Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə75/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
241 
düzənli  bir  mason  təĢkilatıdır.  Bir  Böyük  Lojaya  bağlı  olan 
lojaların düzənli sayılması üçün isə onun birincinin qərarlarına 
uyğun  fəaliyyət  göstərməsi  lazımdır.  Əks  halda, loja  düzənsiz 
sayılır.  Tərkibində  düzənsiz  bir  loja  olan  Böyük  Loja  da 
düzənliliyini itirmiĢ sayılır.  
 Hər  böyük  loja  mövcud  olduğu  ölkənin  qanunlarına  uyğun 
olaraq  qurulmuĢ  hər  hansı  bir  dərnək,  ictimai  təĢkilat  kimi 
fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil 
edəcək  nümayəndələr  seçir.  Nümayəndələr  bir  araya  gələrək 
böyük lojanın idarə heyətini təĢkil edir. Böyük lojanın üzvləri 
bu  heyətə  demokratik  üsullarla  seçilir.  Böyük  lojaların  üzvləri 
lojalardan fərqli  olaraq bir illik deyil, iki illik müddətə  seçilir. 
Masonluqda  yalnız  lojaların  deyil,  bütün  üzvlərin  də  düzənli 
olması  vacibdir.  Bir  masonun  düzənli  intizamını  qoruması 
onun masonik öhdəlikləri yerinə yetirməsilə bağlıdır. Masonik 
öhdəliklər  ölkənin  qanun  və  cəmiyyətin  ənənələrinə  uyğun 
olmaq,  masonluğun  amac  və  prinsiplərini  mənimsəmək,  üzvü 
olduğu  mason  təĢkilatının  qərarlarına  əməl  etmək,  təĢkilatın 
toplantılarında  müntəzəm  iĢtirak  etmək,  üzvlük  haqlarını 
zamanında  vermək,  tapĢırıqları  vaxtında  yerinə  yetirmək, 
masonluqda verdiyi  sözə sadiq  qalmaq və bir masona  yaraĢan 
Ģəkildə  yaĢamaq.  Masonlara  görə,  masonluğa  girdiyi  kimi 
masonluqdan  çıxmaq  da  mümkündür.  Ġstefaya  getmiĢ  mason 
sadəcə  “yatmıĢ  masondur”.  Ancaq  masonların  bu  barədə 
açıqladıqları  fikirlərdə  ziddiyyət  var.  Bir  tərəfdən, 
masonluqdan çıxmanın mümkün olduğunu söyləsələr də, baĢqa 
bir  tərəfdən  də  masonluqdan  çıxmıĢ  birisinin  sadəcə  “yatmıĢ 
mason” olduğunu bildirirlər. Öz arzusu ilə masonluqdan çıxmıĢ 
bir mason üçün dönüĢ qapısı açıq tutulur və bu səbəbdən də o, 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
242 
çıxandan  sonra  da  üzvlüyünü  davam  etdirmiĢ  sayılır.  Ġntizam 
qaydalarına  əməl  etməyən  bir  masonun  masonluqdan 
çıxarılması da baĢ verə bilər. Belə halda buna “intizamsız elan 
edilmiĢ”  deyilir.  O  da  öz  istəyi  ilə  masonluqdan  ayrılıb 
“yuxuya  getmiĢ”  mason  kimi  bir  gün  “oyana”  bilir. 
Masonluqda “yatmıĢ” kəlməsi simvolik məna daĢıyır. Bu ifadə 
hətta qapanmıĢ bir loja üçün də istifadə olunur. YatmıĢ mason 
və  ya  lojanın  təkrar  hərəkətə  gəlməsi  üçün  onun  bu  barədə 
istəyinin müsbət qarĢılanması Ģərtdir. 
 OBEDĠYANS- “Böyük  loja” ilə  eyni  məna daĢıyan bu kəlmə 
əslində  masonluqda  bir  termin  kimi  istifadə  olunur.  Böyük 
lojalara  bağlı  olaraq  fəaliyyət  göstərən  lojaların  böyüyün 
nizamnaməsinə  tabe  olduğunu  vurğulayan  bir  sözdür.  Böyük 
lojalar  bəzən  mövcud  olduğu  ölkənin  sərhədlərindən  kənarda 
olan  lojaları  da  obediyansına  qatmıĢ  ola  bilir.  Ölkə  daxilində 
böyük  lojanın  yurisdiksiyası  ölkə  sərhədləri  içində  olduğu 
halda  ölkə  xaricindən  olan  lojaları  obediyansına  qatdıqda 
yurisdiksiyası  mövcud  olduğu  ölkə  sərhədlərini  aĢmıĢ  olur. 
“Yeni  ġəfəq”  qəzetinin  yazdıqlarına  əsaslansaq,  Türkiyədəki 
Böyük Mason Lojası ölkə sərhədlərini aĢmağa qərar vermiĢ və 
Azərbaycanda  loja  qurulması  üçün  hərəkətə  gəlib.  Qəzetin 
yazdığına görə, Böyük Mason Lojası 2003-cü il iyunun 14-də 
keçirdiyi  toplantıda  bu  barədə  qarar  almıĢ,  iĢ  aparılması  üçün 
komissiya  təĢkil  etmiĢ,  baĢına  da  bir  azərbaycanlı  gətirmiĢdi. 
Diqqət  etsək,  masonların  bura  qədər  özlərini  anlatdıqlarında 
yeni  bir  lojanın  (həm  də  ölkə  sərhədlərindən  kənarda) 
qurulması  haqda  baĢqa  lojaların  qərar  verməsinin  gərək 
olduğunu  söyləmir.  Böyük  lojanın  qurulması  üçün  ən  azı  üç 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
243 
lojanın olması gərək idi ki, bunun da Azərbaycanda hələ ki biri 
də yox idi.  
 Masonluğun  yüksək  dərəcədə  təĢkilatlanma  sistemi  böyük 
lojaların  təĢkilatlanma  sistemindn  bir  az  fərqlidir.  “Yüksək 
dərəcələr”  olaraq  izah  edilən  bölümlərdəki  fəaliyyət  ümumi 
üzvlük  baxımından  böyük  loja  və  lojaların  fəaliyyətindən  çox 
da  fərqli  deyil.  Masonlara  görə,  onların  əsl  fəaliyyətləri 
lojalarda davam etdirilir. Lojaların toplantılarının çox öncədən 
saatı,  yeri  və  gündəliyi  müəyyənləĢdirilmiĢ  olur.  Loja 
toplantılarının  gündəliyində  yer  ala  biləcək  məsələlərlər 
ümumilikdə  üçə  ayrılır.  Birincisi,  idari  məsələlər  (masonluğa 
namizədləri, üzvlərlə bağlı, dərəcələri yüksəldiləcək masonlarla 
və yeniii üzvlərlə və s.), ikincisi- zehni məsələlər (sosial, elmi, 
mədəni,  fəlsəfi  və  gündəlik  həyatla  bağlı  açıq  müzakirələr), 
üçüncüsü-  rituallar  (yeni  üzv  qəbul  edilməsi,  dərəcələrə 
keçirilmə,  yeni  üzvlərin  iĢə  baĢlaması  ilə  bağlı  və  s).  Lojanın 
daxili iĢləri ilə bağlı toplantılara yalnız üzvlər qatılır ki, bu da 
“ailə  toplantısı”  adlanır.  BaĢqa  toplantılara  isə  baĢqa  lojaların 
da üzvləri qatıla bilir və onlarla loja üzvləri arasında hər hansı 
ayrı-seçkilik olmur.  
 “Mason  olmayanlar  girməz”-  masonlar  toplantıları  keçirilən 
qapıların  üstünə  bunu  yazmasalar  da,  baĢqa  tərəfdən  bunu 
vurğulayırlar. 
Lojaların 
toplantılarına 
bəzən 
mason 
olmayanların  da  qatıla  bildiyini  söyləyən  masonlar  baĢqa  bir 
tərəfdən  də,  bunu  yalnız  üzv  masonların  qan  qohumlarının 
qatılması ilə məhdudlaĢdırırlar. Yəni, ümumilikdə digər ictimai 
qurumlar  kimi  mason  təĢkilatlarının  toplantıları  cəmiyyətin 
hamısı  üçün  açıq  deyil.  Masonların  qan  qohumları  isə  ən  azı 
ildə bir dəfə keçirilən “açıq toplantı”lara qatıla bilir. 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə