Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə82/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
263 
almasaq,  bank  sisteminin  failiyyətinin  iqtisadiyyata  heç  bir 
dəxli  yoxdur.  Bankların  mahiyyətində  sadəcə  mədəni,  “sivil” 
quldurluq, pislik durur. 
 Pulun  pula  satılması  absurd  bir  Ģeydir.  Normalda  ancaq  mal, 
xidmət  pula  satıla  bilər.  Xatırladaq  ki,  sələmçilik  həm 
xristianlıqda,  həm  də  Ġslamda   böyük  günahlardan  biri  hesab 
olunur.  Allah  bu  iĢi  iyrənc  bir  hərəkət  kimi  birbaĢa  qadağan 
edib.  Sələmçilik  mövcud  olmayan  və  ya  daha  dəqiq  desək 
görülməmiĢ  bir  iĢ  üçün  tələb  olunan  haqqdır. Allah  konkret 
olmayan,  fyuçers  iqtisadiyyata  və  bazara  qadağan  qoyub. 
(Fyuçers bazarı- elə bir bazardır ki, burada gələcəkdə qiymətli 
kağızların  və  yaxud  maliyyə  bazarında  real  surətdə  satılan 
digər  maliyyə  alətlərinin  müəyyən  müddətə  göndərilməsi  üzrə 
müqavilə ilə ticarət həyata keçirilir). Yəni edilməmiĢ bir iĢ və 
yetiĢdirilməmiĢ məhsula görə pul almaq olmaz. Bu firildaqçılıq 
və  aldatmadır.  Sələmlə  alınmıĢ  pul  havaya  görə  ödənilmiĢ 
vergiyə bənzəyir. Mənəviyyatdan uzaq olacaq qədər absurd!  
 Banklar  nəinki  sadə  insanları,  hətta  dövlətləri  belə  yoldan 
çıxaracaq  qədər  ağıllı  və  bacarıqlıdırlar.  Əvvəl  ehtiyacı  olana 
kreditlər verir, sonra onları faizdə boğurlar. Hətta gizlin faizlər 
də mövcuddur ki, biz onları hiss etmirik. 
 Hal-hazırda  maliyyə  böhranı  bürüyən  dünyanın  təcrübəsi  də 
onu  göstərir  ki,  banklar  kütləvi  surətdə  insanların,  ələlxsus 
kasıb  təbəqənin  evini  yıxır,  dolayısı  ilə  milyonlarla  ailəni 
müflis,  bədbəxt  edir.  Bu  baxımdan  dində  faizə  pul  almağın, 
verməyin günah sayılması heç də təsadüfdən deyil.  
 Əlbəttə, böyük bir qism adam nəfsə uyaraq yanlıĢ olaraq hesab 
edir ki, pul olmayanda və borc verən də az olanda ən yaxĢı və 
düzgün yol elə heç kimin minnətini götürməyərək bankdan pul 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
264 
götürməkdir.  Bu  səhv  fikrin  formalaĢmasında  bankların 
həvəsləndirici  və  Ģirnikləndirici  təkliflərinin,  təbliğlərinin 
böyük rolu var. Necə deyərlər, çətini quyuya, tələyə salıncadır. 
Sonra onlar sənə yox, sən onlara yalvaracaqsan. 
 Pul  götürəndən  sonra  ilk  vaxtlar  bir  çoxlarına  bu  proses 
əldəntutma  kimi  görsənsə  də,  çox  zaman  bu  sevincin,  Ģərti 
xöĢbəxtliyin  ömrü  çox  çəkmir.  Bir  müddətdən  sonra,  artıq 
aybaay  konkret  məbləğlər  ödəmək  vaxtı  çatanda  kreditin 
fəsadları  öz  sözünü  deyir;  adətən  həmin  adamın  maddi  və 
psixoloji  durumu  pul  götürməzdən  qabaqkı  dövrə  baxanda 
daha pis olur. 
 Sosial  psixoloqların  tədqiqatların  nəticələri  göstərir  ki, 
bankdan  pul  götürənlərin  əksəriyyətinin  fikir  çəkməkdən, 
həyəcan  keçirməkdən,  stress  keçirməkdən  yuxu  sistemi 
pozulur- bu da həzm sisteminə, ümumiyyətlə orqanizmə mənfi 
təsir göstərir. Sağlamlığı isə  bildiyimiz kimi  miqdarından asılı 
olmayaraq pul ilə əvəzləmək və ya bərpa etmək olmaz, çünki o 
qiymətsizdir. 
 Bir  çox  hallarda  bankların  cəmiyyətdə  müsbət  imici  böyük 
pullar  hesabına  baĢa  gələn  davamlı,  beyinləri  yeyən,  insanları 
yoldan  çıxaran  reklam  hesabına  əldə  edilir.  Normalda  hansısa 
əĢyanı  əldə  etmək  üçün  və  ya  yaranan  hansısa  problemi  həll 
etmək  üçün  vacib  deyil  ki,  o  dəqiqə  banka  və  ya  sələmçiyə 
müraciət  edəsən.  Birdəfəlik  baĢa  düĢmək  lazımdır  ki,  bank 
batana  əl  uzadıb  əl  tutan  deyil,  onu  bataqlıqdan  çıxaran  deyil, 
bank  xeyriyyə  təĢkilatı  da  deyil.  Əksinə  bank  boğulanın 
xirtdəyəcən borc içində üzməsindən öz xeyri üçün istifadə edib 
daha  da  çox  gəlir  əldə  etmək  istəyir.  Bu  ona  oxĢayır  ki,  siz 
çətin vəziyyətdə amansız caniyə kömək üçün müraciət edirsiz. 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
265 
 Ümumiyyətlə,insan  çalıĢmalıdır  ki,  ayağını  yorğanına  görə 
uzatsın, gəlirinə, xərcinə dəqiq  nəzarət  etsin, öz  vəsaiti  imkan 
verdiyi  iĢə  giriĢsin,  nəfsini  imkan  dərəcəsində  cilovlasın.  Ən 
düzgün  yol isə qənaət edib özünə kapital  yığsın. Əgər insanın 
hansısa əĢyaya həqiqətən ehtiyacı varsa, yaxĢı olar ki o əĢyanı 
qənaət  hesabına  yığdığı  pulla  alsın.  Ən  ideal  variantı  isə  odur 
ki, ona dövlət yardımçı olsun. 
 Normal vətəndaĢın bankdan pul götürməkdən və ya cinayətə əl 
atmaqdan  baĢqa  yolunun  olmaması  dərəcəsinə  çatdırılması 
birbaĢa  elə  bankların  məxsus  olduğu  beynəlxalq  kapitalist 
Ģəbəkəsinin günahıdır. Dövlət normal vətəndaĢın çətin duruma 
düĢməsinə  imkan  verməməlidir,  onun  qanuni  yolla  və 
ləyaqətinin alçalmaması Ģərtilə pul qazana bilməsi üçün hər bir 
Ģərait  yaratmalıdır.  Çünki  qanunla  bu  onun  borcudur.  Sovet 
vaxtı belə idi. Ġqtisadiyyat nə qədər kapital qoyuluĢu tələb etsə 
də,  bunu  təbii  yolla  etmək  lazımdır.  Banklardan  pul  götürüb 
ondan  investisiya  kimi  istifadə  etmək  narkotikdən  istifadəyə 
oxĢayır.  Çünki  o  pis  asılılıq  yaradaır.  Bundan  baĢqa,  bankdan 
pul götürüb bir müddət rahat nəfəs alan istər-istəməz rahatlaĢır, 
iĢə  bir  qədər  laqeyd  yanaĢır,  ziyanlı  olaraq  arxayınlaĢır  (bu 
tədqiqatların nəticəsidir). 
 Təsadüfi  deyil  ki,  hal-hazırda  Azərbaycanda  az  qala  hər  bir 
ailə, hətta onun hər bir üzvü hansısa banka, bir çox hallarda isə 
eyni zamanda bir neçə banka borcludur (ya kreditə götürülmüĢ 
hansısa  məiĢət  əĢyasına,  elektrik  avadanlığına,  avtomobilə, 
mənzilə və ya pula görə). Bir çoxları isə bir bankdan qurtulmaq 
üçün  baĢqa  bir  banka  üz  tutur,  ondan  pul  götürüb  əvvəlkini, 
ona  dirənəni  ödəyir.  Belə  davam  etdikcə  ümumi  borc  da  öz 
növbəsində  tez  bir  zamanda  ĢiĢir  və  axırda  bədbəxt  müĢtəri 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə