Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə41/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   37   38   39   40   41   42   43   44   ...   125

122
9.  Dövlət  meşə  kadastrının  aparılması  prosesini  tənzimləyən  dövlət  meşə  kadastrı 
kitabının,  texniki  (forma  və  ona  əlavələr)  sənədlərin  nümunələri  Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  təsdiq  olunur, 
mərkəzləşdirilmiş qaydada çap edilir və aidiyyəti müəssisələrə çatdırılır.
10.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  dövlət  meşə 
kadastrının yekun hesabatını hər il aprelin 30-dək birliyin Şurasında təsdiq edərək, 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə,  Dövlət  Torpaq  Komitəsinə  və 
Dövlət Statistika Komitəsinə təqdim edir.


123
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Meşə fondunun mühafizəsi, qorunması və
meşələrin bərpası Qaydalarının
təsdiq edilməsi haqqında
Qərar № 78
Bakı şəhəri, 1 may 2000-ci il
Azərbaycan Respublikası Meşə Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  «Meşə  fondunun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  Qaydaları»  təsdiq 
edilsin (əlavə olunur).
2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri 
A. RASİ-ZADƏ.


124
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 1 may tarixli
78 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası
Qaydaları
I.  Ümumi müddəalar 
1.1. Bu  Qaydalar  meşə  fondunun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpasını 
tənzimləyir.
1.2. Meşələrin  mühafizəsi  və  qorunması  onların  bioloji  və  digər  xüsusiyyətlərini 
nəzərə  almaqla  həyata  keçirilir,  meşə  fondundan  səmərəli  istifadə,  meşələrin 
məhv  olmaqdan,  zədələnmədən,  zəifləmədən,  çirklənmədən  və  digər  mənfi 
təsirlərdən mühafizəsi və qorunması sahəsində təşkilati, hüquqi və başqa tədbirlər 
sistemindən ibarətdir.
1.3. Meşə  fondunun  mühafizəsi  və  qorunmasında  məqsəd  meşələrin  yanğından, 
qanunsuz  qırmalardan,  meşə  fondundan  istifadənin  müəyyən  edilmiş 
qaydalarının pozulması hallarından və meşələrə zərərvuran digər hərəkətlərdən, 
zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır.
1.4. Meşələrin  bərpasının  məqsədi  meşə  ilə  örtülü  olmayan  torpaqlarda  meşələrin 
vaxtında  bərpa  olunmasını,  onların  cins  tərkibinin  yaxşılaşdırılmasını, 
məhsuldarlığının artırılmasını və meşə fondu torpaqlarından səmərəli istifadəni 
təmin etməkdən ibarətdir.
1.5. Meşə  fondunun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  Azərbaycan 
Respublikasının Meşə Məcəlləsinə, bu sahə ilə əlaqədar digər qanunvericilik və 
normativ hüquqi aktların tələblərinə müvafiq olaraq həyata keçirilir.
II.  Meşə fondunun mühafizəsi və qorunması 
2.1. Meşələrin mühafizəsi aşağıdakı tədbirləri nəzərdə tutur:
•  meşə  fondunun  vəziyyətinə,  istifadəsinə,  mühafizəsinə,  qorunmasına, 
meşələrin bərpasına dövlət nəzarətinin təşkili; 
•  meşə  fondundan  istifadə  edilməsi,  onun  mühafizəsi,  qorunması,  bərpası 
sahəsində  hüquq  pozuntularının  qarşısının  alınması,  onların  aradan 
qaldırılması; 
•  təqsirkar  fiziki  və  hüquqi  şəxslərin  qanunvericilikdə  müəyyən  edilmiş 
qaydada məsuliyyətə cəlb edilməsi
•  meşə  fonduna  zərər  vuran  təsərrüfat  və  başqa  fəaliyyət  növlərinin 
məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi; 
•  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər 
tədbirlərin həyata keçirilməsi. 
2.2. Meşələrin  mühafizəsi  və  qorunması  məqsədi  ilə  Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun yerli təşkilatları aidiyyəti orqanlarla 
birlikdə:
•  meşə  qanunvericiliyinə  riayət  edilməsini,  meşə  fondunun  səmərəli 
istifadəsini,  meşələrin  qanunsuz  qırılmasından  qorunmasını  təmin  etmək 
üçün müəyyən olunmuş qaydada dövlət nəzarətini həyata keçirirlər
•  yerüstü  vasitələrdən  və  müəyyən  olunmuş  qaydada  aviasiyadan  istifadə 


125
etməklə meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlər görürlər; 
•  meşə  fondunda  yanğın  əmələ  gəlməməsi  üçün  meşədə  əhalinin  daha  çox 
olduğu yerlərdə müvafiq elanlar və plakatlar asıb, papiros çəkmək üçün yerlər 
düzəldir, meşənin əhəmiyyətini və meşə yanğınlarının nəticəsində vurulan 
ziyanı  izah  edən  sərgilər  təşkil  edir,  kütləvi  informasiya  vasitələrindən 
—  radio  və  televiziyadan  geniş  istifadə  edərək  xüsusi  filmlər  göstərir, 
ekskursiyalar təşkil edirlər. Meşə yanğınlarını vaxtında aşkar edərək onların 
ləğv edilməsi üçün müvafiq tədbirlər görürlər; 
•  meşə fondunda zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarır, 
onların  yayılmasının  qarşısını  almaq  üçün  müvafiq  fitosanitar  tədbirləri 
həyata  keçirir,  meşə  fondunun  vəziyyəti  üzərində  müntəzəm  müşahidə 
aparırlar. 
2.3. Meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz 
səlahiyyətləri hüdudlarında aşağıdakı hüquqlara malikdirlər:
•  meşə  fondu  ərazisində  meşə  qanunvericiliyinə  riayət  olunmasına  nəzarət 
etmək; 
•  meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və 
cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, 
hüquq-mühafizə və məhkəmə orqanlarına göndərmək
•  meşə fonduna, əhalinin sağlamlığına və ətraf mühitə ziyan vuran təsərrüfat və 
başqa fəaliyyət növlərini, torpaq eroziyasına səbəb olan, meşənin vəziyyətinə 
və  bərpasına,  habelə  suyun  və  digər  təbii  obyektlərin  vəziyyətinə  mənfi 
təsir göstərən üsulların istifadə edilməsini məhdudlaşdırmaq, dayandırmaq, 
qadağan etmək; 
•  istifadəyə  verilmiş  meşə  fondu  sahələrində  meşə  yanğını  təhlükəsizliyi 
qaydalarına riayət edilməməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin ayrı-ayrı 
təsərrüfat fəaliyyətinin, mədəni-kütləvi və sair tədbirlərin dayandırılması və 
ya qadağan olunması barədə qərar qəbul etmək; 
•  meşə  istifadəçilərinə  meşə  fondunun  mühafizəsinə,  qorunmasına  və 
bərpasına dair rəsmi göstərişlər vermək
•  fiziki və hüquqi şəxsləri meşə yanğınlarının söndürülməsinə cəlb etmək; 
•  meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsini  təşkil 
etmək; 
•  meşə fondunda meşələrin qanunsuz qırılmasından qorunmasını təmin etmək. 
III. Meşələrin bərpası 
3.1. Meşələrin bərpası zonal-tipoloji əsaslarla aparılır.
3.2. Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin,  onun 
yerli təşkilatlarının meşələrin bərpası sahəsində əsas vəzifələri:
•  meşə  fondu  torpaqlarında  meşəbərpa  işlərinin  aparılmasının  uçotunu 
aparmaq; 
•  meşəquruluşu materiallarını və meşə fondunda dəyişiklikləri nəzərə alaraq 
ayrı-ayrı torpaq kateqoriyalarında meşəbərpa işlərinin həcmini, növbəliliyini, 
vaxtını, qaydasını və üsullarını müəyyənləşdirmək
•  meşə ağac cinslərinin seleksiyasını, meşə toxumçuluğunu və sınaq işlərini 
təmin etmək; 
•  qiymətli  cinslərdən  ibarət  yüksək  məhsuldarlıqlı,  mühit  əmələ  gətirici  və 
qoruyucu funksiyalara malik yeni meşə sahələrinin salınmasını təmin etmək; 
•  meşə  fondu  torpaqlarının  məhsuldarlığının  artırılmasını,  su  və  külək 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə