Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə5/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   2   3   4   5   6   7   8   9   ...   125

12
Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, 
lakin  meşələrin  bərpası  üçün  nəzərdə  tutulmuş  torpaqlar  (meşələşməmiş  qırma  sahələri, 
yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş 
meşə əkinləri və digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar 
(kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), 
habelə  meşə  fondunun  sərhədləri  daxilində  yerləşən  sair  torpaqlar  (bataqlıqlar,  daşlıqlar, 
qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.
Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və 
qeyri-meşə torpaq sahələri aid edilir.
Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və 
plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.
Maddə 7. Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri
Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir:
 
kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaq-
ları, habelə digər ağac-kol bitkiləri;
 
dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaq-
lardakı qoruyucu ağaclar;
 
şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində  olan  ağaclar  və  ağac  qrupları,  habelə 
yaşıllıqlar;
 
həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.
Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi
Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə 
gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir.
Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu 
Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.
Meşə  fondu  sahələrindən  istifadə  hüququ  ilə  bağlı  əqdlər Azərbaycan  Respublikasının 
meşə  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada,  onunla  tənzimlənməyən  hissədə  isə 
mülki qanunvericiliklə həyata keçirilir.
Ağac-kol bitkiləri bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanun verici-
liyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər.
Maddə 9. Meşə münasibətlərinin subyektləri
Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respub-
likası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində 
öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı 
ilə verilən səlahiyyət daxilində iştirak edirlər.
Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və 
hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.
Meşə  münasibətləri  obyektlərinin  istifadəsi,  mühafizəsi,  qorunması  və  bərpası  zamanı 
yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar 
Respublikasının,  bələdiyyələrin,  fiziki  və  hüquqi  şəxslərin  iştirakı  həmin  münasibətlər  bu 


13
Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanun-
vericilik aktları ilə müəyyən edilir.
Maddə 10. Meşə istifadəçiləri
Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadə-
çiləridir.
II fəsil
MEŞƏ FONDU VƏ AĞAC-KOL BİTKİLƏRİ ÜZƏRİNDƏ 
MÜLKİYYƏT, ONLARDAN İSTİFADƏ HÜQUQU
Maddə 11. Meşə fondu üzərində mülkiyyət
Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.
Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.
Maddə  12.  Fiziki  və  hüquqi  şəxslərin  ağac-kol  bitkiləri  üzərində  mülkiyyət 
hüquqları
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac-kol 
bitkiləri, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid 
edilir.
Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan 
Respublikası  meşə  qanunvericiliyinin  və  digər  qanunvericilik  aktlarının  tələblərinə  uyğun 
olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.
Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən dərəcədə 
istifadə etmək hüququ)
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  hallar  nəzərdə  tutulmamışdırsa, 
fiziki şəxslər sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə servitutu).
Meşə  fondu  sahələrindən  və  meşə  fonduna  daxil  olmayan  sahələrdən  fiziki  və  hüquqi 
şəxslərin istifadə hüquqları müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa maraqlı 
şəxslərin xeyrinə məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu).
Azərbaycan Respublikasının mülki, torpaq və başqa qanunvericilik aktlarının müddəaları 
meşə servitutlarına bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.
Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ
Meşə  fondu  sahələrindən  istifadə  hüququ  meşələrin  çoxfunksiyalı  mahiyyəti  nəzərə 
alınmaqla  həyata  keçirilir  (müxtəlif  şəxslər  tərəfindən  və  müxtəlif  məqsədlər  üçün  eyni 
vaxtda istifadə).
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş 
qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası 
məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə 
müqavilə əsasında icarəyə verilə bilər.
Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna 
dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə