Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə74/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
238 
ağılla  və  elmi  üsullarla  gerçəkləĢən  araĢdırma  metodu  və 
sənətidir.  Masonluq  məqsədlərinin  gerçəkləĢməsinə  könül 
vermiĢ,  prinsiplərini  daxildən  mənimsəmiĢ  “mason”  deyilən 
insanların  topluluğudur.  Masonluq  azad  fikirlərin  istehsal 
edildiyi,  bunların  azad  paylaĢılıb  müzakirə  olunduğu  bir 
mühitdir.  Masonluq  yaxĢı,  gözəl,  doğru  olanı  mənimsəməyə 
üstünlük  verən  bir  həyat  tərzidir.  Ancaq  bunlarla  bərabər 
masonluq  təkbaĢına  bunlardan  heç  biri  deyil.  Masonluq 
bunların hamısıdır və hətta bunlardan daha artığıdır. Masonlar 
etiraf edir ki, tam ən pislik, dinsizlik, Ģeytanlıq, tanrıtanımazlıq, 
mənafelərini  güdən  və  bunlara  bənzər  bir  çox  mənfi 
xarakterlərlə səciyyələndirilmiĢlər. 
 Masonluğu bəzi doktrinaları özününküləĢdirən, masonları bəlli 
olan  bir  ölkənin  peykləri  kimi  göstərməyə  çalıĢanlar  da  olub. 
Masonlar  hesab  edir  ki,  bütün  bunlar  masonluğun  nə  olub-
olmadığının toplumlarda anlaĢılmasından qorxanların taktikası 
idi. Nədənsə masonlar da uzun illər bütün bunlara dözümlülük 
nümayiĢ etdirib susmuĢlar və yalnız son dövrlərdə masonluğun 
nə  olub-olmadığını  anlatmağa,  üstündəki  duman  pərdəsini 
qaldırmağa qərar veriblər. 
 Masonluq gizli təĢkilat və gizli təĢkilatlanma deyil. Masonlara 
görə,  özləri  və  üzvü  olduqları  təĢkilatlar  barədə  ictimaiyyətə 
açıqlama  vermədikləri  haqdakı  fikirlər  doğru  deyil.  Sadəcə, 
bunları açıqlamaqda bir az çəkingən davrandıqlarını bildirirlər. 
Guya ictimaiyyət də masonların anlatdıqlarına çox da inanmaq 
istəməyib  və  onlara  qarĢı  olanlara  daha  çox  önəm  veribmiĢ. 
Guya  masonların  uzun  müddət  içlərinə  qapanmasının  və 
özlərini  anlatmaqdan  vaz  keçmələrinin  də  səbəbi  bu  olub  ki, 
sonda  ətraflarında  sonu  olmayan  halqa  yaranıb.  Ətraflarında 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
239 
yaranmıĢ halqanı qırıb özləri barədə fikirləri paylaĢmağa qərar 
verən masonlar özlərinin təĢkilatlanma sistemini aĢağıdakı kimi 
izah edirlər.  
 
 
Dünyanın sirli təşkilatı – Masonluq 
 
XXXV  yazı:  Masonlar  qapalılıqlarını  belə  izah  edirlər  ki, 
sıradan  insanlar  da  evinin  qapısını  hər  kəs  üçün  açmır  və 
hər kəsi ailəsinin içinə buraxmır 
 
Masonik  öhdəliklərdən  biri  də  ölkənin  qanun  və  cəmiyyətin 
ənənələrinə uyğun olmaqdır 
 
 LOJA-  masonluqdakı  çalıĢmaları  ilə  bir-birinə  birbaĢa  bağlı 
olmayan  müstəqil  qurumlardır.  Ancaq  masonluqda  “loja” 
kəlməsi  həm  də  toplantıların  keçirildiyi  məkana  deyilir. 
Struktur  Böyük  Loja-  lojaların  öz  aralarında  birləĢərək 
yaratdığı  federativ  xarakterli  təĢkilatdır.  Lojanın  qurulması 
üçün  onu  idarə  edə  biləcək  xüsusiyyətdə  və  yetərli  sayda 
masonun  bir  araya  gəlməsi  gərəkdir.  Lojanın  müstəqilliyinə 
gəlincə  isə  o,  müstəqil  çalıĢacaqsa,  yaranan  hər  hansı  bir  yeni 
lojanın heç bir mason təĢkilatından izin almasına gərək yoxdur. 
Ancaq  əgər  bəlli  bir  böyük  lojaya  bağlanacaqsa,  sonuncunun 
qəbul etdiyi qaydalara riayət etməsi gərəkdir. Hər lojanın 10-15 
üzvü  ola  bilir.  Bu  üzvlər  loja  üzvləri  tərəfindən  adətən  bir  il 
müddətinə  seçilir.  Onlar  loja  toplantılarında  bəlli  bir 
məsuliyyət  daĢıyır.  Lojanın  idarəçiliyinə  gəlincə,  qurum 
rəhbərinə  “hörmətli  ustad”  kimi  ifadələrlə  müraciət  olunur. 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
240 
Onun  yardımçılarına  isə  “birinci  nazir”  və  “ikinci  nazir” 
titulları  verilir.  Bundan  baĢqa,  lojada  “katib”,  “ritual  ustadı” 
olur.  Lojadakı  vəzifələrlə  bağlı  bütün  titullar  yalnız  seçildiyi 
müddət  ərzində  keçərlidir  və  sonra  qüvvəsini  itirir.  Ən  azı  üç 
müstəqil  loja  birləĢərsə,  Böyük  Loja  qura  bilər.  Dünyadakı 
mason  təĢkilatlarından  bəzilərinə  görə,  yeni  bir  Böyük  Loja 
qurmaq  üçün  heç  bir  mason  təĢkilatı  ilə  bağlantı  yaratmaq 
vacib deyil. Bəziləri isə hesab edir ki,  yeni  Böyük Loja  yalnız 
baĢqa  düzənli  böyük  lojalar  tərəfindən  “düzənli”  kimi  qəbul 
edildiyi  halda  mason  təĢkilatı  sayıla  bilər.  Masonluqda  böyük 
bir  loja  tərəfindən  ona  bağlı  olan  lojaya  “patent”  kimi  anılan 
“QuruluĢ arayıĢı” verilir. 
 Yeni  qurulmuĢ  böyük  bir  lojanı  da  tanıyan  Böyük  lojalar  hər 
biri ona “tanıma arayıĢı” verir ki, bu da “patent” kimi tanınır. 
Çox  zaman  bu  “patent”  amili  yanlıĢ  anlaĢılaraq  bir  izn, 
təsdiqləmə  arayıĢı  kimi  qəbul  edilir  və  bütün  mason 
təĢkilatlarının  mərkəzdən  yönəldilməsini  əsaslandırmaq  üçün 
vasitə  kimi  göstərilir.  Masonlara  görə,  patent  heç  də  bunu 
deməyə  əsas  verəcək  sənəd  deyil,  sadəcə  patent  verilmiĢ 
lojanın  “düzənli”  olaraq  tanındığını  göstərən  sənəddir. 
Məntiqlə isə yenə də mason təĢkilatlarının dünyada bir-biri ilə 
sıx bağlı olduğunu deməyə əsas verən bir məsələdir. Masonlar 
isə iddia edir ki, dünya miqyasında mason təĢkilatları arasında 
bəzi  uyğunsuzluqlar  var  ki,  bu  da  masonluğun  tək  bir 
mərkəzdən  idarə  olunmadığını  deməyə  əsas  verir.  Ölkələr 
daxilindəki  qanunlara  görə  Ģəkil  alan  mason  təĢkilatları 
mövcud olduqları ölkələrə görə formalaĢsa da, hərəkatın təməl 
prinsiplərindən  kənara  çıxmır.  Masonluğun  məqsəd  və 
prinsiplərinə əməl edərək fəaliyyət göstərən hər bir Böyük Loja 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə