108
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə
istifadəçilərinə dəyən ziyanın ödənilməsi
QAYDASI
1. Bu Qayda meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar mülkiyyət və təşkilatı
hüquqi formasından asılı olmayaraq, meşə fondu sahələrindən istifadə hüququ
verilən hüquqi və fiziki şəxslərə (bundan sonra - meşə istifadəçiləri) dəyən ziyanın
ödənilməsini müəyyənləşdirir.
2. Meşə təsərrüfatının idarə edilməsi (meşə, habelə meşə ilə örtülü olmayan meşə fondu
torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası), meşə fondundan
istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə
torpaqlarına keçirilməsi və meşə fondu torpaqlarının dövlət ehtiyacları ilə əlaqədar
meşə istifadəçilərinə müqavilə, meşəqırma bileti, order və ya meşə bileti əsasında
verilən meşə fondu torpaqları geri alına bilər.
3. Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən
ziyanın müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı
əsasında 10 gün müddətində aşağıdakı tərkibdə komissiya yaradır:
yerli meşə təsərrüfatı
müəssisəsinin rəhbəri;
Maliyyə Nazirliyinin yerli orqanının
nümayəndəsi;
Dövlət Torpaq Komitəsinin yerli orqanının nümayəndəsi;
yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə (su qovşaqlarının, boru
kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə
edəcək fiziki və hüquqi şəxslərin nümayəndəsi komissiyanın tərkibinə daxil edilir.
4. Komissiya müvafiq meşə istifadəçisinin iştirakı ilə və onun təqdim etdiyi sənədlər
əsasında (müqavilə, meşəqırma bileti, order, meşə bileti, meşə əkinlərinə,
plantasiyalara, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin yetişdirilməsinə sərf
olunan xərclər barədə sənədlər, geri alınan meşə fondu torpaqlarında meşə istifadəsi
ilə bağlı tikilən müxtəlif tipli müvəqqəti yaşayış və təsərrüfat tikililərinin qurulması
barədə məlumatlar və s.) bir ay müddətində yerlərdə lazımi müşahidələr apararkən
meşə istifadəçisinə dəyən ziyanı müəyyənləşdirir və bu barədə üç nüsxədən ibarət akt
tərtib edir (nümunəsi əlavə olunur). Həmin sənəd imzalanarkən yerli icra hakimiyyəti
orqanının möhürü ilə təsdiq edilir.
Aktın bir nüsxəsi komissiya tərəfindən yerli icra hakimiyyəti orqanına, bir nüsxəsi
müvafiq meşə istifadəçisinə, bir nüsxəsi isə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
Komissiya üzvləri baxılmış məsələ ilə bağlı yekdil fikrə gəlmədikdə tərtib olunmuş
akta fikir ayrılığına dair arayış əlavə olunur.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi komissiyanın
aktı əsasında bir ay müddətində müvafiq qərar qəbul edir və meşə fondu torpaqlarının
geri alınması məqsədindən asılı olaraq aşağıdakı mənbələrdən meşə istifadəçilərinə
dəyən ziyanı ödəyir:
110
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar
meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi
Qaydasına
ƏLAVƏ
Nümunə
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə
istifadəçilərinə dəyən ziyanın ödənilməsi üçün komissiyanın
AKT
«____» _________________ 1999-cu il
________________________________
(rayon, şəhər)
Komissiyanın tərkibi:
yerli meşə təsərrüfatı
müəssisənin rəhbəri;
Maliyyə Nazirliyinin yerli orqanının nümayəndəsi;
Dövlət Torpaq Komitəsinin yerli orqanının nümayəndəsi;
yerli icra hakimiyyəti orqanının nümayəndəsi.
Meşə fondu torpaqları qeyri-meşə torpaqlarına keçirildikdə, (su qovşaqlarının, boru
kəmərlərinin, yolların, elektrik xətlərin tikintisi zamanı və s.) bu torpaqları istifadə edəcək
fiziki və hüquqi şəxslərin nümayəndəsi.
____________________________________________________________ ünvanda
yaşayan
meşə istifadəçisinin __________________________________________________________
(soyadı, adı, atasının adı)
iştirakı ilə geri alınan meşə fondu torpaqlarında müşahidələr aparılmışdır.
Geri alınan meşə fondu torpaqları (sahələri) haqqında məlumat:
1. Meşə fondu sahələrindən istifadə hüququnu müəyyən edən sənədlər (müqavilə,
meşəqırma bileti, order, meşə bileti, qırıntı yerlərinin (sahələrinin) pul-qiymət cədvəli
və müayinə aktı (əlavə olunur).
2. Meşə əkinlərinə, plantasiyaları, tingliklərə, meyvə bağlarına və yeniyetmələrin
yetişdirilməsinə sərf olunan xərclər barədə sənədlər.
3. Meşə istifadəsi ilə bağlı tikilən müxtəlif tipli yaşayış və təsərrüfat tikililərinin
qurulması və onların qiymətləndirilməsi barədə məlumat.
Geri alınacaq meşə fondu torpaqları (sahələri) _______________ hektar.
Digər sənədlər.
Komissiyanın rəyi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli
qərarı ilə təsdiq edilmiş meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə
dəyən ziyanın ödənilməsi Qaydasını rəhbər tutaraq komissiya ödəmə miqdarını
__________________________________________________________________________
(rəqəmlə və yazılı)
__________________________________________________________________________
manat müəyyən edir.
Komissiyanın üzvləri:
(imzalar)
Yerli icra hakimiyyəti orqanının möhürü