94
• meşə təsərrüfatının idarə edilməsi və aparılması ilə bağlı olan tədbirlərin
maliyyələşdirilməsinə, o cümlədən qanunvericilikdə nəzərdə tutulan qaydada
əlavə əmək haqqının və mükafatların
verilməsinə;
• meşələrin bərpasının, mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı
istehsalının digər tədbirlərinin maliyyələşdirilməsinə; meşə təsərrüfatının inkişafı
proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə.
4. Fondun maliyyə vəsaitləri müvafiq rayonlarda fəaliyyət göstərən meşə təsərrüfatı
müəssisələri tərəfindən əldə edilir və Azərbaycan Respublikası Maliyyə nazirliyinin
müəyyən etdiyi qayda üzrə yerli xəzinədarlıq orqanlarında açılmış cari hesablara
toplanılır.
Fonda toplanmış vəsaitin sərf edilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata
keçirilir.
5. Respublika meşələrinin ərazi üzrə bərabər paylanmadığını
və bununla əlaqədar meşə
təsərrüfatları tərəfindən əldə olunan vəsaitin Fondda rayonlar üzrə kəskin fərqləndiyini
nəzərə alaraq və əldə olunan vəsaitləri daha səmərəli istifadə etmək məqsədilə
Fond daxilində onların bir qismi mərkəzləşdirilmiş qaydada bölüşdürülə bilər. Bu
bölüşdürmə Fonda toplanan vəsaitin məbləğindən və meşə təsərrüfatı istehsalı (büdcə
fəaliyyəti) üzrə olan xərclərdən asılı olaraq, Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən olunmuş normativlər əsasında həyata
keçirilir.
6. Fond daxilində mərkəzləşdirilmiş qaydada maliyyə əməliyyatlarının aparılması üçün
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ona xidmət
edən xəzinədarlıq orqanlarında Fond üzrə cari hesabı açılır.
7. Fondun vəsaitlərinin formalaşdırılması və sərf edilməsi üzərində nəzarət müvafiq
qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və
Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
8. Fondun vəsaitlərinin formalaşdırılması və istifadə edilməsinə dair Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.
9. Fondun ilin axırına istifadə olunmamış vəsaiti toxunulmaz qalır və həmin vəsait
növbəti ildə fondun gəlirlərinə daxil edilərək bu Qaydalar əsasında istifadə edilir.
95
Meşə təsərrüfatı sahəsinə dair bəzi normativ-hüquqi aktların
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
«Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması Qaydaları»
və «Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması
Qaydası» təsdiq edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 9 iyul 1999-cu il
№ 116
96
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 9 iyul tarixli 116 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının
aparılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1. Bu Qaydalar meşə təsərrüfatının spesifik xüsusiyyətləri nəzərə alınmaqla statistik
hesabatın aparılmasını tənzimləyir və vahid dövlət məlumatlandırma sisteminin
təşkilində istifadə olunur.
2. Meşə təsərrüfatı tərəfindən tərtib edilən statistik hesabatda aşağıdakı yerinə yetirilmiş
işlər nəzərə alınır:
meşə əkini və səpini, meşənin təbii bərpasına köməklik tədbirləri, qırıntı sahələrində
qırma növləri üzrə istehsal olunan oduncaq kütləsi, meşələrin törtöküntüdən
təmizlənməsi;
yanğın mühafizə qaydalarının pozulması halları, yanğınların sayı, yanmış sahə,
yanğının
baş vermə səbəbləri;
yerinə yetirilmiş meşə təsərrüfatı
işlərinin həcmi və pul ifadəsi;
meşələrin ziyanvericilərdən və xəstəliklərdən qorunması;
qırma növləri üzrə oduncaq hazırlığı, istehsal olunmuş oduncaq qalığı, qırma
qaydalarının pozulması, sahələrin qırıntı qalıqlarından təmizlənməsi;
meşə təsərrüfatı müəssisələrində işçilərin ümumi sayı, əmək haqqı, işəmuzd görülən
işlərin həcmi, vaxtı və dəyəri.
3. 3. Meşə təsərrüfatı müəssisələrində aparılan statistik hesabat ayrı-ayrı meşəbəyiliklər
üzrə təsdiq edilmiş proqnoz və tapşırıqlara uyğun olaraq faktiki görülmüş meşə
təsərrüfatı tədbirlərinin iş naryadları, meşəqırma bileti, order və meşə bileti, yaz,
payız, qəfləti, növbəti, təhvil-təslim və sair yoxlama sənədləri əsasında hazırlanır.
Meşə təsərrüfatı müəssisələri meşəbəyiliklər üzrə təqdim olunmuş ayrı-ayrı
hesabatları təhlil edir, dürüstlüyünü yoxlayır və yekunlaşdırılmış statistik hesabatı
müəyyən edilmiş vaxtlarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə və yerli statistika orqanlarına təqdim edir.
4. Meşə təsərrüfatı müəssisələri təqdim etdikləri statistik hesabatın dürüstlüyünə
cavabdehdirlər.
5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə təsərrüfatı
müəssisələrindən aldığı statistik hesabatı təsdiq edilmiş proqnoz və tapşırıqlarla
üzləşdirir, təhlil edir və yekun sənədləri Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinə müəyyən olunmuş vaxtlarda təqdim edir.
Tərtib edilmiş ilkin statistik hesabat meşə təsərrüfatı müəssisəsinin fəaliyyətinin
səciyyələndirilməsində istifadə olunur.
6. Meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatı Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilir və bu zaman onun təqdim edilmə
dövriliyi, vaxtı, həcmi və forması müəyyənləşdirilir.