Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə36/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   32   33   34   35   36   37   38   39   ...   125

108
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə 
istifadəçilərinə dəyən ziyanın ödənilməsi
QAYDASI
1.  Bu Qayda meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar mülkiyyət və təşkilatı 
hüquqi  formasından  asılı  olmayaraq,  meşə  fondu  sahələrindən  istifadə  hüququ 
verilən hüquqi və fiziki şəxslərə (bundan sonra - meşə istifadəçiləri) dəyən ziyanın 
ödənilməsini müəyyənləşdirir.
2.  Meşə təsərrüfatının idarə edilməsi (meşə, habelə meşə ilə örtülü olmayan meşə fondu 
torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası), meşə fondundan 
istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə 
torpaqlarına keçirilməsi və meşə fondu torpaqlarının dövlət ehtiyacları ilə əlaqədar 
meşə istifadəçilərinə müqavilə, meşəqırma bileti, order və ya meşə bileti əsasında 
verilən meşə fondu torpaqları geri alına bilər.
3.  Meşə  fondu  torpaqlarının  geri  alınması  ilə  əlaqədar  meşə  istifadəçilərinə  dəyən 
ziyanın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii 
Sərvətlər  Nazirliyi  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müvafiq  qərarı 
əsasında 10 gün müddətində aşağıdakı tərkibdə komissiya yaradır:
 
yerli meşə təsərrüfatı müəssisəsinin rəhbəri;
 
Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;
 
Dövlət Torpaq Komitəsinin yerli orqanının nümayəndəsi;
 
yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
 
Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə (su qovşaqlarının, boru 
kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə 
edəcək fiziki və hüquqi şəxslərin nümayəndəsi komissiyanın tərkibinə daxil edilir.
4.  Komissiya müvafiq meşə istifadəçisinin iştirakı ilə və onun təqdim etdiyi sənədlər 
əsasında  (müqavilə,  meşəqırma  bileti,  order,  meşə  bileti,  meşə  əkinlərinə, 
plantasiyalara, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin yetişdirilməsinə sərf 
olunan xərclər barədə sənədlər, geri alınan meşə fondu torpaqlarında meşə istifadəsi 
ilə bağlı tikilən müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin qurulması 
barədə məlumatlar və s.) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən 
meşə istifadəçisinə dəyən ziyanı müəyyənləşdirir və bu barədə üç nüsxədən ibarət akt 
tərtib edir (nümunəsi əlavə olunur). Həmin sənəd imzalanarkən yerli icra hakimiyyəti 
orqanının möhürü ilə təsdiq edilir.
 
Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, bir nüsxəsi 
müvafiq meşə istifadəçisinə, bir nüsxəsi isə Azərbaycan Respublikasının Ekologiya 
və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
 
Komissiya üzvləri baxılmış məsələ ilə bağlı yekdil fikrə gəlmədikdə tərtib olunmuş 
akta fikir ayrılığına dair arayış əlavə olunur.
5.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  komissiyanın 
aktı əsasında bir ay müddətində müvafiq qərar qəbul edir və meşə fondu torpaqlarının 
geri alınması məqsədindən asılı olaraq aşağıdakı mənbələrdən meşə istifadəçilərinə 
dəyən ziyanı ödəyir:


109
meşə fondu torpaqları meşə təsərrüfatının idarə edilməsi ilə əlaqədar geri alındıqda-
meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun vəsaitləri hesabına;
meşə fondu torpaqları meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün 
qeyri-meşə torpaqlarına keçirildikdə - bu torpaqları istifadə edəcək fiziki və hüquqi 
şəxslər  tərəfindən  müvafiq  meşə  təsərrüfatının  həmin  torpaqların  kadastr  qiyməti 
əsasında hesablanmış və ödənilmiş dəyəri hesabına;
meşə  fondu  torpaqları  dövlət  ehtiyacları  üçün  geri  alındıqda  -  Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş mənbə hesabına.
Komissiyanın  aktı  ilə  razılaşmadığı  halda Azərbaycan  Respublikasının  Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi həmin müddətdə meşə istifadəsinə və müvafiq yerli icra 
hakimiyyəti orqanına rəsmi məlumat verməlidir.
6.  Meşə  fondu  torpaqlarının  geri  alınması  ilə  əlaqədar  meşə  istifadəçilərinə  dəyən 
ziyanın  ödənilməsinə  dair  tərtib  olunmuş  aktı  və  ya  Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə qərarı ilə razılaşmadığı halda 
meşə istifadəçisi inzibati qaydada və ya aidiyyəti məhkəməyə şikayət edə bilər. 


110
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar
meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi 
Qaydasına
ƏLAVƏ
 Nümunə
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə 
istifadəçilərinə dəyən ziyanın ödənilməsi üçün komissiyanın
AKT
«____» _________________ 1999-cu il
________________________________
(rayon, şəhər)
Komissiyanın tərkibi:
yerli meşə təsərrüfatı müəssisənin rəhbəri;
Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;
Dövlət Torpaq Komitəsinin yerli orqanının nümayəndəsi;
yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
Meşə  fondu  torpaqları  qeyri-meşə  torpaqlarına  keçirildikdə,  (su  qovşaqlarının,  boru 
kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək 
fiziki və hüquqi şəxslərin nümayəndəsi.
____________________________________________________________ ünvanda yaşayan
meşə istifadəçisinin __________________________________________________________
 
 
 
 
(soyadı, adı, atasının adı)
iştirakı ilə geri alınan meşə fondu torpaqlarında müşahidələr aparılmışdır.
Geri alınan meşə fondu torpaqları (sahələri) haqqında məlumat:
1.  Meşə  fondu  sahələrindən  istifadə  hüququnu  müəyyən  edən  sənədlər  (müqavilə, 
meşəqırma bileti, order, meşə bileti, qırıntı yerlərinin (sahələrinin) pul-qiymət cədvəli 
və müayinə aktı (əlavə olunur).
2.  Meşə  əkinlərinə,  plantasiyaları,  tingliklərə,  meyvə  bağlarına  və  yeniyetmələrin 
yetişdirilməsinə sərf olunan xərclər barədə sənədlər.
3.  Meşə  istifadəsi  ilə  bağlı  tikilən  müxtəlif  tipli  yaşayış  və  təsərrüfat  tikililərinin 
qurulması və onların qiymətləndirilməsi barədə məlumat.
Geri alınacaq meşə fondu torpaqları (sahələri) _______________ hektar.
Digər sənədlər.
Komissiyanın rəyi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli 
qərarı ilə təsdiq edilmiş meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə 
dəyən ziyanın ödənilməsi Qaydasını rəhbər tutaraq komissiya ödəmə miqdarını
__________________________________________________________________________
(rəqəmlə və yazılı)
__________________________________________________________________________
manat müəyyən edir.
Komissiyanın üzvləri: 
(imzalar)
Yerli icra hakimiyyəti orqanının möhürü


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə