Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə24/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   20   21   22   23   24   25   26   27   ...   125

62
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondu haqqında məlumatın fiziki və hüquqi şəxslərə 
verilməsi
QAYDASI
1.  Bu Qayda “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa və digər 
hüquqi normativ aktlara əsasən, informasiya məhdudlaşdırılmış məlumatlar istisna 
olmaqla, meşə fondu barədə bütün növ məlumatlara şamil edilir.
2.  Meşə fondu haqqında məlumata meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşə-
lərin monitorinqi, meşə quruluşu işlərinin göstəriciləri, Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeçiliyində olan təsərrüfatlar tərəfin-
dən öz funksiyalarını yerinə yetirdikləri zaman əldə olunan sair məlumatlar daxildir. 
3.  Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi 
sərəncamında  olmaqla,  bu  Qaydaya  uyğun  olaraq  Azərbaycan  Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə verilir. 
4.  Meşə  fondu  haqqında  məlumat  fiziki  və  hüquqi  şəxslərə  arayış,  hesabat,  cədvəl 
və  sair  materiallar  şəklində  təqdim  oluna  bilər. Tərkibindən,  mahiyyətindən,  təhlil 
dərəcəsindən,  istifadəçilərin  kateqoriyasından  və  sair  amillərdən  asılı  olaraq, 
əvvəlcədən  tirajını  təyin  etmə  və  başqa  şəxslərə  verilməmək  şərti  ilə,  meşə  fondu 
barədə məlumat ödənişsiz və ya ödənişli verilir.
5.  Meşə  fondu  haqqında  məlumat  Azərbaycan  Respublikasının  dövlət  idarəetmə 
orqanlarına ödənişsiz verilir.
 
Bu məlumat elmi-tədqiqat, tədris və qeyri-kommersiya məqsədləri üçün də ödənişsiz 
verilə bilər.
 
Digər  hallarda  meşə  fondu  haqqında  məlumat  fiziki  və  hüquqi  şəxslərə  ödənişli 
verilir.
6.  Meşə  fondu  haqqında  məlumatın  ödəmə  dərəcələri  Azərbaycan  Respublikasının 
Maliyyə  Nazirliyi  və  İqtisadiyyat  Nazirliyi  ilə  razılaşdırılaraq  Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  təsdiq  edilir. 
Ödənişli  məlumatdan  əldə  olunan  vəsait  meşələrin  qorunub  saxlanması  və  təkrar 
istehsalı fonduna daxil edilir. 
7.  Fiziki və hüquqi şəxslər meşə fondu haqqında məlumatı almaq məqsədilə Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət etməlidirlər 
və  bu  məlumatı  tərəflər  arasında  bağlanmış  müqavilələr  əsasında  (istifadə  şərtləri 
göstərilməklə) istifadə edirlər. 


63
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi 
üzrə fitosanitar Qaydalarının təsdiq edilməsi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI 
«Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər 
Kabineti qərara alır:
1.  1.  «Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  üzrə  fitosanitar 
Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2.  2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri 
 A. RASİZADƏ 
Bakı şəhəri, 9 fevral 1999-cu il
№ 16


64
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
1999-cu il 9 fevral tarixli 16 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi 
üzrə fitosanitar
QAYDALARI
1.  Bu  Qaydalar  meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsini 
tənzimləyir.
2.  Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  meşə  fondunun 
vəziyyəti  üzərində  müntəzəm  müşahidə  aparmaq,  zərərvericilərin  və  xəstəliklərin 
mən bələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik və fitosanitar tədbirləri apar-
maq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə 
təmin edilir.
3.  Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  üzrə  profilaktik  və 
fitosanitar  tədbirləri  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  və  öz  səlahiyyətləri  daxilində Azərbaycan  Meliorasiya  və  Su Təsərrüfatı 
Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər. 
4.  Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən 
ibarətdir:
 
cari, ekspedisiya, aviavizual və sair meşəpatologiya müşahidələri;
 
zərərvericilərin  və  xəstəliklərin  əmələ  gəlməsinin  ümumi,  ilkin  yoxlanışı  və  onun 
dəqiq müşahidəsinin aparılması;
 
zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin 
hazırlanması;
 
meşə  xəstəliklərinə  qarşı  profilaktik  tədbirlərin,  zərərvericilərin  və  xəstəliklərin 
mənbələrinin ləğv edilməsi işlərinin təşkili;
 
bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.
5.  Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsini  təşkil  etmək 
məqsədilə Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin, 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli nüma-
yən dələrinin vəzifələri: 
 
meşələrdə, meşə əkinlərində və tingliklərdə zərərverici həşəratların və xəstəliklərin 
kütləvi baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə meşə təsərrüfatı, 
sanitar-sağlamlıq və digər tədbirləri həyata keçirmək;
 
meşə zərərvericilərinin və xəstəliklərinin yayılmasının vaxtında aşkar olunması üçün 
meşəpatologiya yoxlamalar aparmaq;
 
meşəpatologiya  müşahidələrin  və  meşəquruluşu  işləri  nəticəsində  aşkar  olunmuş 
meşə  zərərvericilərinin  mənbələrinin  ləğv  edilməsini  və  ya  məhdudlaşdırılmasını 
vaxtında təmin edən mübarizə tədbirlərini aparmaq, müvafiq tövsiyyələr hazırlamaq;
 
meşə zərərvericilərinə və xəstəliklərinə meşəpatoloji nəzarəti təşkil etmək və bilavasitə 
həyata keçirmək, zəruri hallarda zərərverici həşəratların müxtəlif mərhələlərdə həyat 
qabiliyyətini  və  xəstəlik  mənbələrini  müəyyən  etmək  üçün  laboratoriya  analizləri 
aparmaq;
 
meşə  fondunun  fitosanitar  vəziyyəti  barədə  qısa  məlumat  tərtib  etmək,  həmçinin 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə