Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə43/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   39   40   41   42   43   44   45   46   ...   125

128
haqqında verilmiş təkliflərə uyğun müəyyənləşdirilir.
3.18. Səpin üsulu ilə meşə əkinləri salındıqda səpin qaydası, ilkin sıxlıq norması və 
digər texnoloji tələblər, yolverilən cərgə aralarının eni və əkin (səpin) yerlərinin 
arası,  meşəbitmə  zonası  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilir.
3.19.  Meşə  əkinlərinin  yaradılmasında  əsas  üsul  olan  əkin,  müxtəlif  növ  əkin 
materialları  (ting,  toxmacar  və  qələm)  ilə  həyata  keçirilir.  Su  və  külək 
eroziyalarına məruz qalmış, rütubətliyi çox olan torpaqlarda, əkin yerlərini tez 
alaq  bitkiləri  basan  sahələrdə,  kifayət  qədər  nəmliyi  olmayan  rayonlarda  əkin 
üsuluna  üstünlük  verilir.  Bu  zaman  yalnız  seleksiya  əsasında  seçilmiş  əkin 
materiallarından istifadə olunur.
3.20.  Meşə  əkinlərinin  etibarlılığını,  aqrotexniki  xidmətə  olan  tələblərinin 
azaldılmasını  və  meşə  ilə  örtülü  sahəyə  keçirilməsinin  tezləşdirilməsini  təmin 
etmək məqsədi ilə, əkin üçün davamlı, tezböyüyən yüksək məhsuldarlıqlı ağac 
cinslərinin tinglərindən, toxmacarlarından və qələmlərindən istifadə edilir.
3.21.  Səpin  üsulu  ilə  meşə  əkininin  yaradılmasında  bu  sahədə  müsbət  təcrübəsi 
olan, gəmiricilər tərəfindən qorxusu olmayan və torpaq örtüyü zəif inkişaf etmiş 
sahələrdə aparılır. Bu zaman palıd, şabalıd, qoz ağacı cinslərinin toxumlarından 
istifadə olunur.
3.22.  Əkin  və  səpinin  aparılma  müddətləri  torpaq,  iqlim  şəraitindən  və  ağac 
cinslərindən asılı olaraq erkən yazda və ya payızda aparılır.
3.23.  Plantasiya  tipli  meşə  əkinləri,  onların  yetişdirilməsinin  bütün  dövrlərində 
mövcud  təkliflərin  və  standartların  tələblərinə  müvafiq  hazırlanmış  xüsusi 
layihələr  və  texnologiyalar  üzrə  oduncağın  və  digər  meşə  məhsullarının 
alınmasını tezləşdirmək təqsədi ilə salınır.
3.24.  Meşələrin  təbii  bərpası  üçün  təbii  yeniyetmələri  olmayan  və  ya  çox  az  olan 
sahələrdə bərabər yayılmayan, lakin təbii bərpaya kömək tədbirləri aparmaqla 
qiymətli  cinslər  hesabına  bərpası  mümkün  olan  yüksək  keyfiyyətli  məhsuldar 
meşə torpaqları daxildir.
3.25. Təbii bərpaya kömək tədbirləri aparılan meşə sahələri:
•  qalın ölü örtüyə malik, yüksək doluluğu olan, təbii bərpası zəif gedən meşə 
sahələri; 
•  mal-qara  otarılmasına  məruz  qalmış,  kifayət  qədər  qiymətli  cinsləri, 
yeniyetmələri və cücərtiləri olan meşə sahələri
•  toxumluq ağaclar qeyri bərabər yayılmış meşə sahələri
•  meşəbitmə şəraitinə görə məhsuldar meşə yetişdirilməsi mümkün olan, lakin 
meşələrin  doluluğuna,  yaşına  və  ərazinin  relyefinə  görə  yeniyetmələri  və 
cücərtiləri zəif olan və qeyri-bərabər yayılan meşə sahələri. 
3.26. Təbii bərpaya kömək etmək məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
•  qalın ölü örtüyə və kifayət qədər toxumluq ağaclar olan meşə sahələrində 
çürüməmiş xəzəl qatının torpaq qatına qədər dırmıxla aşılanması; 
•  əlverişli  meşəbitmə  şəraiti  olan,  doluluğu  0,4—0,6  və  az  toxumluq  ağac 
olan  sahələrdə  (ərazinin  relyefindən  asılı  olaraq)  torpağın  üst  qatını 
dırmıxlanmaqla ağac toxumlarının səpilməsi. 
3.27.  Meşə  yetişdirilməsi  üçün  torpaq  fondu,  meşə  fondunun  məhsuldar  olmayan 
torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda 
qoruyucu  meşə  əkinləri  yaratmaq,  ərazinin  meşəlik  faizini  artırmaq,  ekoloji 
mühiti yaxşılaşdırmaq, torpaqları külək və su eroziyalarından qorumaq məqsədi 
ilə yaradılır.


129
 
Buraya daxildir:
•  dağ yamaclarında və dərə yarğanlarında salınmış, su eroziyasını, su axımını 
tənzimləyən meşə əkinləri
•  torpaqların  münbitliyini  qoruyan,  hidroloji  və  mikroiqlim  şəraitini 
yaxşılaşdıran dövlət meşə zolaqları; 
•  təbii  su  mənbələrini,  çay  kənarlarını  və  sahil  boyu  qoruyucu  meşələri, 
xırda  çayları  və  digər  su  mənbələrini  lilləşmədən,  kimyəvi  maddələrlə 
çirklənmədən qoruyan və su rejimini yaxşılaşdıran meşə əkmələri
•  qumluqların  bərkidilməsi  üçün  külək  eroziyasına  qarşı  salınmış  yaşıllıq 
zolaqları; 
•  örüş  və  otlaqların  yem  bazasının  yaxşılaşdırılması,  ərazilərin  sərt 
küləklərdən və qar çovğunlarından, günəş radiasiyasından qorumaq məqsədi 
ilə yaradılmış meşə zolaqları və massivləri. 
3.28.  Meşə  yetişdirilməsi  meşəhidromeliorativ  tədbirlər  nəzərə  alınmaqla  ərazi 
texnoloji xəritələri əsasında aparılır.
3.29. Meşələrin bərpasını tənzimləyən sənədlərin nümunələri, onların doldurulması 
və  uçota  alınması  barədə  təlimatlar  və  tövsiyələr Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunur.


130
Meşəqırma həcminin təstiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
 Qərarı
Azərbaycan Respublikası Meşə Məcəlləsinin 34-cü maddəsinə uyğun laraq Azərbaycan 
Respublikası Nazirlər Kabineti qərara alır:
1.  “Azərbmeşə” İstehsalat Birliyi tərəfindən hesablanmış və Azərbaycan Respublikasının 
Dövlət  Eklogiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Kmitəsi  ilə  razılaşdırılmış  illik 
meşəqərma həcmi 64 (altmış dörd) min kub metr təsdiq edilsin.
2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A.RASIZADƏ
Bakı şəhəri, 09 iyun 2000-ci il 
 № 99 


131
Azərbaycan Respublikası prezidentinin bəzi fərmanlarında 
dəyişikliklər edilməsi barədə 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  yaradılması  və 
onun Əsasnaməsinin təsdiq edilməsi ilə əlaqədar olaraq qərara alıram:
I. «Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 
haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1992-
ci il 7 sentyabr tarixli, 176 nömrəli fərmanının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
II. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında aşağıdakı dəyişikliklər edilsin:
1.  «Toxumçuluq  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 
barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli, 569 nömrəli 
fərmanının  3-cü  bəndinin  ikinci  və  üçüncü  abzaslarında  «Azərbmeşə»  İstehsalat 
Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» 
sözləri ilə əvəz edilsin.
2.  Azərbaycan  Respublikası  Prezidentinin  1997-ci  il  24  iyun  tarixli,  609  nömrəli 
fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının 
tənzimlənməsi qaydaları»nın 2 nömrəli əlavəsinin «ixrac» bölməsinin birinci, ikinci 
və altıncı abzaslarında, «idxal» bölməsinin isə dördüncü və səkkizinci abzaslarında 
«Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii 
Sərvətlər  Nazirliyi»  sözləri  ilə  əvəz  edilsin.  Həmin  əlavənin  «ixrac»  bölməsinin 
üçüncü  abzasında  «Dövlət  Geologiya  və  Mineral  Ehtiyatlar  Komitəsi»  sözləri 
«Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
3.  «Pestisidlər  və  aqrokimyəvi  maddələr  haqqında»  Azərbaycan  Respublikası 
Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci 
il 25 iyul tarixli, 618 nömrəli fərmanının 2-ci bəndinin dördüncü, beşinci və altıncı 
abzaslarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri 
«Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
4.  «Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli, qanunu ilə təsdiq edilmiş 
Azərbaycan  Respublikası  Su  Məcəlləsinin  tətbiq  edilməsi  barədə»  Azərbaycan 
Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685 nömrəli fərmanının 2-ci 
bəndinin beşinci, yeddinci, səkkizinci, on birinci, on ikinci, on dördüncü, on beşinci, 
on  səkkizinci,  on  doqquzuncu  abzaslarında  və  4-cü  bəndində  «Dövlət  Ekologiya 
və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi»  sözləri  «Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin. Həmin fərmanın 2-ci 
bəndinin beşinci, yeddinci, səkkizinci, on doqquzuncu abzaslarından və 4-cü bəndindən 
«Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi sözləri çıxarılsın. Həmin fərmanın 
2-ci  bəndinin  doqquzuncu,  onuncu  və  on  üçüncü  abzaslarında  «Dövlət  Geologiya 
və  Mineral  Ehtiyatlar  Komitəsi»  və  on  yeddinci  abzasında  «Azərbalıq»  Dövlət 
Balıqçılıq  Təsərrüfatı  Konserni»  sözləri  «Azərbaycan  Respublikasının  Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin. Həmin fərmanın 2-ci bəndinin 
onuncu abzasından «Dövlət Hidrometeorologiya Komitəsi» sözləri çıxarılsın.
5.  «Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli, qanunu ilə təsdiq edilmiş 
Azərbaycan  Respublikası  Meşə  Məcəlləsinin  tətbiq  edilməsi  barədə»  Azərbaycan 
Respublikası  Prezidentinin  1998-ci  il  30  mart  tarixli,  693  nömrəli  fərmanının 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə