Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə15/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   11   12   13   14   15   16   17   18   ...   125

33
həmin  Məcəllənin  26-cı  maddəsində  müəyyən  edilməsi  nəzərdə  tutulmuş  meşə  fondu 
sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi qaydasını;
həmin  Məcəllənin  27-ci  maddəsinin  birinci  hissəsinin  on  birinci  abzasında  nəzərdə 
tutulmuş meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını;
həmin  Məcəllənin  27-ci  maddəsinin  birinci  hissəsinin  on  beşinci  abzasında  müəyyən 
edilməsi nəzərdə tutulmuş meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması 
qaydalarını;
həmin  Məcəllənin  31-ci  maddəsinin  dördüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş  meşələrin  qoruyucu  kateqoriyalara  aid  edilməsi,  meşələrin  bir  qoruyucu 
kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi qaydasını;
həmin  Məcəllənin  35-ci  maddəsinin  üçüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş  meşə  fondu  torpaqlarının  geri  alınması  ilə  əlaqədar  meşə  istifadəçilərinə  dəyən 
ziyanın ödənilməsi qaydasını;
həmin  Məcəllənin  38-ci  maddəsinin  üçüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, meşə fondunun dövlət uçotu 
sənədlərinin formalarını;
həmin Məcəllənin 39-cu maddəsinin üçüncü və dördüncü hissələrində müəyyən edilməsi 
nəzərdə  tutulmuş  Dövlət  Meşə  Kadastrı  göstəricilərinin  siyahısını,  meşələrin  iqtisadi 
qiymətləndirilməsinin metodikasını və dövlət meşə kadastrının aparılması qaydasını;
həmin Məcəllənin 40-cı maddəsinin ikinci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş 
meşələrin monitorinqinin həyata keçirilməsi qaydasını;
həmin  Məcəllənin  42-ci  maddəsində  müəyyən  edilməsi  nəzərdə  tutulmuş  köküstə 
buraxılan  oduncaq  və  ikinci  dərəcəli  meşə  ehtiyatlarının  məcburi  sertifikatlaşdırılmasının 
təşkili və aparılması qaydasını;
həmin  Məcəllənin  43-cü  maddəsinin  dördüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş meşə quruluşu işlərinin aparılması qaydasını;
həmin Məcəllənin 44-cü maddəsinin ikinci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş 
meşə fondu haqqında məlumatın fiziki və hüquqi şəxslərə verilməsi qaydasını;
həmin  Məcəllənin  45-ci  maddəsinin  üçüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin 
bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasını;
həmin  Məcəllənin  52-ci  maddəsində  müəyyən  edilməsi  nəzərdə  tutulmuş  meşə 
təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasını;
həmin  Məcəllənin  59-cu  maddəsinin  üçüncü  hissəsində  nəzərdə  tutulmuş  meşə 
yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması qaydasını;
həmin Məcəllənin 62-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş meşə fondunun 
zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydalarının;
həmin  Məcəllənin  68-ci  maddəsinin  dördüncü  hissəsində  nəzərdə  tutulmuş  meşəqırma 
qaydalarının;
həmin  Məcəllənin  69-cu  maddəsində  müəyyən  edilməsi  nəzərdə  tutulmuş Azərbaycan 
Respublikası meşələrində köküstü oduncaq buraxılışı qaydalarının;
həmin  Məcəllənin  72-ci  maddəsinin  dördüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman 
məqsədləri, ovçuluq və təsərrüfatın ehtiyacları üçün istifadə qaydalarını təsdiq etsin.
Azərbaycan Respublikasının Prezidenti 
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 mart 1998-ci il
№ 693


34
Azərbaycan Respublikası Nazirlər Kabineti
«Azərbaycan Respublikasının meşələrində əsas meşə cinslərinin 
köküstü buraxılış nırxları haqqında»
Qərar № 548
Bakı şəhəri, 26 oktyabr 1993-cü il
Azərbaycan Respublikasının dövlət meşələrinin xüsusi əhəmiyyətini, onların bütövlükdə 
dövlət mülkiyyətinə aid edilməsini nəzərə alaraq və qorunub saxlanılmasını, daha da inkişaf 
etdirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1.  Respublikanın  əsas  meşə  cinslərinin  köküstü  buraxılış  nırxları  dövlət  tərəfindən 
tənzimlənən qiymətlər sırasına daxil edilsin.
2.  Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 
2 yanvar tarixli 3 saylı və 1992-ci il 23 aprel tarixli 226 saylı qərarlarında müvafiq 
dəyişiklik edilsin.
3.  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və «Azərbmeşə» 
İstehsalat Birliyi tərəfindən təqdim edilən «Azərbaycan Respublikasının meşələrində 
əsas meşə cinslərinin köküstü buraxılış nırxları» əlavəyə əsasən təsdiq edilsin və cari 
ilin  1  noyabr  tarixindən  tabeliyindən  və  mülkiyyət  formalarından  asılı  olmayaraq 
respublikanın bütün meşələrində tətbiq edilsin.
4.  Müəyyən  edilsin  ki,  «Azərbmeşə»  İstehsalat  Birliyinin  müəssisələri  tərəfindən 
istehlakçılara qırıntı sahələrindən buraxılan və hazırki nırxlar əsasında tərtib edilən 
odunun və işlik ağacın müvafiq buraxılış qiymətləri yalnız Respublika İqtisadiyyat 
Nazirliyinin Baş Qiymətlər İdarəsi ilə razılaşdırıldıqdan sonra tətbiq edilir.
5.  Azərbaycan Dövlət Neft Şirkətinə, Dövlətyanacaqkoma, «Azəriqaz» və «Azərenerji» 
Dövlət  şirkətlərinə,  «Azərbmeşə»  İstehsalat  Birliyinə  tapşırılsın  ki,  respublikada 
əha linin və təşkilatların istilik enerjisinə olan tələbatını ödəmək məqsədilə, respub-
likada  olan  məişət  soba  yanacağı,  maye  yanacağı,  daş  kömür,  elektrik  enerjisi, 
mayeləşdirilmiş  qaz,  odun  və  digər  növ  enerji  daşıyıcıları  ehtiyatları  barədə  1  ay 
müddətinə Respublika İqtisadiyyat Nazirliyinə məlumat versinlər.
6.  İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, mövcud ehtiyat mənbələrini nəzərə almaqla, 
respublika  üzrə  istilik  balansının  tərtib  edilməsi  və  lazım  gəldikdə  tələbatın  tam 
ödənilməsi  üçün  enerji  daşıyıcılarının  idxal  yolu  ilə  kənardan  gətirilməsi  üçün 
Azərbaycan Respublikası Nazirlər Kabinetinə 2 ay müddətində konkret təklif versin.
7.  Səhiyyə Nazirliyinə, Təhsil Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 
tapşırılsın ki, məktəbləri, xəstəxanaları, uşaq bağçalarını və s. vaxtında müxtəlif növ 
enerji daşıyıcıları ilə təmin etmək üçün təxirəsalınmaz və konkret tədbirlər görsünlər.
8.  Daxili  işlər  Nazirliyinə  tapşırılsın  ki,  meşələrin  qorunub  mühafizə  edilməsini 
gücləndirmək  məqsədi  ilə  meşə  mühafizə  orqanlarının  müvafiq  qaydada  təchiz 
olunması üçün «Azərbmeşə» İstehsalat Birliyinə lazımi kömək etsin.
9.  Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yerlərdə əlillərə, məcburi köçkün və 
qaçqınlara, habelə imtiyaz hüququ olan digər vətəndaşlara odunun və digər oduncaq 
növlərinin  dəyərinin  bir  qismini  yerli  büdcə  hesabına  kompensasiya  etmək  üçün 
müvafiq tədbirlər görsünlər.
Baş nazir 
S. HÜSEYNOV


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə