Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə29/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   25   26   27   28   29   30   31   32   ...   125

75
daxildir. Bu meşə sahələrində meşəbərpa tədbirləri, plantasiya salınması, xidməti və sanitariya 
qırmaları aparılması və sair meşə təsərrüfatı tədbirləri aparılır.
3.  Meşə  fondunun  qoruyucu  kateqoriyalara  aid  edilməsi,  onların  hüdudları  meşə 
təsərrüfatı  müəssisələrinin  ərazilərində  aparılan  meşəquruluşu  işləri,  meşə 
monitorinqi  müşahidələri  və  elmi-tədqiqat  işləri  əsasında  və  meşə  ekosistemində 
gedən dəyişiklikləri nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii 
Sərvətlər  Nazirliyi  tərəfindən  müəyyənləşdirilir  və  müvafiq  qaydada  Azərbaycan 
Respublikasının  Elmlər  Akademiyası  ilə,  habelə  digər  aidiyyəti  təşkilatlarla 
razılaşdırılır və təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim 
edilir. 
4.  Zəruri  hallarda  müvafiq  qaydada  qoruyucu  kateqoriyalara  aid  edilmiş  meşələrdə 
xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və 
digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil 
yollarının  kənarlarındakı  meşələr  və  s.)  və  xüsusi  qorunan  meşə  sahələri  (elmi  və 
mədəni-tarixi  əhəmiyyət  kəsb  edən  meşələr,  meşə-parklar,  seyrək  arid  meşələri, 
ziyarət edilən yerlərin meşələri və s.) müəyyən edilə bilər.
 
Xüsusi  qoruyucu  meşə  sahələrinin  göstəriciləri  meşə  quruluşu  işləri  və  ya  xüsusi 
müşahidə  materiallarına  əsasən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
tərəfindən təsdiq edilir.
5.  Meşələrin  bir  qoruyucu  kateqoriyadan  başqa  qoruyucu  kateqoriyaya  keçirilməsi 
elmi-tədqiqat,  meşə-quruluşu  təşkilatları  və  meşə  təsərrüfatı  müəssisələrinin 
mütəxəssisləri  tərəfindən  əsaslandırılmış  təkliflər  əsasında  aparılır.  Təklifləri 
hazırlamaq və əsaslandırmaq məqsədilə müxtəlif qoruyucu kateqoriyalara aid edilmiş 
meşə  sahələrinin  tipik  yerlərində  nümunə  sahələri  salınır.  Nümunə  sahələrində 
ayrı-ayrı  fəsillərdə  uzunmüddətli  (2—3  il  ərzində)  meşə  monitorinqi  müşahidələri 
və  hesablamaları  aparılır.  Müşahidələr  və  hesablamalar  aparılarkən  aşağıdakı  əsas 
müddəalar nəzərə alınmalıdır:
meşələrdə antropogen təsirləri yaradan amillər;
meşələrin cins tərkibinin dəyişməsi;
meşələrdə kütləvi quruma hallarının, xəstəlik və ziyanvericilərin artması;
yeraltı suların səviyyəsinin dəyişməsi;
meşəquruluşu işlərinin aparılması;
meşə altında yeniyetmələrin inkişaf dərəcəsi;
meşələrin məhsuldarlığının aşağı düşməsi səbəbləri;
digər amillər.
Göstərilənlər  və  meşə  ekosistemində  gedən  dəyişikliklər  nəzərə  alınmaqla Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin bir qoruyucu kateqoriyadan 
başqa qoruyucu kateqoriyaya keçirilməsi barədə təkliflər hazırlayır, onları müvafiq qaydada 
Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə digər aidiyyəti təşkilatlarla və yerli icra 
hakimiyyəti  orqanları  ilə  razılaşdırır  və  təsdiq  üçün Azərbaycan  Respublikasının  Nazirlər 
Kabinetinə təqdim edir. 
6.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qaydadan irəli 
gələn işlərin yerinə yetirilməsi məqsədilə müvafiq müşahidə və hesablama sənədlərini 
tərtib edir, onların istifadəsi üzrə təlimatlar hazırlayıb təsdiq edir. 


76
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşəqırma qaydaları
I.  ÜMUMİ MÜDDƏALAR
1.1. Bu  Qaydalar  qiymətli  cinslərdən  ibarət  meşələrin  formalaşmasını,  oduncaq 
ehtiyatından  səmərəli  istifadə  olunmasını,  meşələrin  bərpasını,  davamlıqlı 
və  yüksək  məhsuldarlıqlı  ağaclıqların  yetişdirilməsini,  onların  qoruyucu 
funksiyalarının artırılmasını tənzimləyir.
1.2. Meşələrdə  (qoruq  meşələri  istisna  olunmaqla)  bitmə  şəraitindən,  sahənin 
relyefindən,  mailliyindən,  vəziyyətindən,  doluluğundan,  cins  tərkibindən, 
yaşından,  bonitetindən  və  digər  əlamətlərindən  asılı  olaraq  aşağıdakı  qırma 
növləri tətbiq olunur:
 
meşəbərpa qırmaları;
 
aralıq istifadə üçün qırmalar.
1.3. Dövlət qoruqlarının meşələrindən yalnız qoruq rejiminə müvafiq olan qırmaların 
aparılmasına yol verilir.
1.4. Meşəbərpa qırmaları — yetişmiş və yaşı ötmüş meşələrdə meşələrin doluluğunu 
05—06-dan aşağı salmamaq və ümumi ehtiyatı 30 faizdən çox qırmamaq şərti ilə 
(təbii bərpaya şərait yaratmaq məqsədilə), qrup-qırma, könüllü-qırma və tədrici-
seçmə  üsulu  ilə  aparılır.  Mailliyi  30  faizdən  artıq  olan  sahələrdə  meşəbərpa 
qırmalarının aparılması qadağandır.
 
Meşəbərpa  qırmaları  aparılan  sahələrdə  azad  ağacı,  ayı  fındığı,  alma,  ardıc, 
armud,  çökə,  dağdağan,  dəmir  ağac,  eldar  şamı,  güləbrişin,  yabanı  gilas, 
qaraçöhrə,  qarmaqlı  şam,  qoz,  quş  armudu,  saqqız,  şümşad,  şabalıd,  şabalıd 
yarpaqlı palıd, şərq palıdı, şərq çinarı, tut, ipəkvariyarpaqlı qızıl ağac, yalanqoz 
cinslərinin kəsilməsi qadağan olunur.
1.5. Aralıq istifadə üçün qırmalar — meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların 
məhsuldarlığını,  keyfiyyətini  və  davamlığını  artırmaq,  mühitqoruyucu  rolunu 
saxlamaq və gücləndirmək, vahid meşə sahəsindən istifadə olunacaq oduncağın 
miqdarını artırmaq, onun texniki cəhətdən yetişməsini sürətləndirmək məqsədilə 
aparılır. Bu qırmalar zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
 
qırma üçün seçilən sahələrdə ağaclıqların bioloji təsnifatının aparılması;
 
sağlam, düzgövdəli, toxumdan əmələ gəlmiş dolğun və digər müsbət ağacların 
saxlanılması;
 
zədələnmiş,  xəstə,  davamlığını  və  texniki  oduncaq  keyfiyyətini  itirmiş,  yaşı 
ötmüş,  gələcəyi  gözlənilən  qiymətli  cinslərin  inkişafına  mane  olan  ağac  və 
kolların qırıntıya təyin edilməsi;
 
ilk növbədə yuxarı bonitetli (məhsuldar) meşələrdə qırmaların aparılması;
 
qarışıq  və  bir  cinsli  meşələrdə  qiymətli  yerli  cinsdərin  sahədə  saxlanılması, 
davamlığının  artırılması  və  gələcəyi  gözlənilən  müsbət  ağacların  inkişafına 
əlverişli  şərait  yaradılması,  ağaclığın  doluluğunu  (hər  qırmadan  sonra  06-
dan,  dağ  yamaclarında  isə  07-dən)  aşağı  salınmaması,  onların  sutənzimedici, 
torpaqqoruyucu funksiyalarının gücləndirilməsi.
1.6. Aralıq istifadə üçün qırmaların növləri və məqsədi:


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə