Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə40/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   36   37   38   39   40   41   42   43   ...   125

120
2.8. Meşə  fondundan  istifadəyə  görə  ödəniş  növləri,  köküstə  buraxılan  oduncağın 
nırx qiyməti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
tərəfindən  tərtib  edilir,  Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi, 
Maliyyə  Nazirliyi  ilə  razılaşdırılır  və  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti tərəfindən təsdiq edilir.
III. Meşə torpaqlarının qiymətləndirilməsi 
3.1. Meşə torpaqlarının, o cümlədən tinglik və plantasiyalar altında olan torpaqların 
qiymətləndirilməsi ərazinin meşəbitmə şəraitindən, meşələrin təyinatından asılı 
olaraq meşə torpaqlarının faktiki yerləşdiyi ərazidən və torpaq kateqoriyalarından 
asılı olaraq meşə torpaqlarının normativ qiymətlərinə dair regional şkalalardan 
istifadə edilməklə aparılır.
3.2. Meşə torpaqlarının normativ qiymətlərinin şkalaları zona-tipoloji əsasda tərtib 
edilir  və  Azərbaycan  Respublikası  Dövlət  Torpaq  Komitəsinin  təqdimatı  ilə 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
3.3. Meşə təsərrüfatının fəaliyyət göstərdiyi ərazidəki ağaclıqlar meşə torpaqlarının 
qiymətlərinə  görə  normativ  tələblərə  tam  cavab  vermədiyini  nəzərə  alaraq, 
əvvəlcədən  istismar  üçün  nəzərdə  tutulan  meşələrə  şamil  edilməklə  oduncaq 
ehtiyatına malik təsərrüfat əhəmiyyətli (modal) ağaclıqların seçilməsi ilə müvafiq 
hesablamalar aparılır.
 
Meşə  torpaqlarının  münbitliyinin  daha  yüksək  keyfiyyət  göstəricilərinə 
malik  olduğunu  nəzərə  alaraq,  onların,  habelə  tinglik  və  plantasiyalar  altında 
olan  sahələrin  qiymətləndirilməsi  respublikanın  kadastr  qiymət  rayonları  və 
yarımrayonları üzrə əkin çoxillik əkmələr və dincə qoyulmuş torpaqların normativ 
qiymətinin birinci keyfiyyət qrupuna 1,3 əmsal tətbiq olunmaqla müəyyən edilir.
3.4. İqtisadiyyatın  cari  vəziyyətini  və  meşələrin  məqsədli  təyinatını  nəzərə  almaq 
üçün meşə fondu istifadə növləri üzrə məcmu məhsuldan tam istifadə etməmək 
imkanları  nəzərdə  tutulur.  Meşədən  istifadənin  ayrı-ayrı  növlərindən  istifadə 
etmə faizi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
tərəfindən müəyyən edilir.
IV.  Qeyri-meşə torpaqlarının iqtisadi qiymətləndirilməsi 
4.1. Meşə  təsərrüfatının  ehtiyacları  üçün  nəzərdə  tutulmuş  torpaqların  (əkin, 
biçənəklər,  örüş,  bağlar,  üzümlüklər  və  s.)  normativ  qiymətləri  respublikada 
mövcud olan qayda üzrə kənd təsərrüfatında birinci keyfiyyət qrupuna aid edilən 
torpaqlar üçün hesablanan müvafiq normativ qiymətlərlə eyniləşdirilir.
4.2. Torpaqqoruyucu, rekreasiya, su tənzimedici, istehsalat və digər təyinatlı qeyri-
meşə  torpaqlarının  qiymətləndirilməsi  üçün  respublikada  bu  qəbildən  olan 
torpaqların  qiymətləndirilməsinə  dair  qüvvədə  olan  normativlərdən  istifadə 
olunur.


121
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 15 mart tarixli,
45 nömrəli qəarı ilə
təsdiq edilmişdir
Dövlət meşə kadastrının aparılması
Qaydası
1.  Bu Qayda dövlət meşə kadastrının aparılmasını tənzimləyir.
2.  Meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət 
və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.
3.  Dövlət  meşə  kadastrı  təbii  sərvətlər  kadastrının  tərkib  hissəsini  təşkil  edən  rəsmi 
dövlət sənədidir və meşə quruluşu, meşələrin inventarlaşdırılması və digər müayinə-
təftiş sənədlərinin əsasında aparılır.
4.  Dövlət meşə kadastrı vahid sistem üzrə meşə təsərrüfatının idarə edilməsində, onun 
təşkilində  və  meşə  fondundan  istifadə  ilə  əlaqədar  olmayan  məqsədlər  üçün  meşə 
torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və ya meşə fondu torpaqlarının 
geri  alınmasında,  meşə  fondundan  istifadə  üçün  ödəmələrin  miqdarının  müəyyən 
edilməsində,  meşə  istifadəçilərinin  və  meşə  təsərrüfatı  işləri  aparan  şəxslərin 
təsərrüfat fəaliyyətinin iqtisadi qiymətləndirilməsində istifadə olunur.
5.  Dövlət  meşə  kadastrı  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin meşə təsərrüfatı müəssisələri tərəfindən aparılır.
6.  Meşə  fondunun  kadastr  göstəricilərində  gedən  dəyişikliklər  (artım  və  azalma)  hər 
il dövlət meşə kadastrı kitabının müvafiq bölmələrində qeyd edilir və sonrakı ilin 1 
yanvar vəziyyətinə yekunlaşdırılır.
 
Dövlət meşə kadastrı kitabında edilən qeydlərin yekun nəticələri hesabat formalarında 
meşə  təsərrüfatı  müəssisələri  tərəfindən  hər  ilin  mart  ayının  1-nə  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
7.  Dövlət  meşə  kadastrının  aparılması  üçün  verilmiş  hesabatların  düzgün  tərtib 
olunmasına,  vaxtında  verilməsinə  və  saxlanılmasına  Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ona tabe olan müəssisələrin rəhbərləri 
məsuliyyət daşıyırlar.
8.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  əlaqədar 
orqanlarla birlikdə:
•  meşə  fondu  sahələrinin  istifadəyə  və  icarəyə  verilməsinin  dövlət  qeydiyyatını, 
torpaqların  qiymətləndirilməsini,  geobotanik  və  digər  tədqiqat  və  axtarışlar 
aparılmasını,  torpaqların  vəziyyəti  üzərində  operativ  müşahidələrin,  habelə  dövlət 
meşə kadastrının aparılması üçün zəruri olan metodik göstərişlərini və təlimatların 
hazırlanmasını təmin edir
•  torpaq ehtiyatlarının miqdarı, vəziyyəti və qiyməti barədə uzunmüddətli və operativ 
məlumatlara olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir, dövlət 
meşə  kadastrının  daim  təkmilləşdirilməsi  üzrə  yaranan  meşə  təsərrüfatı,  təbiəti 
mühafizə  ehtiyaclarına  dair  məlumatların  dövlət  meşə  kadastrı  sənədlərinə  daxil 
edilməsi üzrə tədbirlər görür
•  meşə  fondu  sahələri  haqqında  məlumatların  sistemləşdirilməsini,  öyrənilməsini  və 
saxlanılmasını, habelə dərc edilməsi zəruri olan dövlət meşə kadastrı materiallarının 
nəşrini təmin edir. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə