Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə9/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   5   6   7   8   9   10   11   12   ...   125

20
(və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən verilir.
İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi 
barədə tələblər göstərilir.
Bu  işlərin  yerinə  yetirilməsi  qırma  ilə  əlaqədar  olduqda  meşə  təsərrüfatı  müəssisəsi 
meşəqırma bileti yazır.
Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə 
və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.
Maddə 38. Meşə fondunun dövlət uçotu
Meşə  fondunun  dövlət  uçotu  meşə  fondundan  səmərəli  istifadəni,  onun  mühafizəsini, 
qorunmasını  və  meşələrin  bərpasını  təşkil  etmək,  meşə  fondunun  kəmiyyət  və  keyfiyyət 
dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və 
hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.
Meşə  fondunun  dövlət  uçotunun  məlumatları  dövlət  meşə  kadastrının  aparılmasında 
istifadə edilir.
Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin forma-
larını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının qanun-
vericiliyinə əsasən müəyyən edilir.
Maddə 39. Dövlət meşə kadastrı
Dövlət  meşə  kadastrı  meşə  fondunun  qeydiyyatı,  onun  ekoloji,  iqtisadi,  kəmiyyəti  və 
keyfiyyət cəhətdən qiymətləndirilməsidir.
Dövlət  meşə  kadastrı  meşə  təsərrüfatının  idarə  edilməsində,  onun  təşkilində  və  meşə 
fondundan  istifadə  ilə  əlaqədar  olmayan  məqsədlər  üçün  meşə  torpaqlarının  qeyri-meşə 
torpaqlarına  keçirilməsində  və  (və  ya)  meşə  fondu  torpaqlarının  geri  alınmasında,  meşə 
fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin 
və  meşə  təsərrüfatı  işləri  aparan  şəxslərin  təsərrüfat  fəaliyyətinin  qiymətləndirilməsində 
istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata 
keçirir.
Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin 
metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı müəyyən edir.
Maddə 40. Meşələrin monitorinqi
Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin 
bərpası,  onların  ekoloji  funksiyalarının  aparılması  sahəsində  dövlət  idarəetməsi  məqsədilə 
meşə  fondunun  vəziyyətinin  və  dinamikasının  qiymətləndirilməsi  və  proqnozlaşdırılması 
sistemindən ibarətdir.
Meşələrin  monitorinqinin  həyata  keçirilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir.
Maddə  41.  Meşə  fondundan  istifadənin,  onun  mühafizəsinin,  qorunmasının  və 
meşələrin bərpasının dövlət proqramları
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət 
proqramları hazırlanır.
Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının 
dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.


21
Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları
Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. 
Göstərilən  ehtiyatların  məcburi  sertifikatlaşdırılmasının  təşkili  və  aparılması  Azərbaycan 
Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Maddə 43. Meşə quruluşu işləri və onun aparılması
Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli apa-
rılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş 
tədbirlər sistemindən ibarətdir.
Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:
müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, 
digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili 
təşkilinin müəyyən edilməsi;
topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;
meşələrin  cins  və  yaş  tərkibini,  vəziyyətini,  habelə  meşə  ehtiyatlarının  keyfiyyət  və 
kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;
relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan 
meşə sahələrinin aşkara çıxarılması;
meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin 
mühafizəsi,  qorunması,  digər  meşə  təsərrüfatı  tədbirlərinin  görülməsini  tələb  edən  meşə 
fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının 
müəyyən edilməsi;
meşələrin  qoruyucu  kateqoriyalara  aid  edilməsinin  və  bir  qoruyucu  kateqoriyadan 
digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü 
olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;
hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi;
meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər 
meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;
meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə 
fondundan  ovçuluq  təsərrüfatının  ehtiyacları,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 
məqsədləri üçün istifadənin müəyyən edilməsi;
meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;
meşə quruculuğu layihələrinin həyata keçirilməsinə nəzarət;
digər meşə qoruyucu işləri.
Meşə  quruluşu  işləri  zamanı  meşə  fondunun  meşə  quruluşu  layihələri  tərtib  edilir. 
Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatlarının aparılması və meşə fondundan istifadə 
qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr, 
ona  əlavələr  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  təsdiq 
edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə 
meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.
Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi qaydada vahid sistem üzrə aparılır.
Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata 
keçirilməsi qadağandır.
Maddə 44. Meşə fondu haqqında məlumat
Meşə fondu haqqında məlumat, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin 
monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairədən ibarətdir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə