Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə34/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   30   31   32   33   34   35   36   37   ...   125

99
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə
 TƏSDİQ EDİLMİŞDİR
Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, 
saxlanılması, doldurulması və verilməsi
QAYDALARI
1.  ÜMUMİ MÜDDƏALAR 
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun meşəqırma 
biletinin,  orderin  və  meşə  biletinin  uçotunu,  saxlanılmasını,  doldurulmasını 
və  meşə  fondu  ehtiyatlarının  istifadəsi  üçün  mülkiyyət  və  təşkilati  hüquqi 
formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə (bundan sonra — meşə 
istifadəçiləri adlandırılır) verilməsini tənzimləyir.
1.2. Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü və 
daşınması üçün hüquq verən sənəddir.
1.3.  Order  özü  yıxılmış  və  ya  qurumuş  ağaclardan  oduncaq  hazırlamaq,  ağac  tör-
töküntüsü  və  ikinci  dərəcəli  meşə  materiallarının  tədarükü,  daşınması  üçün 
hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.
1.4. Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün (ot çalımı, pətəklərin və 
arıxanaların  yerləşdirilməsi,  yabanı  meyvə,  göbələk,  giləmeyvə,  qərzəkli  və 
digər  məhsullar,  palıd  qozası,  dərman  bitkiləri,  texniki  xammal,  mamır,  meşə 
döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, çəkil, cil və digərlərinin tədarükü və 
yığılması, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə) hüquq 
verən rəsmi sənəddir. 
1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşəqırma 
biletini,  orderi  və  meşə  biletini  mərkəzləşdirilmiş  qaydada  hazırlayır  və  yerli 
meşə təsərrüfatı müəssisələrini təmin edir. 
1.6. Meşəqırma bileti, order və meşə bileti zəruri hallarda Azərbaycan dili ilə birlikdə 
tələb olunan dildə də tərtib edilə bilər.
2.  MEŞƏQIRMA BİLETİNİN, ORDERİN VƏ MEŞƏ BİLETİNİN UÇOTU VƏ 
SAXLANILMASI 
2.1. Meşəqırma bileti, order və meşə bileti ciddi hesabat blanklarına aid edilir.
2.2. Ciddi hesabat blankları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin 
anbarında saxlanılmaqla, uçota alınır. Müəssisə rəhbərinin icazəsi ilə təhtəlhesab 
şəxslərə  (icraçılara)  qaimə  faktura  əsasında  verilir  və  onlarla  tam  maddi-
məsuliyyət  barədə  nümunəvi  fərdi  müqavilə  bağlanılır. Verilmiş  ciddi  hesabat 
blanklarının uçotu «Ciddi hesabat blankları» adlı balansarxası hesabda, mədaxil 
və məxaric üzrə hərəkətin qeydiyyatı isə əmlakın (qiymətlərin) uçot kartı FN-
1Q-də materialların uçotu qaydasında aparılır.
2.3. Ciddi hesabat blanklarının cırılmasına, pozulmasına, ləkələnməsinə və onların 
üzərində düzəliş aparılmasına yol verilmir. Korlanmış ciddi hesabat blanklarının 
üzərində «etibarsızdır» sözü yazılaraq əvəzinə yenisi doldurulur. Korlanmış ciddi 
hesabat  blankları  müvafiq  qaydada  mühasibata  təhvil  verilir.  Həmin  blanklar 


100
mühasibatda  yoxlama  (təftiş)  keçirildikdən  sonra  sənədlərin  arxivə  verilməsi 
üçün mövcud olan qaydalar əsasında arxivə təhvil verilir.
3.  MEŞƏQIRMA BİLETİNİN, ORDERİN VƏ MEŞƏ BİLETİNİN 
 
DOLDURULMASI VƏ VERİLMƏSİ 
3.1. Meşəqırma bileti, order və meşə bileti meşə istifadəçilərinə yerli meşə təsərrüfatı 
müəssisələri tərəfindən verilir.
3.2. Meşəqırma biletində aşağıdakılar göstərilir:
 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 
adı;  meşəqırma  biletinin  nömrəsi  və  verilmə  tarixi;  hüquqi  şəxslər  üçün  — 
meşəqırma  bileti  verilən  müəssisə,  təşkilat,  idarənin  adı  və  hüquqi  ünvanı; 
fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin 
məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri); 
meşə  qırmalarına  icazə  verən  sənədin  adı,  tarixi  və  nömrəsi;  meşə  təsərrüfatı 
müəssisəsinin,  meşəbəyliyin  (meşə  ustası  sahəsinin)  adı;  meşə  istifadəsinin 
növü; qırma və qeydə alma üsulu; meşənin qrupu, kvartalın və qırıntı yerlərinin 
nömrəsi,  meşə  quruluşu  layihələri  əsasında  istifadə  üçün  ayrılmış  sahə,  əsas 
ağac cinsləri; oduncağın kütləsi və nırx üzrə qiyməti; hazırlanacaq oduncağın 
və  ikinci  dərəcəli  meşə  materiallarının  dəyərinin  ödəmə  məbləği  və  müddəti; 
hər  qırıntı  sahəsi  üzrə  saxlanılacaq  yeniyetmə,  toxumluq  və  xüsusi  qiymətli 
ağacların miqdarı; müvəqqəti anbarların yeri; oduncağın və ikinci dərəcəli meşə 
materiallarının tədarükü və daşınma müddəti; Azərbaycan Respublikasının meşə 
qanunvericiliyində nəzərdə tutulmuş və meşə istifadəsinə dair xüsusi şərtlər. 
 
Meşəqırma  bileti  yerli  meşə  təsərrüfatı  müəssisəsinin  direktoru  (o  olmadıqda, 
onun  müavini)  və  baş  meşəbəyi  (meşə  ustası)  tərəfindən  imzalanır  və  bu 
müəssisənin möhürü ilə təsdiq edilir.
 
Oduncağın tədarük və daşınma üzrə möhlət verilərkən meşə təsərrüfatı müəssisəsi 
tərəfindən  meşəqırma  biletində  müvafiq  qeydlər  aparılır  və  bu  müəssisənin 
direktoru (o, olmadıqda, onun müavini) tərəfindən imzalanır və möhürlə təsdiq 
edilir.
3.3.  Meşəqırma  biletinin  dəsti  üç  nüsxədən  ibarətdir:  birinci  nüsxəsi  meşə 
istifadəçisinə,  ikinci  nüsxəsi  meşəbəyliyə  və  ya  meşə  ustası  sahəsinə  verilir, 
üçüncü nüsxəsi isə meşə təsərrüfatı müəssisəsində saxlanılır.
3.4. Orderdə aşağıdakılar göstərilir:
 
meşəqırma biletinin tarixi, seriyası, nömrəsi və bu bileti verən meşə təsərrüfatı 
müəssisəsinin adı; meşə dolayısının, kvartalın, qırıntı yerinin nömrəsi və sahəsi, 
qeydə  alınma  üsulu,  hündürlük  dərəcəsi  və  meşənin  qrupu;  tədarük  edilmiş 
oduncağın və qırıntı yerinin müayinə aktları. 
 
Orderin digər göstəriciləri meşəqırma biletinin uyğun göstəriciləri ilə eynidir.
 
Order yerli meşə təsərrüfatı müəssisəsinin direktoru (o olmadıqda, onun müavini) 
və baş meşəbəyi (meşə ustası) tərəfindən imzalanır və bu müəssisənin möhürü ilə 
təsdiq edilir.
3.5. Orderin dəsti üç nüsxədən ibarətdir: birinci nüsxəsi meşə istifadəçisinə, ikinci 
nüsxəsi meşə dolayısının gözətçisinə verilir, üçüncü nüsxəsi isə hazırlıq, tədarük 
və daşınma müddəti qurtarana kimi orderi verən məşəbəylikdə və ya meşə ustası 
sahəsində  qalır.  Mövsüm  qurtardıqda  orderin  üçüncü  nüsxəsi  müvafiq  meşə 
təsərrüfatı müəssisəsinə təhvil verilir.
3.6. Meşə biletində aşağıdakılar göstərilir:
 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  adı; 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə