Compiliation of legal acts and regulations for the forest sector specialists


Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə23/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   19   20   21   22   23   24   25   26   ...   125

58
Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI 
  “Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  “Meşə  fondu  sahələrinin  bir  ilə  qədər  qısamüddətli  istifadəyə  verilməsi  qaydası”, 
“Meşələrin  monitorinqinin  həyata  keçirilməsi  qaydası”,  “Meşə  quruluşu  işlərinin 
aparılması qaydası” və “Meşə fondu haqqında məlumatın fiziki və hüquqi şəxslərə 
verilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2.  Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİZADƏ
Bakı şəhəri, 7 dekabr 1998-ci il
 № 230 


59
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə 
verilməsi
QAYDASI
1.  Mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər 
(bundan sonra istifadəçi adlandırılır) bu Qayda əsasında meşə fondu sahələrini bir ilə 
qədər qısamüddətli istifadə edə bilərlər.
2.  Meşə  fondu  sahələrinin  bir  ilə  qədər  qısamüddətli  istifadəyə  götürülməsi  üçün 
istifadəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə 
ilə müraciət etməlidir.
 
Ərizədə istifadəçinin soyadı, adı, atasının adı (hüquqi şəxslərin hüquqi adı), ünvanı, 
meşə fondu sahələrinin istənilən yeri və istifadə növləri göstərilir.
 
Təqdim  olunan  ərizə  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi tərəfindən müvafiq qaydada qeydə alınır və imtina üçün əsas olmadıqda bir 
ay müddətində meşə istifadəçisi ilə meşə fondu sahələrinin qısamüddətli istifadəyə 
verilməsinə dair müqavilə bağlanılır. 
 
Müqavilə bağlanılmadığı halda istifadəçiyə onun səbəbləri göstərilməklə rəsmi izahat 
verilir. 
3.  Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahələrinin bu məqsəd üçün 
müqavilə bağlanıldığı vaxtdan və orada göstərilən müddətə qədər əldə edilir. 
4.  Meşə  fondu  sahələrindən  istifadə  zamanı  istifadəçinin  hüquqları  Azərbaycan 
Respublikasının Meşə Məcəlləsi ilə tənzimlənir.
5.  Meşələrin,  habelə  meşə  ilə  örtülü  olmayan  meşə  fondu  torpaqlarının  səmərəli 
istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin 
təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii 
irsi, fiziki şəxslərin hüquqları və qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı 
hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericilikdə müəyyən olunmuş 
qaydada məhdudlaşdırıla və ya dayandırıla bilər.
6.  Meşə  fondu  sahələrinin  bir  ilə  qədər  qısamüddətli  istifadəyə  verilməsinə  dair 
müqavilə forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
tərəfindən hazırlanır və təsdiq edilir. 


60
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşələrin monitorinqinin həyata keçirilməsi
QAYDASI
1.  Meşələrin monitorinqi meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının 
və  meşələrin  bərpasının,  ekoloji  və  ehtiyat  funksiyalarının  artırılması  məqsədilə 
aparılır.
2.  Meşələrin  monitorinqi  meşə  fondunun  vəziyyətinin  və  dinamikasının 
qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.
3.  Meşələrin  monitorinqi  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi tərəfindən həyata keçirilir. 
4.  Meşə monitorinqi aşağıdakı prinsiplər əsasında aparılır:
 
meşələrin  ekoloji  funksiyalarını  tam  öyrənmək  məqsədilə  müşahidə  yerlərinin, 
təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və 
dinamikasının müəyyənləşdirilməsi;
 
meşələrin  əhəmiyyətini,  bioloji  xüsusiyyətlərini,  təbii  və  iqtisadi  şəraitini  nəzərə 
almaqla səmərəli istifadəsi meşə təsərrüfatının effektli aparılması;
 
müşahidələrin 
aparılmasında, 
məlumatların 
toplanmasında 
təhlilində, 
ümumiləşdirilməsində  yeni  texnologiyalardan,  yerli  və  aerokosmik  üsullardan, 
müxtəlif xəritə materiallarından istifadə edilməsi.
5.  5.  Monitorinq  müşahidələrin  nəticələri  təhlil  olunaraq  meşələrin  vəziyyəti,  bitki 
örtüyünün deqradasiyasına səbəb olan əsas amillər öyrənilir, meşə fondunun kəmiyyət 
və  keyfiyyət  dəyişmələri  qiymətləndirilir,  proqnozlaşdırılır  və  məhsuldarlığının 
yüksəldilməsinə düzgün istiqamət veriləcək xəritə, sxemlər, texnologiya və tövsiyələr 
hazırlanır.


61
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 7 dekabr tarixli 230 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə quruluşu işlərinin aparılması
QAYDASI
1.  Meşə fondu ərazisində meşə quruluşu işləri bu Qayda əsasında vahid sistem üzrə aparılır.
2.  Meşə  quruluşu  işləri  meşə  fondundan  səmərəli  istifadəsini,  meşə  təsərrüfatının 
effektli  aparılmasını,  bu  sahədə  vahid  elmi-texniki  siyasətin  həyata  keçirilməsini 
təmin etməyə yönəldilmiş tədbirlərdən ibarətdir.
3.  Meşə quruluşu işləri meşə fondu ərazisində perspektiv dövr üçün meşə təsərrüfatının 
aparılmasının təşkili və onun inkişafı üçün tədbirlərin hazırlanması yollarını gös tər-
mək, meşələrin bərpasını, qorunmasını, səmərəli istifadəsini təmin etmək və onların 
məhsuldarlığını və mühitqoruyucu rolunu artırmaq məqsədilə aparılır.
4.  Meşə quruluşu işlərinin aparılması Azərbaycan Respublikasının Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi tərəfindən aşağıdakı əsas tələblərə riayət etməklə həyata keçirilir: 
 
ötən dövrün meşə quruluşu materiallarının, meşələrin inventarlaşdırma sənədlərinin, 
meşə təsərrüfatı üzrə elm və istehsalat nailiyyətlərinin istifadə edilməsi;
 
meşə təsərrüfatının təşkili və inkişafı üzrə layihələrin hazırlanması;
 
meşə  təsərrüfatının  sərhədlərinin  təyin  olunması,  ərazinin  təsərrüfatdaxili  təşkili, 
meşə ilə örtülü sahələrin araşdırılması;
 
meşəbərpa qırıntısını və meşədən istifadənin digər növlərini, qırma qaydalarını və 
qırıntının həcmini təyin etmək üçün meşə sərvətlərinin cins, yaş tərkibinin, vəziy-
yətinin habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərinin təhlili;
 
relikt  (qədim  dövrdən  dəyişməmiş)  meşə  bitkilərinin,  xüsusi  qoruyucu  və  xüsusi 
qorunan meşə sahələrinin aşkara çıxarılması;
 
meşələrin aralıq istifadə üçün qorunmasını, meşəsalma, meliorasiya, meşələrin müha-
fizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə 
fondu sahələrinin aşkara çıxarılması və bu tədbirlərin aparılması üsullarının müəyyən 
edilməsi;
 
meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin 
digər meşə təsərrüfatı işlərinin həcminin və bu tədbirlərin aparılması üçün müvafiq 
sahələrin müəyyənləşdirilməsi;
 
meşələrin bərpası və onların yetişdirilməsi məqsədilə meşə-bioloji və digər xüsusi 
müayinələrin aparılması və meşəbərpa yollarının təyin edilməsi;
 
meşələrin  qoruyucu  kateqoriyalara  aid  edilməsinin  və  bir  qoruyucu  kateqoriyadan 
digərinə keçirilməsinin əsaslandırılması;
 
topoqrafik-geodeziya işlərinin görülməsi, meşələrin xüsusi xəritələrinin hazırlanması, 
meşə xəstəliklərinin və ziyanvericilərinin öyrənilməsi;
 
qanunvericilikdə nəzərdə tutulmuş digər meşəquruluşu işlərinin həyata keçirilməsi.
5.  Meşə  quruluşu  zamanı  meşə  fondunun  meşə  quruluşu  layihələri  tərtib  edilir. 
Layihə lərdə ötən dövr ərzində meşə təsərrüfatının aparılmasına və meşə fondunun 
istifadəsinə  qiymət  verilir,  onun  gələcək  dövrdə  təşkilinin  və  aparılmasının  əsas 
müddəaları göstərilir.
 
Meşəquruluşu layihələri və ona əlavə edilən sənədlər Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və meşə təsərrüfatının 
aparılması,  onun  cari  və  perspektiv  proqnozlaşdırılması  üçün  məcburi  normativ 
texniki sənəd sayılır. 
6.  Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata 
keçirilməsi qadağandır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə