Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə39/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   35   36   37   38   39   40   41   42   ...   125

118
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 15 mart tarixli,
45 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Meşələrin iqtisadi qiymətləndirilməsinin
Metodikası
I.  Ümumi müddəalar və anlayışlar 
1.1. Bu  Metodika,  meşə  fondu  sahələrindən  istifadənin  ödənişli  olduğunu  nəzərə 
almaqla (kütləvi meşə servitutları istisna olmaqla), meşə bitkilərinin, torpağın, 
heyvanat  aləminin  və  ətraf  mühitin,  ekoloji,  iqtisadi  və  sosial  əhəmiyyət 
kəsb  edən  digər  komponentlərinin  vəhdətini  təşkil  edən  meşələrin  iqtisadi 
qiymətləndirilməsini  tənzimləyir  və  tələb  olunan  ilkin  məlumatların  tərkibini, 
iqtisadi qiymətləndirmə göstəricilərinin hesablanmasını müəyyən edir.
1.2. Meşələrin  iqtisadi  qiymətləndirilməsinin  nəticələri  aşağıdakı  məqsədlər  üçün 
istifadə edilir:
•  dövlət meşə kadastrının iqtisadi hissəsinin təmin edilməsində; 
•  meşə  fondu  torpaqlarının  geri  alınması,  yaxud  təbiətin  və  antropogen 
təsirlərin nəticəsində onlara dəyən zərərin və itkilərin müəyyən edilməsində; 
•  meşə  təsərrüfatının  aparılmasına  və  təsərrüfat  fəaliyyətinin  səviyyəsinin 
qiymətləndirilməsinə dair sistemin işlənib hazırlanmasında; 
•  meşələrin çoxməqsədli istifadəsinin təşkilində
•  meşə  fondundan  istifadəyə  görə  ödəniş  növlərinin,  köküstə  buraxılan 
oduncağın  nırx  qiymətinin  müəyyən  edilməsinə  dair  layihələrin  tərtib 
edilməsində; 
•  meşə təsərrüfatının qarşısında duran iqtisadi, sosial və ekoloji məqsədləri 
əlaqələndirən müasir meşə idarəetmə sisteminin təşkilində. 
1.3. Meşələrin iqtisadi qiymətləndirmə obyektləri aşağıdakılardır:
•  ilkin qiymətləndirmə obyekti—meşə fondu torpaqlarının taksasiya ayırması; 
•  aralıq  qiymətləndirmə  obyekti—meşəbəyliyin  meşə  fondu  sahələrinin 
məcmui; 
•  yekun  qiymətləndirmə  obyekti—meşə  təsərrüfatı  müəssisəsinin  fəaliyyət 
göstərdiyi ərazi. 
1.4. Meşələrin iqtisadi qiymətləndirilməsi zamanı istifadə edilən əsas anlayışlar:
•  meşə  ehtiyatları—mövcud  qanunvericilikdə  müəyyən  olunan  və 
qiymətləndirilməsi mümkün olan meşə fondundan istifadə növləri; 
•  meşə ehtiyatlarının kompleks qiymətləndirilməsi—meşə fondundan istifadə 
növlərinin və xidmətlərin natural göstəricilərlə qiymətləndirilməsi
•  meşə ehtiyatlarının pul (dəyər) ifadəsi ilə qiymətləndirilməsi. 
1.5. Meşələrin iqtisadi qiymətləndirilməsinin göstəriciləri:
•  meşə fondundan kompleks istifadənin pul ifadəsi ilə qiymətləndirilməsi; 
•  meşə fondunda istehsal olunan məhsulun, istifadə növlərinin və xidmətlərin 
kompleks şəkildə pul ifadəsi, müəyyən keyfiyyətə malik və müvafiq ərazidə 
yerləşən  meşə  sahəsinin  xərci  ödəmə  müddəti  ərzində  əldə  oluna  bilən 
potensial gəliri və hər il xalis gəlir (yaxud renta) ilə səciyyələndirilən meşə 
fondu torpaqlarının normativ qiyməti


119
•  meşə fondu torpaqlarının qiymətləndirilməsi. 
1.6. Meşələrin iqtisadi qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır:
•  təsərrüfat əhəmiyyətli meşələrdə meşə təsərrüfatının aparılmasının hazırki 
mərhələsində meşə fondundan istifadənin orta (model) səviyyəsi; 
•  meşə  ehtiyatlarının  dəyər  ifadəsi  (qiymətləndirilməsi  tələb  olunan  meşə 
ehtiyatlarının istismara verilməsindən gözlənilən renta gəliri); 
•  meşə  fondundan  istifadənin  mümkün  olan  səviyyəsi  (konkret  iqtisadi 
şəraitdə ayrı-ayrı növlər üzrə meşə fondundan istifadənin məcmu həcmindən 
mümkün olan faizi). 
• 
II.  Meşə fondu sahələrindən istifadənin iqtisadi qiymətləndirilməsi 
2.1. Meşə fondu sahələrindən istifadənin iqtisadi qiymətləndirilməsi iki mərhələdən 
ibarətdir:
•  natural  göstəricilərlə  meşə  fondundan  istifadə  növlərinin  kompleks 
qiymətləndirilməsi; 
•  seçilmiş  meşə  fondundan  istifadə  növlərinin  pul  (dəyər)  ifadəsi  ilə 
qiymətləndirilməsi. 
2.2. Meşə  fondu  sahələrindən  istifadənin  iqtisadi  qiymətləndirilməsinin  nəticələri 
meşə  torpaqlarının  normativ  qiymətlərinin müəyyən  edilməsinin  əsasını  təşkil 
edir.
2.3. Natural  göstəricilərlə  kompleks  məhsuldarlığın  elementlərinin  iqtisadi 
qiymətləndirilməsinin  əsasını  meşələrin  taksasiyası  zamanı  toplanmış 
məlumatlar,  habelə  meşə  ehtiyatlarının  kompleks  qiymətləndirilməsinə  dair 
normativ-sorğu məlumatları təşkil edir.
2.4. Meşə  ehtiyatlarının  kompleks  qiymətləndirilməsinə  dair  normativ-sorğu 
məlumatlarının tərkibi, onların hazırlanması ilə bağlı texniki sənədlər və formalar 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 
tərtib və təsdiq edilir.
2.5. Meşə fondundan istifadə növləri aşağıdakılardır:
•  oduncaq tədarükü; 
•  ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları); 
•  meşədən əlavə istifadə (ot çalımı, pətəklərin və arıxanaların yerləşdirilməsi, 
yabanı  meyvə,  göbələk,  giləmeyvə,  qərzəkli  və  digər  məhsullar,  palıd 
qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş 
yarpaq, qarğı, qamış, cil və digərlərinin tədarükü və yığılması, Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  təsdiq 
edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə); 
•  elmi tədqiqat məqsədləri üçün
•  mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün; 
•  ovçuluq təsərrüfatı ehtiyatları üçün. 
2.6. Meşə  fondundan  istifadə  növlərinin  və  köküstə  buraxılan  oduncağın  nırx 
qiymətləri bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşır.
2.7. Elmi  tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman  məqsədləri, 
ovçuluq  təsərrüfatı  ehtiyatları  üçün  istifadə  olunan  meşə  fondu  sahələrinin 
qiymətləndirilməsi  müvafiq  elmi  tədqiqat  təşkilatları  tərəfindən  tərtib  edilmiş 
xüsusi təlimatlar əsasında aparılır.
Elmi  tədqiqat  təşkilatları  tərəfindən  tərtib  edilən  təlimatlar  Azərbaycan 
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılır və müvafiq qaydada tətbiq edilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə