müxtəlif səviyyələrdə kompomislərdən danışılır. Dünya ictimaiyyəti
məsələnin mahiyyəti ilə tanış olmalı, bilməlidir ki, Ermənistan
Respublikası təcavüzkar (bu İKT-nin və Avropa Şurası- mn
sənədlərində öz əksini tapmışdır) və işğalçıdır. Deməli, təcavüzkarın,
yəni Ermənistanın mövqeyindən yanaşılsa, onda Azərbaycan öz
ərazisinin bir hissəsini Ermənistana verməlidir, bu isə kompromiss
yox, beynəlxalq hüquq normaları adı altında qərət- çilikdir. Şübhəsiz,
Azərbaycan belə bir kompromisə getməyəcəkdir.
Azərbaycanın belə bir kompromisə getməsi ümumplanet
miqyasında təcavüzkara dəstək verilməsi demək olacaqdır. Məntiq
sadədir, niyə bir yerdə təcavüzkar
dəstəklənir, ona haqq qazandırılır,
qonşu dövlətdən işğal etdiyi ərazilər «kompromiss» adı altında ona
verilir, digərində isə yox!... Digər tərəfdən, təcavüzkarın mövqeyini
əks etdirən belə kompromiss dünyanın bir sıra ərazilərində
hərbi-siyasi münaqişələri şərtləndirmiş olar. Belə ki, İtaliya və
Almaniya İsveçrəni, Çin və Hindistan Tibeti bölüşdürmək uğrunda
mübarizəyə başlaya bilər, bu zəncirvari proses Fransa ilə Almaniya
arasında, Afrika qitəsində, Latın Amerikası və Yaxın Şərq
regionlarında çoxsaylı münaqişələrə gətirib çıxarmış olar.
Dərindən təhlil etsək, görərik ki, məsələ heç də Azərbaycanın
güzəştsiz, qəti mövqeyində deyil, məsələ ondadır ki, XXI yüzilliyin
astanasında Azərbaycanın ərazi kompromisi son nəticədə dünyanın
naməlum gələcəyə malik raket-nüvə müharibəsinin fəlakətlərinə
düçar edə bilər.
Təcavüzkarın xeyrinə böyük dövlətlər tərəfindən edilən
güzəştlər XX yüzilliyin ortalarında dünyanı faşist Almaniyasının
təcavüzünə hədəf etdi. 1938-ci ilin sentyabrında Münhendə üç böyük
Avropa dövləti - İngiltərə, Fransa və İtaliya ilə Almaniya arasında
imzalanmış saziş, habelə, ABŞ və SSRİ-nin bunu sükutla qarşılaması
nəticəsində Çexoslovakiyanın Sudet vilayəti Almaniyanın əlinə
keçdi, ölkə ərazisinin 20%-i işğal olundu və müharibə təhlükəsi bir
qədər də reallaşdı. Belə kompromisə az sonra Çexoslovakiyanın işğal
olunmasını, Avstriyanın Almaniyaya anşlüsünü, Polşanın dövlət
müstəqilliyinə son qoyulmasını və s. nümunə göstərmək olar. Belə
nümunələrin XXI yüzillikdə təkrarlanmasına yol vermək olmaz.
Dünya diplomatiyasının qa-
275
nunauyğunluğu belədir.
Dünya təcrübəsi öyrədir ki, harada baş verməsindən asılı
olmayaraq, bütün münaqişələr danışıqlar stolu arxasında əldə edilmiş
sülhlə başa çatır. Azərbaycan Respublikası artıq 15 ildən yuxarıdır
ki, kompromislərə gedir, güc tətbiq edilməsi faktoruna qayıtmır.
Ermənistanın timsalında təcavüzkarla sülh danışıqlarında iştirak edir.
Amma dünya təcrübəsi başqa şeyi də öyrədir, əgər təcavüzkar sülh
danışıqlarının dilini başa düşmürsə, onu güc yolu ilə buna vadar
edirlər (Bu BMT Nizamnaməsində nəzərdə tutulmuş, İraq işğal
etdiyi Küveytdən bu yolla çıxarılmışdır).
Münaqişədə iştirak edən ölkə
rəhbərliyinin fəal,
məqsədyönlü,
düşünülmüş siyasi iradəsi nəzərə alınmadan heç bir bey-
nəlxalq-siyasi münaqişə yarana, dərinləşə, habelə dondurula və
nizamlana bilməz. Məhz, buna görə erməni tərəfinə fikirləşmək,
«ağlım başına yığmaq» üçün şans verilib, qədimlərdə deyilirdi ki,
ləngimək ölümə bərabərdir. Bu şansın itirilməsi sonu görünməyən
katoklizmin başlanğıcı ola bilər.
Beynəlxalq-siyasi münaqişələrin təhlili göstərir ki, dünya
birliyinin inkişafı obyektiv, təbii-tarixi xarakter daşıyır, əslində bu
obyektiv mənafelərin və subyektiv maraqların sintezidir. Obyektiv
görünən odur ki, işğal olunmuş torpaqlar - Azərbaycan torpaqlarıdır.
Problemin subyektiv tərəfi odur ki, təcavüzkar mövqeyində olan
Ermənistan, nəhayət, başa düşməlidir ki, dünya diplomatiyasının,
müasir beynəlxalq hüququn qayda və normalarını ayaqlamaq onların
əleyhinə getmək mümkünsüzdür. Bu gec-tez Ermənistanın dünyadan
təcrid olunmasına gətirib çıxaracaqdır. Bu gün Ermənistan Cənubi
Qafqazla bağlı heç bir iqtisadi layihədə iştirak etmir və Azərbaycan
torpaqlarını qeyd-şərtsiz tərk etməyincə Azərbaycanın və
Gürcüstanın iştirak etdiyi heç bir qlobal layihədə iştirak edə
bilməyəcəkdir.
Beləliklə, qloballaşan dünyamızda məhəlli zəminində yaranan
etno-siyasi münaqişələr daxili və xarici faktorların təsiri ilə tezliklə
«beynəlmiləlləşir» və onların aradan qaldırılması yolları və
vasitələrinin axtarışı və tapılması bəşəri düşüncəni kifayət qədər
dərindən narahat etməkdədir.
276