Compiliation of legal acts and regulations for the forest sector specialists


VI fəsil MEŞƏLƏRİN BƏRPASI VƏ MEŞƏSALMA



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə11/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   7   8   9   10   11   12   13   14   ...   125

25
VI fəsil
MEŞƏLƏRİN BƏRPASI VƏ MEŞƏSALMA
Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi
Meşələrin  bərpasının  məqsədi  meşə  ilə  örtülü  olmayan  torpaqlarda  meşələrin  vaxtında 
bərpa  olunmasından,  onların  cins  tərkibinin  yaxşılaşdırılmasından,  məhsuldarlığının  artı-
rılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir.
Meşəsalmanın  məqsədi  qeyri-meşə  torpaqlarında  meşələr  salmaqdan,  meşə  fondunun 
məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə fonduna daxil olmayan 
torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir.
Maddə 55. Meşəbərpa qaydası
Meşəbərpa  işlərinin  həcminin,  onların  aparılma  üsullarının  və  bərpa  olunacaq  ağac 
cinslərinin  müəyyənləşdirilməsi,  həmçinin  meşəbərpa  tədbirlərinin,  meşə  toxumları  təda-
rükü  və  əkin  materialları  yetişdirilməsi  işlərinin  aparılması,  meşə  fondunda  baş  vermiş 
dəyişiklikləri  nəzərə  almaqla  meşə  quruluşu  layihələrinə  uyğun  olaraq  meşə  təsərrüfatı 
müəssisələri tərəfindən yerinə yetirilir.
Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas tələblər
Meşələrin məhsuldarlığının artırılması, meşə fondu sahələrindən səmərəli istifadə və meşə 
təsərrüfatı işlərinin məqsədyönlü aparılması yolu ilə təmin edilir.
Meşələrin  məhsuldarlığının  artırılması  elmi  cəhətdən  əsaslandırılmış  qırma  sisteminin 
tət biqi, meşələrin bərpası, onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika əsa-
sında daimi meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə, hidro meşə-
meliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri aparmaq yolu ilə həyata 
keçirilir.
Meşələrin məhsuldarlığının artırılması tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq 
meşə təsərrüfatı müəssisələri tərəfindən görülür.
Maddə 57. Meşələrin məhsuldarlığının artırılması
Meşələrin məhsuldarlığının artırılması məqsədilə aşağıdakılar həyata keçirilməlidir:
meşələrə  qulluq,  seleksiya,  meşə  toxumçuluğu,  qiymətli  ağac  cinslərinin  sort-sınağı 
üzrə  işlər  aparmaq,  torpaqların  münbitliyini  artırmaq,  onların  su  və  külək  eroziyasının, 
bataq laşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər 
proseslərin qarşısını almaq, habelə meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsul-
darlığını və qoruyucu xüsusiyyətlərini artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa 
qiymətli ağac cinslərinin saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır);
aralıq istifadə üçün qırmalar aparmaq;
meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların hidro meşə melio-
rasiyası sahəsində tədbirlər görmək;
meşə təsərrüfatı təmayüllü yollar çəkmək.
VII fəsil
MEŞƏ FONDUNUN MÜHAFİZƏSİ VƏ QORUNMASI
Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və vəzifələri
Meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qayda-
larının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və 
xəstəliklərdən mühafizə edilməlidir.


26
Meşələrin mühafizəsi və qorunması, onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla 
həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, 
zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və 
başqa tədbirlər sistemindən ibarətdir.
Meşələrin  mühafizəsi  və  qorunması  meşə  təsərrüfatı  müəssisələri  tərəfindən,  yerüstü 
vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.
Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi 
qaydası
Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri meşələrin mühafizəsi 
və qorunması, zərərvericilər, xəstəliklər və yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər.
Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək 
yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vəsitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı 
meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir.
Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır.
Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin vəzifələri
Meşə  istifadəçiləri  meşə  yanğınlarına  qarşı  müvafiq  meşə  təsərrüfatı  müəssisələri  ilə 
razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə 
yetirməlidir.  Meşə  yanğınlarına  qarşı  tələblər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 
müəyyən edilir.
Fiziki və hüquqi şəxslərin meşə fondu ərazisində iş apardıqları, mədəni-kütləvi və sair 
tədbirlər keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş 
normalara  uyğun  və  yanğın  təhlükəsi  dövründə  istifadə  etməyə  yararlı  yanğınsöndürən 
vasitələr olmalıdır.
Maddə 61. Meşə fondunda yanğın nəzarəti
Meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində 
normaların,  standartların  və  qaydaların  tələblərinə  riayət  etmələri,  onların  pozulmasının 
qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş 
aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər 
keçirilməsinə  cavabdeh  olanlar  yanğın  təhlükəsizliyi  sahəsində  normaların,  standartların 
və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə 
uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar.
Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti 
üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara 
çıxarmaq,  həmin  yerlərdə  profilaktik  tədbirlər  aparmaq,  bu  halların  yayılmasının  qarşısını 
almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.
Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  aşağıdakı  tədbirlərdən 
ibarətdir:


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə