Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə44/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   40   41   42   43   44   45   46   47   ...   125

132
2-ci  bəndinin  beşinci  və  altıncı  abzaslarında  «Dövlət  Ekologiya  və  Təbiətdən 
İstifadəyə Nəzarət Komitəsi» sözləri, dördüncü, yeddinci və səkkizinci abzaslarında 
«Azərbmeşə»  İstehsalat  Birliyi»  sözləri  «Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi» 
sözləri ilə əvəz edilsin. Həmin bəndin beşinci və altıncı abzaslarından «Azərbmeşə» 
İstehsalat Birliyi» sözləri çıxarılsın.
6.  «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 
Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  27  aprel  tarixli,  701  nömrəli 
fərmanının 2-ci bəndinin üçüncü, dördüncü, beşinci, altıncı, onuncu, on birinci, on 
ikinci, on üçüncü, on altıncı, on səkkizinci, iyirmi birinci, iyirmi üçüncü və iyirmi 
dördüncü abzaslarında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri 
«Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin, bu bəndin dördüncü 
və iyirmi birinci abzaslarından isə «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət 
Komitəsi» sözləri çıxarılsın.
7.  «Balıqçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 
Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  13  iyun  tarixli,  722  nömrəli 
fərmanının  2-ci  bəndinin  dördüncü  və  altıncı  abzaslarında  «Azərbalıq»  Dövlət 
Balıqçılıq  Təsərrüfatı  Konserni»  sözləri  «Azərbaycan  Respublikasının  Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin. Həmin fərmanın 2-ci bəndinin 
beşinci  abzasında  «müvafiq  olaraq  «Azərbalıq»  Dövlət  Balıqçılıq  Təsərrüfatı 
Konserni və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən istifadəyə 
Nəzarət Komitəsi həyata keçirirlər» sözləri «Azərbaycan Respublikasının Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi həyata keçirir» sözləri ilə əvəz edilsin.
8.  «Hidrometeorologiya  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust 
tarixli, 747 nömrəli fərmanının 2-ci bəndinin beşinci, altıncı və yeddinci abzaslarında 
«Dövlət  Hidrometeorologiya  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin. 
9.  «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun 
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust 
tarixli,  758  nömrəli  fərmanının  2-ci  bəndinin  altıncı  abzasında  «Dövlət  Ekologiya 
və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin. 
10.  «1998-2002-ci  illərdə  Azərbaycan  Respublikasının  dövlət  statistika  sistemində 
islahatların aparılmasına dair Dövlət Proqramı haqqında» Azərbaycan Respublikası 
Prezidentinin  1998-ci  il  20  avqust  tarixli,  760  nömrəli  fərmanı  ilə  təsdiq  edilmiş 
«1998-2002-ci  illərdə  dövlət  statistika  sistemində  islahatların  aparılmasına  dair 
Dövlət Proqramı»nın tədbirlər cədvəlinin I bölməsinin 3.3-cü yarımbəndindən və II 
bölməsinin 2.2-ci yarımbəndindən «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət 
Komitəsi» sözləri çıxarılsın. Bu cədvəlin I bölməsinin 3.3-cü yarımbəndində və II 
bölməsinin  2.2  və  2.7-ci  yarımbəndində  «Dövlət  Geologiya  və  Mineral  Ehtiyatlar 
Komitəsi»  sözləri  «Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin.
11.  «İstehsalat  və  məişət  tullantıları  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr 
tarixli,  3  nömrəli  fərmanının  2-ci  bəndinin  üçüncü,  dördüncü,  beşinci,  altıncı  və 
yeddinci abzaslarında «Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» 
sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə əvəz edilsin və bu bəndin 
altıncı  abzasından  «Dövlət  Geologiya  və  Mineral  Ehtiyatlar  Komitəsi»  sözləri 
çıxarılsın.


133
12.  «Tarixi «İpək yolu»nun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə 
yetirilməsi ilə əlaqədar tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 
1998-ci il 26 oktyabr tarixli, 4 nömrəli fərmanının 6-cı bəndində «Dövlət Ekologiya 
və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin.
13.  «Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  22  noyabr  tarixli,  23  nömrəli 
fərmanı ilə təsdiq edilmiş «Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş 
vəzifəli şəxslərin siyahısı»nın II bölməsinin iyirmi ikinci abzası aşağıdakı redaksiyada 
verilsin:  «Azərbaycan  Respublikasının  ekologiya  və  təbii  sərvətlər  naziri»,  iyirmi 
üçüncü və otuzuncu abzasları isə çıxarılsın. Həmin fərmanla təsdiq edilmiş «Dövlət 
sirrinə aid edilən məlumatların siyahısı»nın I bölməsinin 4-cü bəndinin on səkkizinci 
abzasında «ETİNK» - Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» 
sözləri  «ETSN»  -  «Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin və cədvəlin 15-ci bəndində «Ekologiya və Təbiətdən 
İstifadəyə Nəzarət DK» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri ilə 
əvəz  edilsin.  Bu  cədvəlin  35,  45,  47  və  72-ci  bəndlərində  «Geologiya  və  Mineral 
Ehtiyatlar DK» sözləri və 7, 32, 33 və 34-cü bəndlərində «Hidrometeorologiya DK» 
sözləri  «ETSN»  sözləri  ilə  əvəz  edilsin  və  45-ci  və  47-ci  bəndlərindən  «ETİNK» 
sözləri, 35-ci bəndindən isə «Hidrometeorologiya DK» sözləri çıxarılsın.
14.  «Yol  hərəkəti  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 
barədə»  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  22  noyabr  tarixli,  24 
nömrəli  fərmanının  2-ci  bəndinin  beşinci  abzasında  «Dövlət  Hidrometeorologiya 
Komitəsi»  sözləri  və  on  doqquzuncu  abzasında  «Dövlət  Ekologiya  və  Təbiətdən 
İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri 
ilə əvəz edilsin.
15.  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  22  noyabr  tarixli,  26  nömrəli 
fərmanı  ilə  təsdiq  edilmiş  «Beynəlxalq  (regional)  və  dövlətlərarası  standartların, 
normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması 
və  tətbiq  edilməsi  qaydaları»nın  10-cu  bəndində  «Dövlət  Ekologiya  və  Təbiətdən 
İstifadəyə Nəzarət Komitəsi» sözləri «Ekologiya və Təbii Sərvətlər Nazirliyi» sözləri 
ilə əvəz edilsin.
16.  «Azərbaycan  Respublikası  Prezidentinin  1997-ci  il  4  oktyabr  tarixli,  637  nömrəli 
fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin 
və  onları  verən  icra  hakimiyyəti  orqanlarının  siyahısı»na  dəyişikliklər  və  əlavələr 
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli, 
83 nömrəli fərmanının 1-ci bəndinin doqquzuncu abzasında «Dövlət Ekologiya və 
Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi» sözləri ilə əvəz edilsin.
17.  «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi 
barədə»  Azərbaycan  Respublikası  prezidentinin  1999-cu  il  13  fevral  tarixli,  102 
nömrəli  fərmanının  2-ci  bəndinin  beşinci  və  on  birinci  abzaslarından  «Dövlət 
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi» sözləri çıxarılsın və bu bəndin 
üçüncü,  beşinci,  yeddinci,  doqquzuncu,  onuncu,  on  birinci  abzaslarında,  3-cü 
bəndinin ikinci abzasında «Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi» sözləri 
«Ekologiya  və Təbii  Sərvətlər  Nazirliyi»  sözləri  ilə  əvəz  edilsin.  Həmin  fərmanla 
təsdiq edilmiş «İstifadəyə verilən yer təki sahələri haqqında geoloji informasiyanın və 
faydalı qazıntı ehtiyatlarının dövlət geoloji ekspertizasının keçirilməsi qaydaları»nın 
1.6-cı bəndində, 3.3-cü bəndinin on ikinci abzasında, 5.7, 5.10 və 6.3-cü bəndlərində 
«Dövlət  Geologiya  və  Mineral  Ehtiyatlar  Komitəsi»  sözləri  «Ekologiya  və  Təbii 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə