Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə50/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   46   47   48   49   50   51   52   53   ...   125

146
 Soğan
1 kq
30
6.12
 kələm
1 kq
30
6.93
Kartof
1 kq
30
0.24
 Pambıq
1 kq
30
0.04
Yem bitkiləri üzrə: 
 Yonca
1 kq
30
0.78
 Xaşa
1 kq
30
0.24
Tinglər
Tumlu meyvələr üzrə: 
 Alma
1 ədəd
30
0.54
 Armud
1 ədəd
30
0.54
Çəyirdəkli meyvələr üzrə: 
 Alça
1 ədəd
30
0.42
 Gavalı
1 ədəd
30
0.42
 Gilas
1 ədəd
30
0.60
Çay
1 ədəd
30
0.60
Üzüm
1 ədəd
30
0.51
2.14.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 10 iş günü ərzində bu 
Qaydanın 2.13-cü bəndində göstərilən normalara əsasən subsidiyanın ödənilməsi 
barədə Ekspert Şurasının qərarını ətraflı təhlil və təsdiq etdikdən sonra tədbirin 
maliyyələşdirilməsi  üçün  təklifləri  müvafiq  sənədlərlə  birlikdə  Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. 
2.15.Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  1-ci  və  2-ci  reproduksiyalı 
toxumlara  və  tinglərə  görə  dövlət  büdcəsindən  təsərrüfatlara  subsidiya 
ödənilməsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təqdim 
etdiyi  sənədlərə  baxır  və  vəsaitin  həmin  Nazirliyin  müvafiq  xəzinə  hesabına 
köçürülməsini təmin edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 
ayrılmış  vəsaitləri  hüquqi  və  fiziki  şəxslərin  müvafiq  müvəkkil  banklardakı 
hesablaşma hesabına və ya ödəmə kartına köçürülməsini təmin edir.
2.16.Toxumçuluq  və  tinglik  təsərrüfatlarından  satılan  1-ci  və  2-ci  reproduksiyalı 
toxumlara  və  tinglərə  görə  dövlət  büdcəsindən  təsərrüfatlara  subsidiyanın 
ödənilməsi funksional təsnifatın «Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 
ovçuluq və ətraf mühitin mühafizəsi» bölməsində Azərbaycan Respublikasının 
Kənd  Təsərrüfatı  Nazirliyi  üçün  nəzərdə  tutulmuş  vəsaitlər  hesabına  həyata 
keçirilir. 
2.17.Toxumçuluq  və  tinglik  təsərrüfatlarından  satılan  1-ci  və  2-ci  reproduksiyalı 
toxumlara  və  tinglərə  görə  dövlət  büdcəsindən  təsərrüfatlara  subsidiyanın 
ödənilməsinin rəsmiləşdirilməsi ilə bağlı blank və formaların hazırlanması da bu 
vəsait hesabına həyata keçirilir. 
III. Hesabat və nəzarət
3.1. Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  toxum  və  ting 
istehsalçılarına dövlət büdcəsindən ödənilmiş subsidiya haqqında məlumatı hər 
ilin yekununa görə 15 yanvar tarixinə kimi Azərbaycan Respublikasının Maliyyə 
Nazirliyinə təqdim edir. 


147
3.2. İstehsalçılara satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət 
büdcəsindən subsidiyanın təyinatı üzrə ödənilməsi üzərində nəzarət Azərbaycan 
Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. 
IV.  Məsuliyyət
Bu  Qaydanın  tələblərini  pozan  şəxslər  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 
məsuliyyət daşıyırlar. 


148
Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində 
idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI
Azərbaycan  Respublikasında  qeyri-meşə  fondu  torpaqlarında,  o  cümlədən  magistral 
avtomobil  yollarının  mühafizə  zolaqlarında  yaşıllıqların  salınması,  bərpası  və  becərilməsi 
sahəsinin davamlı inkişafını təmin edən idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 
qərara alıram:
1.  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində ölkədə 
yaşıllaşdırma  sahəsində  xidmətlər  göstərən,  yaşıllıqların  salınması,  becərilməsi, 
bərpası  və  artırılması,  müvafiq  infrastrukturun  inkişafı  ilə  bağlı  digər  işləri  yerinə 
yetirən «Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu» Açıq Səhmdar Cəmiyyəti 
təsis edilsin.
2.  «Azərbaycan  yaşıllaşdırma  və  landşaft  quruluşu»  Açıq  Səhmdar  Cəmiyyətinin 
(bundan sonra - Cəmiyyət) səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından 
müəyyən  səlahiyyətlərin  həyata  keçirilməsi  aşağıdakı  dövlət  orqanlarına  həvalə 
edilsin:
2.1.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1.  Cəmiyyətin Nizamnaməsinin təsdiq edilməsi;
2.2.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə:
2.2.1.  Cəmiyyətin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;
2.2.2.  Cəmiyyətin  strukturunun,  aparatının  işçilərinin  say  həddinin  və  xərclər 
smetasının təsdiq edilməsi;
2.2.3.  Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2.4.  Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi 
şəxs  statuslu  qurumların  rəhbərlərinin  vəzifəyə  təyin  və  vəzifədən  azad 
edilməsinə razılıq verilməsi;
2.2.5.  Cəmiyyətdən  daxil  olan  təkliflərə  baxılması  və  öz  səlahiyyətləri  daxilində 
müvafiq tədbirlərin görülməsi;
2.2.6.  Cəmiyyətin  illik  hesabatlarının,  mühasibat  balanslarının,  mənfəət  və  zərər 
hesablarının təsdiq edilməsi;
2.2.7.  Cəmiyyətin  xalis  aktivlərinin  dəyərinin  iyirmi  beş  faizindən  artıq  məbləğdə 
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
2.3.  Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2.3.1.  Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, 
tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili 
və ya ləğv edilməsinə razılıq verilməsi;
2.3.2.  qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi.
3.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1.  Cəmiyyətin  Nizamnaməsini  Azərbaycan  Respublikasının  Prezidenti  ilə 
razılaşdırmaqla təsdiq etsin;
3.2.  qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə 
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi 
icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  bu  sərəncama 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə