Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə26/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   22   23   24   25   26   27   28   29   ...   125

68
 
Müstəsna  hallarda,  istifadəsinə  başlanmamış  qırma  sahələrinin  başqa  sahə  ilə 
əvəz  edilməsinə  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin razılığı ilə yol verilir. 
1.5. Meşə istifadəçiləri qırmalara başlamazdan əvvəl aşağıdakı hazırlıq işləri aparırlar:
 
oduncağın doğranması və ilkin emalı üçün qurğuların quraşdırılması:
 
müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin quraşdırılması;
 
meşə anbarları üçün sahənin təmizlənməsi və onların yerləşdirilməsi;
 
meşə daşıma yollarının çəkilməsi;
 
işin  təhlükəsizliyinə  mane  olan  ağacların  götürülməsi  və  hazırlıq  ilə  əlaqədar 
digər işlər.
 
Hazırlıq işləri görülərkən hazırlanmış oduncaq meşə istifadəçiləri üçün ayrılmış 
meşəqırma həcminə daxil edilir.
 
Meşə  istifadəçisi  qırma  sahələrində bütün  işlər  (qırma,  tədarük,  daşıma  və  s.) 
başa  çatdıqdan  sonra  6  ay  ərzində  sahədəki  qurğuları,  müvəqqəti  tikililəri 
götürməlidir.
 
Qeyd  olunan  müddətdə  meşə  istifadəçiləri  tərəfindən  sahədən  çıxarılmayan 
müvəqqəti tikililər, qurğular meşə təsərrüfatı müəssisələrin sərəncamında qalır.
 
Zəruri  hallarda  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin sərəncamı ilə sahədə qalan müvəqqəti tikililər, qurğular daha uzun 
müddət üçün meşə istifadəçilərinin ixtiyarında saxlanıla bilər. 
1.6. Meşə  təsərrüfatı  müəssisə  tərəfindən  köküstü  oduncaq  buraxılışı  aşağıdakı 
hallarda dayandırıla bilər:
 
meşə istifadəçisinin rəsmi ərizəsi əsasında;
 
meşə istifadəsinin müddəti başa çatdıqda;
 
idarə, təşkilat, müəssisə ləğv olunduqda, müəyyən olunmuş qaydada onun varisi 
elan olunmuş fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında;
 
dövlət ehtiyacları üçün meşə torpaqları geri alındıqda;
 
meşədən  istifadə  meşəqırma  biletində  və  orderdə  göstərilən  məqsədlərə  və 
tələblərə uyğun gəlmədikdə;
 
meşəqırma bileti, order yazılarkən bu Qaydalar və digər meşə istifadəsi ilə bağlı 
qaydalar pozulduqda;
 
qırma sahələri meşə təsərrüfatı müəssisələri tərəfindən dəyişdirildikdə.
1.7. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı zamanı aşağıdakı tələblərə əməl 
etməlidirlər:
 
meşəqırma biletində və orderdə müəyyən olunmuş qırma sahələrindən tam və 
səmərəli istifadə etmək;
 
tədarük  və  daşınmanın  müddəti  başa  çatdıqdan  sonra,  qırıntı  yerlərində 
(sahələrində) və meşədə hazır oduncağın, habelə qırıntıya təyin edilmiş ağacların 
kök üstə saxlanılmasına yol verməmək;
 
torpağın  eroziyaya  uğramasına  yol  verməyən,  meşənin  vəziyyətinə  və  təkrar 
istehsalına (bərpasına), həmçinin sulara və təbii guşələrə mənfi təsir göstərməyən, 
meşə istifadəsini məhdudlaşdırmayan və ya istisna etməyən üsulları tətbiq etmək;
 
işlik oduncaqdan təyinatı üzrə istifadə etmək, həmçinin oduncaq itkisinə, işlik 
oduncağın oduna çevrilməsinə yol verməmək;
 
qırma sahələrini qırıntı qalıqlarından təmizləmək və strukturu pozulmuş torpaq 
sahələrini  öz  hesabına  təyinatı  üzrə  istifadə  etmək  üçün  yararlı  vəziyyətə 
gətirmək;
 
oduncaq tədarükü zamanı alınan tullantının istifadəsini təşkil etmək;
 
meşə ilə örtülü olmayan sahələrin zibillənməsinə yol verməmək;


69
 
qırma sahəsinə bitişik 50 metrlik zolaqlarda ağacların, həmçinin sərhəd, kvartal, 
qırma  sahələrini  göstərən  künc  dirəkləri,  ağac  və  kötüklərdəki  damğaların 
saxlanılmasını təmin etmə;
 
oduncaq  daşınması  zamanı  dağılmış  yolları,  körpüləri  və  cığırları,  həmçinin 
qurulma şəbəkəni və sair qurğuları yararlı vəziyyətə salmaq və saxlamaq;
 
meşələrdə  yanğın  təhlükəsizliyi  qaydalarına,  habelə  meşə  istifadəsi  ilə  bağlı 
digər qayda və təlimatlara əməl etmək.
2.  MEŞƏQIRMA HƏCMİ
2.1. Meşədən  oduncaq  tədarükü  hər  bir  meşə  təsərrüfatı  müəssisəsinin  ərazi  üzrə 
hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən 
artıq miqdarda oduncaq tədarükü qadağandır.
 
Meşəbərpa  və  aralıq  istifadəsi  üçün  qırma  qaydası  ilə  oduncaq  tədarükünün 
həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə 
ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri 
aparılarkən müəyyənləşdirilir və Azərbaycan Respublikasının Ekologiya və Təbii 
Sərvətlər  Nazirliyinin  təqdimatına  uyğun  olaraq  Azərbaycan  Respublikasının 
Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 
 
Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və 
meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi 
müəyyən olunmuş qaydada yenidən təsdiq edilir.
 
Təsdiq  edilmiş  meşəqırma  həcmi  Azərbaycan  Respublikasının  Ekologiya  və 
Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  meşə  təsərrüfatı  müəssisələri  arasında 
bölüşdürülür. 
 
Əvvəlki ildə qırıntıya təyin edilmiş, lakin istifadə olunmayan köküstü oduncağın 
həcmi cari ilin meşəqırma həcminə daxil edilir.
2.2. Başdan-başa sanitariya qırmaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun 
ağac-koldan  təmizlənməsi  ilə  bağlı  olan  layihələrdən  asılı  olaraq Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  müəyyən 
edilir. 
 
Bu  qırmalar  nəticəsində  tədarük  olunan  oduncaq  ilk  növbədə  yerli  tələbat  və 
həmin qırmanı aparan təşkilatların ehtiyacları üçün istifadə olunur.
2.3. Meşə  qırmasına  ayrılmış  sahələrin  pul-qiymət  cədvəli  işə  başlanmasına  6  ay 
qalmış meşə təsərrüfatı müəssisələri tərəfindən tərtib edilir.
3.  KÖKÜSTƏ BURAXILAN ODUNCAĞIN TƏDARÜKÜ VƏ DAŞINMASI
3.1. Oduncaq  tədarükünün  müddəti,  qırma  sahəsinin  təyin  olunduğu  il  ərzində, 
daşınma müddəti isə növbəti ilin mayın 1-nə qədər müəyyən edilir.
 
Qırma  sahəsinə  müayinə  aktı  yazılanadək  buraxılan  oduncağın  meşəqırma 
biletində, orderdə göstərilən müvəqqəti meşə anbarına daşınmasına yol verilir.
 
Meşə təsərrüfatı müəssisələri oduncaq buraxılışı zamanı meşə istifadəçilərinə, 
meşə tədarükü həcmindən asılı olaraq, onun tədarükü və daşınmasının daha qısa 
müddətini təyin edə bilərlər.
3.2. Qırıntı miqdarını cari ildə tam istifadə etmiş meşə istifadəçiləri oktyabrın 1-nə 
qədər  növbəti  ilin  qırma  sahələri  hesabına  vaxtından  əvvəl  qırıntı  aparılması 
haqda müvafiq meşə təsərrüfatı müəssisələrinə yazılı müraciət etməlidirlər. Meşə 
təsərrüfatı müəssisəsi bu məsələyə dair Azərbaycan Respublikasının Ekologiya və 
Təbii Sərvətlər Nazirliyinin rəsmi razılığından sonra növbəti ilin qırma həcminin 
30  faizi  miqdarında  cari  ildən  vaxtından  əvvəl  qırıntı  aparılmasına  icazə  verə 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə