CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
182 
Göründüyü  kimi,  erməni  diasporu  və  lobbisi  öz 
arzu və istəklərinə çatmaq üçün istənilən vasitələrə əl at-
mış, bu günə qədər bu istiqamətdə kifayət qədər iş aparıl-
mış, müəyyən mənada qismən də olsa məqsədlərinə nail 
olmuşlar.  Türk  dünyasının  beynəlxalq  nüfuzuna  xələl 
gətirən  bu  iyrənc  siyasət  məğrur  türk  millətini  sarsıt-
mamış, əksinə mənfur qüvvələrə qarşı mübarizənin sona 
qədər  aparacağı  bəyan  edilmişdir.  Bu  işdə  Azərbaycan  - 
Türk  və  Yəhudi  diasporunun  birgə  fəaliyyəti  uğurla 
həyata keçirilməkdədir. 
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
183 
            “Daşnaksütyun” İttifaqının Nizamnaməsi 
1907-ci ildə ümumi toplantı ilə qəbul olunmuşdur 
 
Üzvlər 
 
1. Erməni İnqilabı İttifaqının üzvü olmaq istəyən hər 
bir  şəxs  təşkilatın  proqramını  və  taktikalarını  tamamilə 
qəbul  etməli,  Nizamnaməsinə  tabe  olmalı  və  bütün  va-
sitələrlə onu həyata keçirməyə cəhd etməlidir. 
2. İttifaqın (“Daşnaksütyun”) üzləri iki yerə bölünür: 
      a) Fəaliyyət göstərən üzvlər; 
      b) Köməkçi üzvlər. 
Fəaliyyət  göstərən  üzvlər  o  üzvlərdir  ki,  onlar 
İttifaqın  hər  hansı  bir  orqanında  iştirak  edir  və  gəlir-
lərinin ən az 2%-ni həmin orqana keçirir.  
Köməkçi  üzvlər  o  üzvlərdir  ki,  onlar  təşkilatımızın 
proqramını  qəbul  edir,  ona  maddi  cəhətdən  köməklik 
edir,  amma  təşkilatın  taktikasını  və  qərarlarını  əldə 
rəhbər tutmurlar. 
Qeyd: Köməkçi üzvlərin seçki hüququ yoxdur. 
 
Ayrı fəaliyyət göstərən üzvlər 
 
3.Ayrı fəaliyyət göstərən üzvlər iki yerə bölünür: 
      a)Təbliğatçılar; 
      b)Nümayəndələr. 
Təbliğatçılar  Mərkəzi  Komitənin  seçimi  və  ya 
təqdimatı  üzrə  rayonlarda  təbliğatla  məşğul  olan  yol-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
184 
daşlardır.  Onlar  həm  də  aidiyyatı  orqanların  səlahiyyət 
verməsi halında təşkilati işlərlə də məşğul ola bilərlər. 
Nümayəndələr  İttifaqın  orqanının  adından  təyin 
olunmuş  yerə  təyin  olunmuş  vaxtda  təyin  olunmuş 
tapşırıqla  gedir.  Bütün  bunlar  onun  vəsiqəsində  qeyd 
olunmalıdır. 
 
 
Təşkilat 
 
4.İttifaqın orqanları hesab olunur: 
   a) Qrup; 
   b) Yardımçı komitə; 
   c) Komitə; 
   ç) Mərkəzi Komitə
   d) Məsul Orqan; 
   e) Büro 
 
Qrup 
 
5.Qrup  7  və  ya  daha  çox  daşnakdan  təşkil  olunur. 
İttifaq  qrupları  siyasi,  hərbi,  peşəkar,  kənd  təsərrüfatı, 
Qırmızı  Xaç  və  başqalarına  bölünür.  Hər  bir  belə  qrup 
üçün xüsusi daxili nizamnamə hazırlanır. 
6.Yeni  üzvlər  qrupların  üzvlərinin  qarşılıqlı  razılığı 
əsasında qəbul olunur. 
 
 
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
185 
Yardımçı Komitə 
 
7.Əgər  rayonda  ən  azı  50  fəaliyyət  göstərən  üzv 
varsa, onda Yardımçı Komitə qurula bilər. 
8.Yardımçı  Komitələrə  üzvlər  səs  çoxluğu  əsasında 
qrup üzvlərindən seçilir. 
9.Yardımçı  Komitə  qrupların  ümumi  işlərini  görür 
və daha çox Səlahiyyətli orqan və nümayəndələr arasında 
vasitəçilik edir. 
10.Yardımçı Komitə 3-5 nəfər üzvdən ibarət olur. 
 
Komitə 
 
11.  Əgər rayonda ən azı 200 fəaliyyət göstərən üzv 
varsa burada Komitə qurula bilər. 
12.  Komitəyə üzvlər qrup üzvlərindən və ya onların 
nümayəndələrindən  seçilir.  Hər  iki  halda  keçirilən  seç-
kidə üçdə iki hissənin iştirakı tələb olunur. 
13.  Komitə ən azı 5 üzvdən ibarət olur. 
14.    Komitə  yerli  məsələlərin  həllində  müstəqil 
fəaliyyət göstərir. Lakin Ümumi Məclisin qərara aldığı və 
planlaşdırdığı  işlərin  həyata  keçirilməsi  zamanı  Komitə 
təşkilatları  Mərkəzi  Komitənin  və  ya  Məsul  Orqanın, 
yaxud  da  onların  nümayəndələrinin  razılığı  ilə  fəaliyyət 
göstərməlidir. 
15.    Komitə  öz  kapitalını  rayonun  Mərkəzi  Komi-
təsinin kassasına, istisna hallarda isə əvvəlcədən əbərdar 
etməklə rayondakı Büronun kassasına köçürür. 
16.   Komitə möhürə malik deyil. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
186 
 
Mərkəzi Komitə 
 
17.    Rayonda  ən  azı  1000  fəaliyyət  göstərən  üzv 
varsa burada Mərkəzi Komitə təşkil edilə bilər. 
18.    Mərkəzi  Komitə  hər  il  öz  rayonundakı    nü-
mayəndələr yığıncağında seçilir. 
19.  Nümayəndələr  yığıncağı  hər  rayonda  daşnak-
ların  sayından  asılı  olaraq  seçilmiş  nümayəndələrdən 
ibarətdir. 
Qeyd:  Hər  rayonun  Nümayəndələr  yığıncağına 
həmin rayonda səsləri yoxlamaq hüququ verilir. 
20. Mərkəzi Komitə ən azı 5 üzvdən təşkil olunur. 
21.  Hər  Mərkəzi  Komitə  özünün  minimum  eh-
tiyaclarını  ödəməklə  qalan  kapitalı  Büronun  kassasına, 
yaxud  Büronun  əmri  ilə  Ümumi  Məclisin  tərtib  etdiyi 
siyahı əsasında təşkilatlara göndərir. 
Qeyd;  a)  Bu  kiçik  məbləği  rayondakı  bütün 
təşkilatlar üçün  (Yardımçı Komitələr və Komitələr üçün) 
minimum məbləği Mərkəzi Komitə müəyyən edir
   b) İanələr ayrılan müəssisələr üçün istifadə olunur. 
22. Mərkəzi Komitə ildə bir dəfə dekabrın əvvəlində 
tabe  olduğu  Büroya  göstərdiyi  fəaliyyət  haqqında 
məlumat göndərir... 
28. Mərkəzi Komitə möhürə malikdir. 
29.  Bütün  xarici  əlaqələr  Mərkəzi  Komitənin  vasi-
təsilə, yaxud onun razılığı ilə həyata keçirilir. 
30.  Mərkəzi  Komitə  inqilabi-tarixi  əhəmiyyətli 
sənədlərini,  kağızlarını  və  əşyalarını  qorunub  saxlanıl-


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə