Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə7/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   2   3   4   5   6   7   8   9   10   ...   125

16
Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının 
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:
icarəyə verilən sahənin sərhədləri;
işin həcmi (ölçüləri);
icarənin müddəti;
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri;
Azərbaycan  Respublikasının  meşə  qanunvericiliyi  və  tərəflərin  razılığı  ilə  nəzərdə 
tutulmuş başqa şərtlər.
Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan 
əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.
Maddə 25. Meşəqırma bileti, order və meşə bileti
Meşəqırma  bileti  oduncaq  və  ikinci  dərəcəli  meşə  materiallarının  tədarükü,  daşınması 
üçün  hüquq  verən  sənəddir.  Meşəqırma  biletində  meşə  quruluşu  layihələri  əsasında  meşə 
fondundan  istifadə  üçün  ayrılmış  sahənin  yeri,  oduncağın  və  ikinci  dərəcəli  materialların 
miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, 
meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü 
və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order 
meşəqırma bileti əsasında verilir.
Meşə  bileti  onun  sahibinə  əlavə  meşə  istifadələri  üçün  hüquq  verən  sənəddir.  Meşə 
biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.
Meşəqırma  biletinin,  orderin  və  meşə  biletinin  formaları,  onların  uçotu,  saxlanılması, 
doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir.
Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası
Meşə  fondu  sahələrinin  bir  ilə  qədər  qısamüddətli  istifadəyə  verilməsi  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
III fəsil
MEŞƏ FONDUNDAN İSTİFADƏ, ONUN MÜHAFİZƏSİ, 
QORUNMASI VƏ MEŞƏLƏRİN BƏRPASI SAHƏSİNDƏ 
DÖVLƏT İDARƏETMƏSİ
Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin 
bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri
Meşə  fondundan  istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  sahəsində 
dövlət  idarəetməsini Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  həyata 
keçirir. Bu məqsədlə:


17
meşə  təsərrüfatının  aparılması  sahəsində  dövlət  siyasətinin  əsas  istiqamətlərini 
müəyyənləşdirir;
meşə  qanunvericiliyinə  riayət  edilməsinə,  həmçinin  meşə  fondundan  istifadəyə,  onun 
mühafizəsinə,  qorunmasına  və  meşələrin  bərpasına  dövlət  nəzarətini  həyata  keçirir,  onun 
aparılması qaydalarını müəyyən edir;
meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;
investisiya siyasətini həyata keçirir;
meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının 
dövlət proqramlarını təsdiq edir;
meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;
hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;
meşə  fondundan  istifadəyə  görə  ödəniş  növlərini,  habelə  köküstə  buraxılan  oduncağın 
minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və 
onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur;
meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan 
istifadə qaydalarını müəyyən edir;
köküstə  oduncaq  buraxılması,  meşəqırma,  meşə  fondunun  mühafizəsi,  qorunması  və 
meşələrin bərpası qaydalarını təsdiq edir;
meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və 
əlaqələndirir;
meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə 
quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;
meşə  fondundan  istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  sahəsində 
beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini 
təşkil edir;
meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;
meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına 
təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;
meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün 
meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;
meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;
meşə  fondundan  istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  sahəsində 
dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı;
ətraf mühitin mühafizəsi;
ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.
Maddə  28.  Naxçıvan  Muxtar  Respublikasının  meşə  fondundan  istifadə,  onun 
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti
Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması 
və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin 
bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri
Meşə  fondundan  istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası  sahəsində 
yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan 
Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə