Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə35/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   31   32   33   34   35   36   37   38   ...   125

101
meşə  biletinin  nömrəsi,  seriyası  və  biletin  verilmə  tarixi;  hüquqi  şəxslər 
üçün — meşə bileti verilən müəssisə, təşkilat, idarənin adı və hüquqi ünvanı; 
fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin 
məlumatları  (seriya,  nömrə,  kim  tərəfindən  və  nə  vaxt  verilmişdir,  yaşayış 
yeri); meşə təsərrüfatı müəssisəsinin, meşəbəyliyin (meşə ustası sahəsinin) adı, 
meşə dolayısının, kvartalın, bölməsinin nömrəsi; meşə istifadəsinə icazə verən 
sənədin adı, tarixi və nömrəsi; meşə istifadəsinin növləri və ölçüləri; meşədən 
istifadə növünə görə nırx qiyməti; meşədən istifadəyə görə ödəmə məbləği; meşə 
istifadəsinin başlanma və qurtarma müddəti; Azərbaycan Respublikasının meşə 
qanunvericiliyində nəzərdə tutulmuş və meşə istifadəsinə dair xüsusi şərtlər. 
 
Meşə bileti yerli meşə təsərrüfatının müəssisəsinin direktoru (o olmadıqda, onun 
müavini) tərəfindən imzalanır və bu müəssisənin möhürü ilə təsdiq edilir.
3.7.  Meşə  bileti  üç  nüsxədən  ibarətdir:  birinci  nüsxəsi  meşə  istifadəçisinə,  ikinci 
nüsxəsi  məşəbəyliyə  (meşə  ustası  sahəsinə)  verilir,  üçüncü  nüsxəsi  isə  meşə 
təsərrüfatı müəssisəsində saxlanılır.
3.8. Meşəqırma bileti, order və meşə bileti «Azərbaycan Respublikası meşələrində 
köküstü oduncaq buraxılışı Qaydaları» və «Meşə fondundan ikinci dərəcəli meşə 
sərvətlərinin tədarükü və meşədən əlavə istifadə Qaydası» ilə müəyyən olunmuş 
müddətlərdə meşə istifadəçilərinə verilir.
 
Müddəti  bitmiş  meşəqırma  bileti,  order  və  meşə  bileti,  habelə  mövcud 
qanunvericiliyə  uyğun  meşə  istifadəçisi  meşə  fondu  sahələrindən  istifadə 
hüququna xitam verildikdə bu sənədlər etibarsız sayılır.
3.9.  Meşəqırma  bileti,  order  meşə  bileti  verilərkən  meşə  istifadəçiləri  mövcud 
qanunvericilik,  habelə  meşə  istifadəsinin  növündən  asılı  olaraq,  müvafiq 
normativ hüquqi aktları ilə tanış edilir və onların pozulmasına görə məsuliyyətə 
cəlb edilməsi barədə məlumatlandırılır.


102
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 4 oktyabr tarixli 161 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi
QAYDASI
1.  Bu Qayda meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsini tənzimləyir.
2.  Meşə  fondu  torpaqlarının  qeyri-meşə  torpaqlarına  keçirilməsi,  habelə  mülkiyyət 
və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən 
(bundan  sonra  —  fiziki  və  hüquqi  şəxslər  adlandırılır)  meşə  fondu  ehtiyatlarının 
istifadəsi zamanı Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar 
meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.
3.  Meşə  fondu  torpaqlarının  qeyri-meşə  torpaqlarına  keçirilməsi  (su  qovşaqlarının, 
boru  kəmərlərinin,  yolların,  elektrik  xətlərinin  tikintisi  zamanı  və  s.) Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur.
 
Bu  halda  meşə  fondu  torpaqlarının  kadastr  qiyməti  əsasında  hesablanmış  dəyəri 
onları istifadə edəcək fiziki və hüquqi şəxslər tərəfindən ödənilir.
4.  Meşə  fondunun  vəziyyətinə,  istifadəsinə,  mühafizəsinə,  qorunmasına  və  meşələrin 
bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin 
tələblərinə  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  əməl  edilməməsini  aşkar  edərkən 
bu  barədə  müvafiq  qaydada  akt  tərtib  edirlər  və  hüquqpozmalar  nəticəsində  meşə 
təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr 
üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər.
5.  Fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş 
aktla  razılaşmadıqları  halda  mövcud  qanunvericiliyə  uyğun  aidiyyəti  məhkəməyə 
şikayət edə bilərlər.
6.  Meşə  fondu  torpaqlarının  qeyri-meşə  torpaqlarına  keçirilməsi  və  Azərbaycan 
Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və 
itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir.


103


104


105


106


107
Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ
hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI
«Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
«Azərbaycan  Respublikası  Meşə  Məcəlləsinin  tətbiq  edilməsi  barədə»  Azərbaycan 
Respublikası  Prezidentinin  1998-ci  il  30  mart  tarixli  693  nömrəli  Fərmanının  icrası  ilə 
əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  «Meşə  fondu  torpaqlarının  geri  alınması  ilə  əlaqədar  meşə  istifadəçilərinə  dəyən 
ziyanın ödənilməsi Qaydası» və «Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə 
ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Qaydası» təsdiq 
edilsin (əlavə olunur).
2.  «Məhsulların  (işlərin,  xidmətlərin)  sertifikatlaşdırılmasının  mərhələlər  üzrə  tətbiq 
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul 
tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş «Təhlükəsizliyi təmin ediləcək məhsulların 
siyahısı»na «Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları» sözləri 
əlavə edilsin.
3.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİZADƏ 
Bakı şəhəri, 8 noyabr 1999-cu il
№ 174


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə