Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə45/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   41   42   43   44   45   46   47   48   ...   125

134
Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
18.  «Hidrometeorologiya  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 
13 fevral tarixli, 103 nömrəli fərmanının 2-ci bəndinin on ikinci abzasından «Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri çıxarılsın, bu bəndin 
ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, 
on birinci və on ikinci abzaslarında, eləcə də 3-cü bəndin ikinci abzasında «Dövlət 
Hidrometeorologiya  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi» 
sözləri ilə əvəz edilsin. Həmin fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasında 
hidrometeorologiya  fəaliyyətinə  dövlət  nəzarəti  haqqında  Əsasnamə»nin  2,  5,  6 
və  7-ci  bəndlərində  «Hidrometeorologiya  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin. 
19.  «Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı  Mübarizə 
üzrə  Dövlət  Komissiyasının  bəzi  məsələləri  haqqında»  Azərbaycan  Respublikası 
prezidentinin 1999-cu il 17 iyun tarixli, 139 nömrəli fərmanının 1-ci bəndinin iyirmi 
ikinci  abzasından  «Musa  Məmmədov  -  «Azərbmeşə»  İstehsalat  Birliyinin  sədri» 
sözləri çıxarılsın.
20.  «Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra müəssisə və təşkilatlarda işləyən fəhlə 
və  qulluqçuların  əmək  haqqlarının  artırılması  haqqında»  Azərbaycan  Respublikası 
Prezidentinin 1999-cu il 31 iyul tarixli, 170 nömrəli fərmanının 1-ci bəndindən «Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin», «Azərbaycan Respublikası 
Dövlət  Hidrometeorologiya  Komitəsinin»,  «Azərbalıq»  Dövlət  Konserninin»  və 
“Azərbmeşə”  İstehsalat  Birliyinin”  sözləri  çıxarılsın  və  bu  bəndə  «Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri əlavə edilsin.
21.  «Ekoloji  təhlükəsizlik  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 
172  nömrəli  fərmanının  2-ci  bəndinin  üçüncü,  dördüncü,  beşinci  abzaslarında  və 
3-cü bəndində «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri 
«Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
22.  «Ətraf  mühitin  mühafizəsi  haqqında» Azərbaycan  Respublikası  Qanununun  tətbiq 
edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 1999-cu il 4 avqust tarixli, 
173 nömrəli fərmanının 2-ci bəndinin üçüncü abzasında və 3-cü bəndində «Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
23.  «Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli, Qanunu ilə təsdiq edilmiş 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan 
Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli fərmanının 2-ci 
bəndinin  beşinci  abzasında  «Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət 
Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
24.  «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə 
əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 
10 avqust tarixli, 178 nömrəli fərmanının 1-ci bəndinin yeddinci abzasında «Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
25.  «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 
barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  30  avqust  tarixli,  186 
nömrəli  fərmanının  3-cü  bəndinin  ikinci,  üçüncü,  dördüncü,  altıncı,  yeddinci 
və  səkkizinci  abzaslarında  «Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət 
Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin. 
Həmin  fərmanın  3-cü  bəndinin  ikinci  və  üçüncü  abzaslarından  «və  «Azərbalıq» 


135
Dövlət  Balıqçılıq Təsərrüfatı  Konserni»,  yeddinci  abzasından  isə  «və  «Azərbalıq» 
Dövlət Balıqçılıq Təsərrüfatı Konserni öz səlahiyyətləri daxilində» sözləri çıxarılsın.
26.  «Azərbaycan Respublikasının «Azərqızıl» Dövlət Şirkətinin ləğv edilməsi haqqında» 
Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  22  yanvar  tarixli,  264  nömrəli 
fərmanının  2-ci  və  3-cü  bəndlərində  «Dövlət  Geologiya  və  Mineral  Ehtiyatlar 
Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
27.  «Torpaqların  münbitliyi  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 
edilməsi  barədə» Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  6  mart  tarixli, 
290  nömrəli  fərmanının  2-ci  bəndinin  dördüncü  və  beşinci  abzaslarında  «Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və beşinci abzasından «Dövlət Geologiya 
və Mineral Ehtiyatlar Komitəsi» sözləri çıxarılsın.
28.  «Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli, qanunu ilə təsdiq edilmiş 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə» 
Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  6  mart  tarixli,  291  nömrəli 
fərmanının  1-ci  bəndinin  on  birinci  abzasında  «Dövlət  Ekologiya  və  Təbiətdən 
İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri 
ilə əvəz edilsin və onuncu abzasından «Azərbaycan Respublikasının Dövlət Ekologiya 
və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi»  sözləri  çıxarılsın.  Bu  bəndin  beşinci, 
onuncu, on üçüncü, on dördüncü, on beşinci və iyirminci abzaslarında «Azərmeşə» 
İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin.
29.  Azərbaycan  Respublikası  prezidentinin  2000-ci  il  6  mart  tarixli,  293  nömrəli 
fərmanı ilə təsdiq edilmiş «Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılası 
Qaydaları»nın  1.3-cü  bəndində,  2.4.1-ci  yarımbəndində,  3.3  və  3.6-cı  bəndlərində 
«Dövlət  Geologiya  və  Mineral  Ehtiyatlar  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
30.  «Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin 
edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 2000-ci il 6 mart tarixli, 294 
nömrəli fərmanının 2-ci bəndinin ikinci və üçüncü abzasları aşağıdakı redaksiyada 
verilsin:
 
«- həmin qanunun 6-cı maddəsində nəzərdə tutulmuş heyvanlar aləminin mühafizəsi və 
istifadəsi ilə bağlı hüquq münasibətlərində Azərbaycan Respublikası adından Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (o cümlədən, Naxçıvan MR üzrə 
Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi) iştirak edir;
 
- həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş heyvanlar aləminin mühafizəsi 
və istifadəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi və Naxçıvan MR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
daxildir;».
 
Həmin fərmanın 2-ci bəndinin dördüncü abzasından «Azərbaycan Respublikasının 
qanunvericiliyinə  uyğun  olaraq, Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və 
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı 
Konserni  öz  səlahiyyətləri  daxilində  həyata  keçirirlər»  sözləri  «Azərbaycan 
Respublikasının  Ekologiya  və Təbii  Sərvətlər  Nazirliyi  həyata  keçirir»  sözləri  ilə, 
altıncı abzasında isə «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» 
sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin.
31.  «Azərbaycan  Respublikası  prezidentinin  1997-ci  il  4  oktyabr  tarixli,  637  nömrəli 
fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin 
və  onları  verən  icra  hakimiyyəti  orqanlarının  siyahısı»na  əlavələr  və  dəyişikliklər 
edilməsi  haqqında»  Azərbaycan  Respublikası  prezidentinin  2000-ci  il  01  iyul 
tarixli, 358 nömrəli fərmanının 1-ci bəndinin üçüncü abzasında «Dövlət Ekologiya 
və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi»  sözləri  «Azərbaycan  Respublikasının 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə