Compiliation of legal acts and regulations for the forest sector specialists


IV fəsil MEŞƏ TƏSƏRRÜFATININ TƏŞKİLİ



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə8/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   4   5   6   7   8   9   10   11   ...   125

18
IV fəsil
MEŞƏ TƏSƏRRÜFATININ TƏŞKİLİ
Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər
Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və 
insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.
Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:
insanların  sağlamlığı  naminə  meşələrin  mühityaradıcı,  suyu  mühafizə,  qoruyucu, 
sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və 
gücləndirilməsi;
oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli 
istifadə;
meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın 
yüksəldilməsi, mühafizəsi və qorunması;
meşə fondu torpaqlarından səmərəli istifadə;
meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin 
nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;
bioloji müxtəlifliyin saxlanılması;
tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.
Maddə  31.  Meşə  fondunun  meşə  qrupuna  və  qoruyucu  kateqoriyalara  aid 
edilməsi
Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.
İqtisadi  və  ekoloji  əhəmiyyətinə,  yerləşməsinə  və  yerinə  yetirdiyi  funksiyalara  görə 
ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə massivləri;
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə zolaqları;
sair meşələr.
Zəruri  hallarda  göstərilən  kateqoriyalara  aid  edilmiş  meşələrdə  xüsusi  qoruyucu  meşə 
sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində 
olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və 
xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-
parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.
Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa 
qoruyucu  kateqoriyaya  keçirilməsi Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  meşə  quruluşu  işləri  və  ya  xüsusi  müşahidə 
materialları əsasında həyata keçirilir.
Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən 
edilməsi
Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir 
kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.


19
Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə 
materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
təsdiq  edilir.  Xüsusi  qoruyucu  meşə  sahələrinin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir.
Maddə 33. Meşənin qırma yaşının təyini
Meşənin  qırma  yaşı  meşələrin  əhəmiyyətindən,  məhsuldarlığından,  yerinə  yetirdiyi 
funksiyalardan,  habelə  orada  bitən  ağac  cinslərinin  bioloji  xüsusiyyətlərindən  asılı  olaraq 
müəyyən edilir.
Meşələrin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi 
ilə əsaslandırılır.
Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası
Hesablanmış  meşəqırma  həcmi  meşə  fondundan  səmərəli,  uzunmüddətli  istifadənin 
zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.
Təbiəti  mühafizə  orqanı  ilə  razılaşdırılmış  meşəqırma  həcmi  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən təsdiq edilir.
Meşə  fondunun  sərhədi,  meşənin  qırma  yaşı,  meşə  kateqoriyası  dəyişdikdə  və  meşə 
fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş 
qaydada yenidən təsdiq edilir.
Maddə  35.  Meşə  təsərrüfatının  idarə  edilməsi  və  meşə  fondundan  istifadə  ilə 
əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına 
keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması
Meşə  təsərrüfatının  idarə  edilməsi  və  meşə  fondundan  istifadə  ilə  əlaqədar  olmayan 
məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə 
fondu  torpaqlarının  geri  alınması  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən həyata keçirilir.
Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr 
qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.
Meşə  fondu  torpaqlarının  geri  alınması  ilə  əlaqədar  meşə  istifadəçilərinə  dəyən  ziyan 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 
qaydada tam həcmdə ödənilir.
Maddə  36.  Meşələrin  vəziyyətinə  və  bərpasına  təsir  edən  obyektlərin  tikinti 
yerlərinin razılaşdırılması
Meşələrin  vəziyyətinə  və  bərpasına  təsir  edən  obyektlərin  tikinti  yerləri  dövlət  ekoloji 
ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə 
əlaqədar olmayan işlərin görülməsi qaydası
Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan 
tikinti  və  mədən  işlərinin  aparılmasına,  kommunikasiyaların  çəkilməsinə  və  digər  işlərin 
yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə