Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə42/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   38   39   40   41   42   43   44   45   ...   125

126
eroziyasından qorunmasını təmin edən tədbirləri həyata keçirmək
•  meşə istifadəçiləri tərəfindən aparılan işlər meşələrin inkişafına mənfi təsir 
göstərdiyi hallarda, müəyyən olunmuş qaydada müvafiq istifadə növlərini 
dayandırmaq və ya məhdudlaşdırmaq; 
•  meşələrin bərpası və inkişafı ilə bağlı olan işlərə nəzarət etmək. 
3.3. Meşələrin bərpası meşə tiplərindən, ərazilərin meşəbitmə şəraitindən, ağac və kol 
cinslərinin meşəçilik xüsusiyyətlərindən və meşə yetişdirilməsinin məqsədindən 
asılı olaraq aşağıdakı şərtləri təmin etməlidir:
•  meşə sərvətlərinin meşəçilik, ekoloji və iqtisadi cəhətdən ən qısa müddətdə 
daha səmərəli üsullarla bərpa olunmasını; 
•  meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini; 
•  meşələrin məhsuldarlığının və ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını; 
•  ərazinin optimal meşəlik faizinin təmin edilməsini
•  meşələrin  suqoruyucu,  sanitar-gigiyena,  mühit  əmələ  gətirən  və  sair 
qoruyucu funksiyalarının artırılmasını. 
3.4. Meşələrin bərpası meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə 
quruluşu layihələri əsasında hazırlanmış və müəyyən olunmuş qaydada təsdiq 
edilmiş dövlət proqramlarına uyğun aparılır. Bu proqramlar meşəbərpa işlərinin 
həcmini, onların aparılma üsullarını və bərpa olunacaq ağac cinslərini, həmçinin 
meşəbərpa  tədbirlərini,  meşə  toxumlarının  tədarükü  və  əkin  materiallarının 
yetişdirilməsi işlərinin aparılmasını müəyyənləşdirir.
3.5. Meşə  fondunda  meşələrin  bərpası  məqsədi  ilə  meşə  əkinlərinin  salınması  və 
meşələrin təbii bərpasına kömək tədbirlərinin həyata keçirilməsi üçün meşəbərpa 
fondu yaradılır.
 
Bu fond aşağıdakı kateqoriyalara bölünür:
•  meşə əkini fondu; 
•  meşələrin təbii bərpası üçün torpaq fondu
•  meşə yetişdirilməsi üçün torpaq fondu. 
3.6. Meşə əkini fonduna daxildir:
•  təbii yolla meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, 
qurumuş ağaclıqlar; 
•  batmış və müəyyən olunmuş qaydada silinmiş meşə əkini və qurudulmuş 
bataqlıq sahələri
•  kənd təsərrüfatı istifadəsi üçün yararsız, lakin meşə bərpası üçün yararlı olan 
torpaq sahələri; 
•  meşələrin bərpası üçün yararlı olan qumluqlar, dərə və yarğanlar və qeyri-
meşə torpaqları. Bu sahələr torpaq və aqrokimyəvi tədqiqatlar aparıldıqdan 
sonra meşə əkini fonduna daxil edilir; 
•  meşə əkini və səpini üsulu ilə bərpa olunmalı azqiymətli meşə sahələri və 
doluluğu 0,6-dan aşağı olan pozulmuş meşə sahələri. 
3.7. Meşə əkini fondundan ilk növbədə istifadə olunan sahələr:
•  su və külək eroziyasına məruz qalmış sahələr; 
•  şəhərlərin  (qəsəbələrin)  yaşıl  zonalarında,  çayların  və  ya  digər  su 
obyektlərinin qadağan olunmuş zolaqlarında yerləşən sahələr
•  yüksək bonitetli ağaclıqların yetişdirilməsi üçün yararlı olan, meşə ilə örtülü 
olmayan sahələrin yüksək məhsuldar torpaqları; 
•  qiymətli  ağac  cinslərinin  yetişdirilməsi  üçün  bərpa  olunması  (qırılması 
nəzərdə tutulmuş azqiymətli meşələr) sahələr; 
•  tikinti  və  mədən  işlərinin  aparılması  nəticəsində  pozulan  və  meşə 


127
yetişdirilməsi üçün yararlı hala salınmış (rekultivasiya olunmuş) torpaqlar. 
3.8. Meşə  əkinləri  üçün  sahələrin  hazırlanmasında,  meşə  əkinlərində  aparılacaq 
əməliyyatların keyfiyyətlə yerinə yetirilməsi, onların yanğın təhlükəsinə məruz 
qalma ehtimalının azaldılması və sanitar vəziyyətinin yaxşılaşdırılması sahəsində 
aşağıdakı işlər nəzərdə tutulur:
•  sahənin müayinə edilməsi; 
•  meşə əkini üçün sahənin ayrılması; 
•  meşə  əkini  üçün  maşın  və  mexanizmlərin  hərəkətinə  maneçilik  törədən 
sahələrin nişanlanması; 
•  sahənin tör-töküntülərdən, daşlardan, arzu olunmaz ağac bitkilərindən, xırda 
kötüklərdən və s. başdan-başa və ya zolaqlarla təmizlənməsi
•  sahənin hamarlanması, meliorasiyası, yamaclarda terrasların kəsilməsi; 
•  sahədə zərərverici həşəratlarla qabaqcadan mübarizə tədbirlərinin aparılması. 
3.9. Meşə əkini üçün torpaq hazırlığı üsulu meşəbitmə şəraitindən, meşə tiplərindən, 
sahənin hazırlanması qaydasından, torpaq hazırlığının aqrotexniki tələblərindən 
və digər amillərdən asılı olaraq meşə təsərrüfatı müəssisəsi tərəfindən seçilir.
3.10. Meşə əkini üçün torpaq hazırlığı mexaniki üsulla başdan-başa və ya hissə-hissə 
zolaqlarla aparılır.
3.11. Külək və su eroziyasına məruz qalmayan, mailliyi 6 dərəcəyə qədər olan və 
mexanizmlərin  işləməsi  üçün  maneçilik  törətməyən  sahələrdə  başdan-başa 
şumlama üsulundan istifadə olunur.
3.12. Mexaniki üsulla hissə-hissə torpaq hazırlığı zolaqlarla, tranşeylər açılmaqla və 
çalalar qazılmaqla aparılır.
3.13.Hərəkətdə olan qumluqlarda meşə əkinləri aparılmasından əvvəl həmin sahələrdə 
kollardan, ot örtüyündən, qamışdan, qarğıdan, mexaniki çəpərlərdən və s. istifadə 
olunmaqla zolaqlar yaradılır. Bu halda əvvəldən əkilmiş kollar əsas cins əkilənə 
qədər meşə əkininin həcminə daxil edilmir.
3.14.Dağ  və  dağətəyi  sahələrdə  meşə  əkini  üçün  torpaq  hazırlığı  üsulu  sahələrin 
coğrafi zonalığından, ərazinin mailliyindən, torpağın daşlılığından, su hopdurma 
qabiliyyətindən,  sahənin  böyüklüyündən  və  istifadəsinin  mümkünlüyündən, 
ərazidə eroziya başlaması və artması təhlükəsindən asılı olaraq seçilir.
3.15. Dağlıq ərazilərdə, yamacların maillik dərəcəsindən, torpaq şəraitindən və digər 
göstəricilərindən asılı olaraq torpaq hazırlığı aşağıdakı üsullarla aparılır:
•  mailliyi  6  dərəcəyə  qədər  olan,  az  daşlı  güclü  torpaqlarda  başdan-başa 
şumlama; 
•  mailliyi 12 dərəcəyə qədər az daşlı torpaqlarda zolaqlarla şumlama və ya 
terras açmaqla; 
•  mailliyi 12—40 dərəcəyə qədər və ana qatın su hopdurma qabiliyyəti normal 
olan torpaqlarda eni 2,5 metrdən 4,5 metrə qədər ölçüdə qazıb tökmə torpaq 
üsulu ilə, kiçik sahələrdə isə xırda zolaqlarla, çala və tranşeylər qazmaqla. 
3.16.Meşə əkinləri tərkibinə görə bir əsas ağac cinsindən (bir cinsli əkin) və ya bir 
neçə əsas və köməkçi ağac cinslərindən (qarışıq əkin) ibarət yaradıla bilər. Bu 
zaman  seçilən  cinsləri  meşəbitmə  şəraitindən  asılı  olaraq  meşə  təsərrüfatının 
inkişaf etdirilməsi məqsədinə uyğun olmalıdır.
 
Köməkçi  ağac  və  kol  cinsləri  seçildikdə  onların  əsas  cinslə  qarşılıqlı  təsir 
əlaqələri nəzərə alınmalıdır.
3.17.Meşə əkinlərinin sıxlığı və qarışdırma sxemləri davamlı, yüksək məhsuldarlıqlı 
ağaclığın formalaşmasını təmin etməlidir. Ziyanvericilər və xəstəliklər yayılmış 
sahələrdə  meşə  əkinlərinin  ilkin  sıxlığı  və  cins  tərkibi  meşələrin  mühafizəsi 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə