuğa 

çevrilib ovqatınızı korlayan fiqurları sabah ikinci dərəcəli zərərsiz bir oyuncağa çevirəcəksiniz. 

Bu gün, sanki, təpədən-dırnağacan bədbəxtliyə, günüqaralığa məhkum olunmuş hər hansı zavallı 

fiquru da növbəti oyunda şahzadəyə döndərəcəksiniz. Sizə xoş günlər arzulayıram, cənab! 

Minnətdarlıq əlaməti olaraq bu istedadlı şahmatçıya baş əydim, fiqurları da cibimə doldurub dar 

qapıdan çıxdım. 

Elə bilirdim, geri qayıdan kimi döşəmənin üstündəcə oturub saatlarla, lap əbədiyyətin özü qədər 

həmin fiqurlarla oynayacam, ancaq dəyirmi, işıqlı dəhlizə çatar-çatmaz məndən güclü olan yeni 

bir axarın qoynuna düşdüm. Gözlərim önündə bir plakat alışıb-yanmağa başladı: 

____________________________________________________________ 

Yalquzaq təliminin möcüzəsi 

____________________________________________________________ 

Bu yazı qəlbimdə müxtəlif duyğular oyatdı: keçmiş həyatımın, tərk etdiyim gerçəkliyin min cür 

qorxusu,  əzab-əziyyəti ürəyimi yamanca göynətdi. Əlim  əsə-əsə qapını açdım və gördüm ki, bir 

yarmarka xanəsindəyəm. İçərisində dəmir qəfəs düzəldilmişdi və həmin qəfəs də məni balaca 

səhnədən ayırırdı. Ortada bazar çərçilərinə oxşayan lovğa bir cənab – təlimçi dayanmışdı. Uzun 

bığları, möhkəm əzələləri, əynində də bər-bəzəkli sirk paltarı olmasına baxmayaraq, bu kişi lap 

iyrənc dərəcədə mənə bənzəyirdi. Yaman acınacaqlı səhnə idi: həmin qüvvətli kişi heyvərə, 

qəşəng, ancaq bir dəri bir sümük qalan, qul təki yazıq-yazıq baxan canavarın başına it kimi ip 

salıb oynadırdı.. Qansız bir təlimçinin belə 

nəcib, eyni zamanda da biabırçı dərəcədə itaətkar vəhşi heyvanı cürbəcür oyunlar çıxarmağa, 

görünməmiş tamaşalar göstərməyə məcbur etməsi maraqlı olduğu qədər də dəhşətli, şirin olduğu 

qədər də iyrəncdi. 

Ancaq kişi – mənim bir parçamdan yaranan o lənətə gəlmiş  əkiz qardaşım öz canavarını yaxşı 

əhliləşdirmişdi,  əsl möcüzə idi. Heyvan onun  əmrlərini diqqətlə yerinə yetirir, it kimi hər 

sözünü, işarəsini başa düşür, gah dizi üstə çökür, özünü ölülüyə qoyur, gah da nökərçilik edir, bir 

kömbə çörəyi, yumurtanı, bir parça əti, dolu səbəti ədəblə, itaətkarlıqla ağzına alıb gətirir. Bunlar 

bir yana, təlimçinnn yerə tulladığı qamçını dişi ilə götürüb, dözülməz dərəcədə yaltaqlana-

yaltaqlana, quyruq bulaya-bulaya onun dalınca aparırdı. Sonra səhnəyə bir dənə adadovşanı, bir 

dənə də dümağ quzu buraxdılar. Düzdür,  

dişlərini qıcadı, ağzının suyunu saxlaya bilmədi, ancaq yenə də heç birinə toxunmadı. Təlimçinin 

əmri ilə titrəyə-titrəyə döşəməyə sinmiş heyvanların üstündən ustalıqla hoppandı, bu az imiş 

kimi, sonra da onların arasında uzandı, qabaq pəncələri ilə ikisini də elə qucaqladı ki, deyərdin, 

hamısı bir ailədir.  




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

645 


Adamın ürəyi yerindən oynayırdı. Axırda da insanın əlindən bir parça şokolad alıb yedi. Bu 

canavarın öz təbiətini necə fantastik dərəcədə dəyişdiyinə baxmaq əsl işgəncəydi və ona görə də 

tüklərim biz-biz oldu. 

Ancaq ikinci hissədə həyəcanlanmış tamaşaçı da, canavarın özü də bu işgəncələrin əvəzini aldı. 

Xalis təlim proqramı qurtarıb, təlimçi də şəstlə, şirin təbəssümlə quzu-canavar dəstəsinə baş 

əyəndən sonra rollar dəyişdi. Harriyə oxşayan təlimçi ikiqat olub qamçısını canavarın ayaqları 

altına atdı və bayaqkı heyvan kimi yazıq görkəm aldı, titrəməyə, büzüşməyə başladı. Canavar isə 

gülə-gülə dodaqlarını yaladı. Əvvəlki  əzab-əziyyətindən, saxtakarlığından nişanə qalmadı. 

Gözləri alışıb-yandı, bütün bədəni tarımlandı, təzədən tapdığı vəhşiliyin qoynunda əsl canavara 

döndü. 


İndi o əmr edir, insan da yerinə yetirirdi. Canavarın göstərişi ilə insan diz çökdü, canavar rolunu 

oynadı, dilini çıxarıb ləhlədi, doldurulmuş dişləri ilə öz  əynindəki paltarı cırıq-cırıq elədi. İnsan 

təlimçisinin  əmri ilə yazıq gah iki ayağı üstə, gah da dördəlli yeridi, nökərçilik elədi, özünü 

ölülüyə vurdu, canavarı belinə mindirib gəzdirdi, qamçısının dalınca apardı. Xüsusi istedadla, lap 

it kimi, görünməmiş təhqirlərə, alçaqlığa dözdü. Səhnəyə qəşəng bir qız çıxdı, bu  əl kişisinə 

yaxınlaşdı, çənəsini sığalladı, yanağını yanağına söykədi, ancaq o, heyvansayağı dayanıb heyvan 

kimi də qaldı, başını bulayaraq həmin gözələ dişlərini ağartdı. Axırda da lap canavar kimi qıcadı 

və qız da qorxusundan qaçıb getdi. Qabağına şokolad qoydular, ancaq ikrahla imsiləyib geri 

itələdi. Nəhayət,  

bayaqkı ağ quzu ilə kök ada dovşanını gətirdilər və qabil insan son bacarığını göstərdi, canavar 

rolunu oynadı. Əsl tamaşa idi: o, əlləri, dişləri ilə fəryad qoparan heyvancığazları didik-didik 

elədi, parçaladı, irişə-irişə onların buğlanan çiy ətini gəmirdi, məst ola-ola, ləzzət ala-ala isti 

qanını içdi. 

Dəhşət içində geri qaçdım. Bildim ki, bu sehrli teatr xalis cənnət deyil. Üzdən gözəl görünən üst 

qatını götürəndə, başdan-ayağa cəhənnəmə dönürmüş... Aman Allah, məgər burada da qurtuluş 

yoxdu? 


Qorxu içərisində ora-bura vurnuxur, ağzımda qan dadı, şokolad dadı hiss edir, ikisindən də 

iyrənir, həsrətlə bu kədərli dalğanın qoynundan çıxmağı arzulayır, var gücümlə gözlərim önünə 

daha xoş, daha dözümlü mənzərələr gətirməyə çalışırdım. Daxilimdə bir səs baş qaldırdı: 

«Dostlar, belələri lazım deyil!» Eymənə-eymənə müharibə vaxtı hərdən gözümə sataşan o iyrənc 

cəbhə şəkillərini xatırladım: yumaq kimi bir-birinə sarılmış cəsədlər...  əleyhqaz altında ağaran 

dişlər... şeytan sifətinə dönmüş üzlər... Müharibəyə düşmən kəsilmiş  bir insanpərvər kimi belə 

şəkillərdən dəhşətə gəldiyim zamanlar nə qədər səfeh olmuşam?! Bu gün bildim ki, heç bir 

təlimçi, heç bir nazir, heç bir general, heç bir axmaq mənim yaddaşımdakı kimi dəhşətli, vəhşi, 

qəzəbli, çiy, səfeh xatirələrə, hadisələrə dözə bilməz. 

Nəfəsimi dərib yüngülləşdim, lap tamaşanın  əvvəlində o qəşəng oğlanı özünə çəkən lövhəni 

xatırladım: 

____________________________________________ 

Butün qızlar sənindir 

_____________________________________________ 

Mənə elə gəldi ki, hamısını üst-üstə götürəndə, bundan yaxşısı yoxdur. O lənətə gəlmiş canavar 

dünyasından canımı qurtardığıma sevinərək içəri girdim. 

Möcüzəyə bax: bu  əfsanə, bu doğmalıq qəlbimi riqqətə gətirdi... Gənclik  ətri üzümə vurdu, 

yeniyetmə, ərgən çağlarının ab-havasına bələndim, damarlarımdan keçmişin qanı axmağa 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə