Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə17/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   13   14   15   16   17   18   19   20   ...   125

37
3.  «Azərbmeşə» İstehsalat Birliyinə tapşırılsın:
•  «Meşələrin  qorunub  saxlanması  və  təkrar  istehsalı»  Respublika  fondunun 
Əsasnaməsini  3  ay  müddətinə  hazırlayıb  müəyyən  olunmuş  qaydada  Nazirlər 
Kabinetinə təqdim etsin
•  Rüblük və illik mühasibat hesabatları ilə birlikdə həmin fondun istifadəsi barədə 
məlumatı Maliyyə Nazirliyinə təqdim etsin.
4.  «Azərbmeşə»  İstehsalat  Birliyinə  və  Ədliyyə  Nazirliyinə  tapşırılsın  ki,  1994-cü  il 
aprelin  1-dək  meşə  qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  olunma 
qaydalarına  dair  təlimatı  hazırlayıb  təsdiq  üçün Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinə təqdim etsinlər.
5.  Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələr, idarələr, 
təşkilatlar, kolxozlar və digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qanun-
vericiliyinin pozulmasına görə meşə təsərrüfatına vurulan ziyanın miqdarının hesab-
lanması üçün nırx 1—8 saylı əlavələrə əsasən təsdiq edilsin. Bu qərarla təsdiq edilmiş 
nırxlar 1994-cü ilin yanvar ayının 1-dən tətbiq edilsin.
Bununla əlaqədar Azərbaycan SSR Nazirlər Sovetinin «Meşə təsərrüfatına dəymiş ziyana 
görə maddi məsuliyyətə cəlb edilmənin qaydaları və miqdarı haqqında» 1968-ci il 11 oktyabr 
tarixli, 423 saylı və həmin qərarda dəyişikliklər və əlavələr edilməsi barədə 1982-ci il 14 aprel 
tarixli, 202 saylı və 1989-cu il 20 yanvar tarixli, 35 saylı qərarları qüvvəsini itirmiş sayılsın.
Baş nazir  
S. HÜSEYNOV


38
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 27 dekabr tarixli,
636 №-li qərarına
1 saylı əlavə
Meşə əkinlərinin, meşə bərpa işləri üçün nəzərdə tutulan 
sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi 
və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının 
hesablanması üçün
Nırx
minimum əmək haqqının misli ilə
Hər hektar üçün ödənilən ziyanın miqdarı
dövlət qoruqları, 
kurort və şəhərətrafı 
yaşıl zona meşələrində 
və meşəparklarda
qalan meşələrdə
5 yaşınadək
suvarılan torpaqlarda
10,0
7,9
dəmyə torpaqlarda
8,6
6,4
6-10 yaşında:
suvarılan torpaqlarda
14,3
10,0
dəmyə torpaqlarda
11,4
7,9
Qeyd:
1.  Qaracöhrə, şümşad, dəmir ağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, 
sərv və çinar cinslərindən ibarət meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər, habelə 
meşə toxumluq sahələri üçün ayrılmış meşə əkinləri və cavan bitkilər məhv edildikdə 
və ya zədələndikdə ziyanın miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı nırx iki 
dəfə artırılmaqla hesablanır.
2.  Eldar  şamı,  palıd  və  digər  bərkyarpaqlı  meşə  əkinləri,  təbii  yeniyetmələr  və  cü-
cərtilər  məhv  edildikdə  və  ya  zədələndikdə  ödənilən  ziyanın  miqdarı  yuxarıdakı 
cədvəlin  ikinci  sütunundakı  nırx  üzrə,  dövlət  qoruqları,  kurort  və  şəhərətrafı  yaşıl 
zona meşələrində və meşəparklarda yol verilmişdirsə, həmin nırxın bir dəfə yarım 
miqdarında hesablanır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri 
İ. HACIYEV


39
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 27 dekabr tarixli, 636 №-li qərarına
2 saylı əlavə
Meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacar 
və tinglərin məhv edilməsi və ya zədələnməsi nəticəsində 
vurulmuş ziyanın miqdarının hesablanması üçün
Nırx
minimum əmək haqqının misli ilə
Məhv edilmiş və ya zədələn -miş toxmacar və ting növləri
Ölçü vahidi
Ödənilən 
ziyanın miqdarı
1. Tingliklərdə və böyütmə sahələrində 
Bir yaşlı toxmacarlar
1 hektar
107,0
İki yaşlı toxmacarlar
1 hektar
121,0
3 yaşınadək yarpaqlı cinslərin tingləri
100 ədəd
4,3
3 yaşınadək iynəyarpaqlı cinslərin, qoz-fındıq və çinar tingləri
100 ədəd
6,4
Gilə və çəyirdəkli cinslərdən calaq edilmiş bir illik tinglər 
100 ədəd
4,3
Həmçinin iki və daha çox yaşlı tinglər
100 ədəd
5,7
II.Plantasiyalarda
Bütün cinslərdən olan tinglər 
bir yaşlı
100 ədəd
2,1
iki yaşlı 
100 ədəd
3,6
üç yaşlı
100 ədəd
5,0
Qeyd: Qoz, fındıq və sərv plantasiyalarının toxmacarları məhv edildikdə və ya zədə lən-
dikdə alınacaq ziyan bu nırxdan iki qat çox hesablanır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri 
İ. HACIYEV


40
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1993-cü il 27 dekabr tarixli,636 №-li qərarına
3 saylı əlavə
Meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında 
özbaşına ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq 
yerlərinin korlanması nəticəsində vurulmuş ziyanın miqdarının 
hesablanması üçün
Nırx
minimum əmək haqqının misli ilə
Ödənilən ziyanın miqdarı
dövlət qoruğu, kurort 
və şəhərətrafı yaşıl 
zona meşələrində, 
meşəparklarda
qalan 
meşələrdə
I. Özbaşına ot çalındıqda hər hektar üçün
Biçənək və otlaq yerləri:
səpilmiş otlar
5,0
4,6
yaxşılaşdırılmış təbii otlar
2,9
2,4
yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış sahələrdən savayı)
1,7
1,4
Bataqlaşmış sahələr
1,0
0,9
Biçənək və otlaq yerlərindən kənar sahələr
2,6
2,1
II. Korlanmış biçənək və otlaq yerlərinin hər hektarı üçün
səpilmiş otlar
38
34
yaxşılaşdırılmış təbii otlar
25
20
yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa)
16
14,3
bataqlaşmış otlar
11
8,8
III. Özbaşına mal-qara otarıldıqda 
hər 10 baş heyvan üçün
Biçənək və otlaq yerləri:
iki yaşından yuxarı qaramal və atlar
2,1
1,9
iki yaşınadək iri və xırda buynuzlu mal-qara və atlar
0,9
0,6
keçilər
1,7
1,3
Biçənək və otlaq yerlərindən kənar sahələr:
iki yaşından yuxarı qaramal və atlar
2,9
2,4
iki yaşınadək iri və xırda buynuzlu mal-qara və atlar
1,3
0,9
keçilər
2,6
1,7
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri  
İ. HACIYEV


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə