Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə25/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   21   22   23   24   25   26   27   28   ...   125

65
zərərverici həşəratların və xəstəliklərin yayılmasını proqnozlaşdırmaq;
 
meşə fondunda zərərvericilərin və xəstəliklərin qabağını almaq və geniş yayılmasına 
yol  verməmək  məqsədilə  meşə  əkinlərinin  davamlığının  artırılmasına  yönəldilən 
fitosanitar,  meşə  təsərrüfatı  və  aqrotexniki  tələblərin  yerinə  yetirilməsinə  nəzarət 
etmək;
 
xidmət  etdikləri  ərazidə  meşə  zərərvericilərinə  qarşı  mübarizə  tədbirlərində 
aviasiya  və  yerüstü  vasitələrdən  istifadə  etmək  məqsədilə  iş  planı  hazırlamaq,  bu 
işə texniki rəhbərlik etmək, həmçinin zəhərli kimyəvi maddələrin daşınmasında və 
zərərvericilərə, xəstəliklərə qarşı tətbiq edilməsində müvafiq qaydalara riayət etmək.
6.  Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  üzrə  fitosanitar 
nəzarəti,  onun  aparılmasının  məqsəd  və  üsulundan  asılı  olaraq,  kəşfiyyat  yolu  ilə 
həyata keçirilən və hərtərəfli nəzarətə bölünür.
 
Kəşfiyyat yolu ilə həyata keçirilən nəzarət zamanı məlum ərazinin şəraiti üçün təhlükəli 
olan meşə zərərverici həşərat və xəstəlik mənbələri aşkar edilir, meşələr üçün yaranmış 
təhlükə gözəyarı qiymətləndirilir və bu mənbələrin vəziyyətinə nəzarət edilir.
 
Nəzarətdə olan sahə (dolayının və kvartalın nömrələri), zərərvericilərin və xəstəliklərin 
adları,  təyin  olunan  nəzarətin  üsulu  və  müddəti  göstərilir,  həmçinin  nəzarət  üçün 
ayrılmış meşənin təsviri verilir.
 
Kəşfiyyat yolu ilə nəzarət meşə zərərverici həşəratlarının mənbələrini aşkar etmək 
məqsədilə,  xüsusi  seçilmiş  meşə  sahələrində  və  ya  belə  meşə  sahələrində  xüsusi 
marşrut yollarının kəsişməsində müayinə etmək yolu ilə həyata keçirilir.
 
Hərtərəfli  nəzarətdə  meşə  zərərverici  həşəratların  miqdarının  dəyişməsi,  bu 
dəyişmənin səbəbi müəyyən edilir, aydınlaşdırılır və alınan dəlillərə əsasən, onların 
kütləvi yayılma partlayışlarının, inkişafının qısa və uzun müddətli proqnozu işlənilir.
 
Hərtərəfli  nəzarət  zamanı  meşə  təsərrüfatı  müəssisələri  hər  növ  ziyanverici  üçün 
bir neçə sahə seçir və ildə iki dəfə zərərvericilərin biologiyasına müvafiq yoxlama 
keçirirlər.
 
Verilən proqnoza görə bu və ya digər növ zərərvericinin kütləvi artması gözlənilərsə, 
hərtərəfli nəzarət üçün ayrılmış sahələrə, zərərvericinin artması ehtimal edilən meşə 
massivləri də daxil edilir və orada mükəmməl müayinələr keçirilir.
7.  Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  aviasiya  və  yerüstü  vasitələrlə 
kimyəvi və bioloji mühafizə tədbirləri mövcud qanunvericiliyə uyğun və Azərbaycan 
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir.
8.  Fəaliyyətdə  olan  təhlükəli  meşə  zərərverici  və  xəstəlik  mənbələrinin  uçotunun 
aparılmasını, həmçinin görülən tədbirlərin və təbii amillərin təsiri nəticəsində ləğv 
edilmiş mənbələrin vaxtında uçotdan çıxarılması məqsədilə hər il payızda mənbələrin 
inventarlaşması aparılır.
 
İnventarlaşmanın  aparılma  qaydasını  Azərbaycan  Respublikasının  Ekologiya  və 
Təbii Sərvətlər Nazirliyi müəyyən edir. 
9.  İnventarlaşmanın  aparılmasında,  keçən  illərdə  aşkar  olunan  meşə  zərərverici  və 
xəstəlik mənbələrinin miqdarı haqqında məlumatlardan, nəzarətin və meşəpatologiya 
müşahidələrinin nəticələrindən istifadə edilir.
10.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi: 
 
meşə fondunda zərərvericilərin və xəstəliklərin çoxalması və yayılması icmalına və 
proqnozuna dair məlumatlara əsasən meşə zərərverici həşəratlara və xəstəliklərə qarşı 
profilaktik və fitosanitar tədbirlərin perspektiv planını, həmçinin meşələrin fitosanitar 
vəziyyəti barədə yekun materialını hazırlayır;
 
bu Qaydalardan irəli gələn fitosanitar tədbirləri həyata keçirmək məqsədilə müvafiq 
hesabat sənədləri tərtib edir, onların istifadəsi üzrə təlimatlar hazırlayır və təsdiq edir.


66
Azərbaycan Respublikası meşələrində köküstü oduncaq 
buraxılışı Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI
«Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 639 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları təsdiq 
edilsin (əlavə olunur).
2.  «SSRİ meşələrində köküstü oduncaq buraxılışı Qaydalarının təsdiq edilməsi barədə» 
SSRİ Nazirlər Sovetinin 1981-ci il 30 oktyabr tarixli 1045 nömrəli qərarı haqqında» 
Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 25 noyabr tarixli 510 nömrəli qərarının 
1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİZADƏ
Bakı şəhəri, 15 mart 1999-cu il 
№ 38


67
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli 38 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
AZƏRBAYCAN RESPUBLİKASI MEŞƏLƏRİNDƏ KÖKÜSTÜ 
ODUNCAQ BURAXILIŞI
QAYDALARI
1.   ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışını 
tənzimləyir və meşədə oduncaq tədarükü və daşınması zamanı tətbiq olunur.
1.2. Köküstü oduncaq buraxılışı meşədən istifadə rejiminə uyğun olaraq aşağıdakı 
kimi aparılır:
 
meşəbərpa qırması bərpası ilə - kurort meşələri, xüsusi qiymətli meşə massivləri, 
şəhərlərin və digər yaşayış məntəqələri ətrafındakı yaşıllıq zonalarının meşələri 
və  dövlət  meşə  zolaqları  istisna  olmaqla,  digər  meşələrdə  bərpa  məqsədi  lə 
aparılan qırmalar;
 
aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli meşəliklərin 
rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan qırmalar;
 
başqa  qırmaları  ilə  -  başdan-başa  sanitariya  qırmaları  (su  qovşaqlarının,  boru 
kəmərlərinin,  yolların,  rabitə  və  elektrik  xətlərinin  tikintisi  və  digər  işlərlə 
əlaqədar,  meşə  sahələrinin  müəyyən  olunmuş  qaydada  qeyri-meşə  sahələrinə 
keçirildiyi zaman), həmçinin yanğından mühafizə keçidlərinin açılması və digər 
belə məqsədlər üçün aparılan qırmalar.
 
Göstərilən qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə 
uyğun olaraq yalnız meşəqırma bileti və order əsasında aparılır.
1.3.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı 
ilə aşağıdakı hallarda köküstü oduncaq buraxılışı rəsmiləşmədən aparıla bilər və 
1 ay müddətində bu əməliyyata meşəqırma bileti və order yazılır: 
 
ağacların rabitə və elektrik xətlərinin üstünə düşmək təhlükəsi olduqda və yaxud 
həmin xətlərdə qəzanın aradan götürülməsi vacibliyi yarandıqda;
 
meşə yanğınlarının söndürülməsi və qəza xilasetmə tədbirləri həyata keçirildikdə.
1.4. Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı 
müəssisəsinə ərizə ilə müraciət etməlidir.
 
Meşə  təsərrüfatı  müəssisəsi  meşə  istifadəçisinin  tələbatını,  istifadəsinin 
məqsədyönlüyünü  və  qırmanın  miqdarını  nəzərə  almaqla  bir  ay  müddətində 
qırma sahəsinin ayrılması haqqında ərizəçiyə rəsmi məlumat verir.
 
Qırma  sahəsi  ayrılmadığı  halda  meşə  istifadəçilərinə  səbəbi  izah  olunmaqla 
rəsmi cavab verilir.
 
Meşə  təsərrüfatı  müəssisəsi  ayrılmış  qırma  sahələri  ilə  (künc  dirəkləri,  nəql 
edilmə yolları, müvəqqəti quraşdırma yerləri) meşə istifadəçilərini yerində tanış 
edir.
 
Meşə  istifadəçiləri  ayrılmış  sahəyə  texnoloji  xəritəni  hazırlayır,  onu  meşə 
təsərrüfatı müəssisəsi ilə razılaşdırır və köküstü oduncaq buraxılışına meşəqırma 
bileti, order alır. Meşəqurma sahələri meşə istifadəçisinə verildiyi gündən onun 
mühafizəsində sayılır və həmin gündən bu Qaydalarda nəzərdə tutulmuş bütün 
öhdəliklər meşə istifadəçilərinə həvalə edilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə