Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə19/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   15   16   17   18   19   20   21   22   ...   125

45
II. Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələr, idarələr, 
təşkilatlar və digər hüquqi şəxslər dəymiş ziyanı meşə qanunvericiliyinin pozulmasının, hansı 
nırx qurşağında olmasından asılı olmayaraq, köküstə oduncaq buraxılışının mövcud nırxının 
birinci  dərəcəsinin  on  qat  miqdarında,  kökdən  kəsilmiş,  külək,  qar  və  başqa  səbəblərdən 
sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və köküstə quru ağac və kolların 
özbaşına qırılması hallarında isə göstərilən nırxın iki qat miqdarında ödəyir.
III.  Qanunsuz  gətirilmiş  oduncağın  hansı  meşə  sahəsində  qırılmasını  müəyyən  etmək 
mümkün olmadıqda, meşə qanunvericiliyini pozanlar, qanunsuz gətirilmiş oduncaq müsadirə 
edilən halda həmin oduncağın köküstə buraxılışının mövcud nırxının birinci dərəcəsinin üç 
qat miqdarında, müsadirə edilməyən halda isə həmin nırxın dörd qat miqdarında ziyanı ödəyir.
IV. Bakı, Gəncə və Sumqayıt şəhərlərində ağac və kol cinslərinin qanunsuz kəsilməsi, 
kökündən  çıxarılması  və  ya  boy  artımının  dayandırılması  dərəcəsinə  qədər  zədələnməsi 
nəticəsində dəymiş ziyanın miqdarı yuxarıdakı nırx üç dəfə artırılmaqla hesablanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri 
İ. HACIYEV


46
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 27 dekabr tarixli,636 nömrəli qərarına
8 nömrəli əlavə
Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar 
sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər 
tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və 
kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq 
və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə 
alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin 
aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində 
vurulmuş ziyanın miqdarının hesablanması
Qaydaları
1.  Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, 
sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan 
ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud 
xəstələnəcək dərəcəyə gətirilməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini 
pozanlar aşağıdakı dəyər miqdarında ödəyirlər:
•  meşənin itirilmiş əmtəəlik dəyəri köküstə oduncaq buraxılışının möcud nırxının 
birinici dərəcəsi miqdarında; 
•  məhv olmuşları əvəz etmək üçün yeni meşə əkini və ya yeniyetmələri yetişdirmək 
üçün tələb olunan xərclər miqdarında; 
•  ərazinin təmizlənməsi işlərinə tələb olunan, həmçinin yanğının söndürülməsinə 
sərf olunmuş xərclər miqdarında; 
•  meşə  qanunvericiliyinin  pozulması  nəticəsində  baş  verən  yanğınların  meşədə 
olan  binaları,  qurğuları  və  digər  əmlakı  məhv  və  yaxud  xarab  etməsinə  görə 
alınacaq  ziyan  mülki  qanunvericiliyin  ümumi  normalarında  nəzərdə  tutulmuş 
qaydada və miqdarda təyin edilib ödətdirilir. 
2.  Lazımi  icazə  alınmadan  dövlət  meşə  fondu  torpaqlarında  tikinti  işlərinin 
aparılması,  ağac  emalı  və  digər  işlərin  görülməsi  nəticəsində  vurulmuş  ziyanı 
meşə qanunvericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı 
vəziyyətə salınması işlərinin dəyəri miqdarında ödəyirlər.


47
Azərbaycan Respublikası Nazirlər Kabineti
«Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni 
köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında»
Qərar № 312
Bakı şəhəri, 24 avqust 1994-cü il
Enerji  daşıyıcılarının,  materialların,  ehtiyat  hissələrinin  qiymətinin  və  minimum  əmək 
haqqının artması ilə əlaqədar, habelə meşə təsərrüfatının maliyyələşdirilməsini təmin etmək 
məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1.  Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının 
təsdiq edilməsi haqqında «Azərbmeşə» İstehsalat Birliyinin Azərbaycan Respublikası 
İqtisadiyyat  Nazirliyi  və  Maliyyə  Nazirliyi  ilə  razılaşdırılmış  təklifi  qəbul  edilsin 
(əlavə olunur).
2.  Büdcədən  maliyyələşdirilən  təşkilatların  maliyyə  vəziyyətlərindəki  çətinlikləri 
nəzərə alaraq və əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə müəyyən edilsin 
ki, büdcə idarələrinə və təşkilatlarına oduncaq buraxılışı həmin nırxlara görə 20 faiz, 
əhali üçün oduncaq buraxılışı isə 30 faiz güzəştlə hesablanır (əlavə olunur).
 
Bu güzəştlər Respublika büdcəsindən əlavə vəsait ayırmamaq şərti ilə «Azərbmeşə» 
İstehsalat Birliyinə 1994-cü il üçün ayrılmış büdcə təxsisatları və onun daxili maliyyə 
imkanları hesabına həyata keçirilsin.
3.  Yeni nırxların təsdiq edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin «Azərbaycan Respublikasının meşələrində əsas meşə cinslərinin köküstə 
buraxılış  nırxları  haqqında»  qərarının  əlavəsi  həmin  tarixdən  öz  qüvvəsini  itirmiş 
hesab edilsin.
Baş nazir 
S. HÜSEYNOV


48
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1994-cü il 24 avqust tarixli,
312 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə 
buraxılış nırxları
Sıra №-si
Oduncağın cinsi
Meşə nırx 
dərəcələri
Daşınma 
məsafəsi
1 sıx kbm üçün 
nırxlar, manat işlik 
oduncaq, (qabıqsız)
Odun 
qabıqla, 
manat
Iri
orta
xırda
1
2
3
4
5
6
7
8
1.
Fıstıq 
I
0 — 10
41411
36009
27007
2590
II
10,0 — 25
29579
25721
19291
1850
III
25,1 — 10
17747
15433
11575
1110
2.
Şümşad, şabalıd, 
qoz, dəmir ağacı, 
saqqızağacı, çinar, azad 
ağacı, evkalipt, püstə
I
0 — 10
165322 144038 108028
2590
II
10,1 — 25
118087 102884 77163
1850
III
25,1 — 40
70852
61730
46298
1110
3.
Qaracöhrə (tiss), 
ayı fındığı
I
0 — 10
124232 108028 81021
2590
II
10,1 — 25
88737
77163
58872
1850
III
25,1 — 40
53242
46298
34723
1110
4.
Palıd, köyrüc, 
ağcaqayın, armud, 
dağdağan, sərv ağacı, 
tut ağacı, ardıc, 
qarağac, cökə
I
0 — 10
53833
46812
35109
2590
II
10,1 — 25
38452
33437
25078
1850
III
25,1 — 40
23071
20062
15047
1110
5.
Ərik, heyva, alça, gilas, 
nar, gilənar, əncir, zoğal, 
dəfnə, şaftalı, əzgil
I
0 — 10
70399
61216
45912
2590
II
10,1 — 25
50285
43726
32794
1850
III
25,1 — 40
30171
26236
19676
1110
6.
Ağ akasiya, şeytan 
ağacı, safora, güləbrişin, 
(ipək akasiyası)
I
0 — 10
28988
25207
18906
2590
II
10,1 — 25
20706
18005
13504
1850
III
25,1 — 40
12424
10803
8102
1110
7.
Zirinc, sumax, 
gərməşov, sarağan, 
itburnu, yasəmən, 
yemşan, qaratikan
maklyura, gəndəlaş, 
cır (meşə), fındıq, 
murdarça, dəfnəgilas, 
meşə gilası, göyəm 
digər kol cinsləri
I
0 — 10
24847
21606
16205
1554
II
10,1 — 25
17748
15433
11575
1110
III
25,1 — 40
10649
9260
6945
666
8.
Bütün növ qovaqlar, 
qızılağac, yalanqoz
I
0 — 10
20705
18004
13503
2331
II
10,1 — 25
14789
12860
9645
1665
III
25,1 — 40
8873
7716
5787
999


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə