Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə14/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   10   11   12   13   14   15   16   17   ...   125

31
Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət 
məsuliyyətinə  cəlb  edilmiş  şəxslər  həmin  torpaqları  müəyyən  edilmiş  müddətdə  azad 
etməlidirlər.
Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin etibarsızlığı
Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.
30  dekabr  1997-ci  il  tarixli  N  424-IQ  nömrəli  “Azərbaycan  Respublikası  Meşə 
Məcəlləsinin  təsdiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  təsdiq 
edilmişdir. (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139)
Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu 
ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin 
tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI
Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin 
tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1.  Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:
qüvvədə  olan  qanunvericilik  aktlarının Azərbaycan  Respublikasının  Meşə  Məcəlləsinə 
uyğunlaşdırılması  barədə  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə 
təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi 
aktlarının  həmin  Məcəlləyə  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  haqda  Azərbaycan 
Respublikasının Prezidentinə məlumat versin;
Azərbaycan Respublikası meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini 
müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının 
Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Meşə Məcəlləsindən irəli gələn digər məsələləri öz səlahiyyəti 
hüdudlarında həll etsin.
2.  Müəyyən edilsin ki:
Azərbaycan  Respublikası  Meşə  Məcəlləsinin  27-ci  maddəsinin  birinci  hissəsinin  on 
səkkizinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin  Məcəllənin  24-cü  maddəsinin  birinci  hissəsində,  25-ci  maddəsinin  dördüncü 
hissəsində,  26-cı  maddəsində,  27-ci  maddəsinin  birinci  hissəsinin  ikinci,  üçüncü  (meşə 
qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, 
qorunmasına  və  meşələrin  bərpasına  dövlət  nəzarətinin  aparılması  qaydalarının  müəyyən 
edilməsinə  aid  hissədə),  dördüncü,  beşinci,  altıncı,  yeddinci,  səkkizinci,  doqquzuncu, 
onuncu,  on  birinci,  on  üçüncü,  on  dördüncü,  on  beşinci  və  on  yeddinci  abzaslarında,  31-
ci  maddəsinin  dördüncü  hissəsində,  32-ci  maddəsinin  ikinci  hissəsində,  34-cü  maddəsinin 


32
ikinci hissəsində, 35-ci maddəsinin birinci və üçüncü hissələrində, 37-ci maddəsinin birinci 
hissəsində,  38-ci  maddəsinin  üçüncü  hissəsində,  39-cu  maddəsinin  üçüncü  və  dördüncü 
hissələrində,  40-cı  maddəsinin  ikinci  hissəsində,  41-ci  maddəsinin  ikinci  hissəsində,  42-ci 
maddəsində, 43-cü maddəsinin üçüncü və dördüncü hissələrində, 44-cü maddəsinin ikinci 
hissəsində, 45-ci maddəsinin üçüncü hissəsində, 46-cı maddəsinin üçüncü hissəsində, 52-ci 
maddəsində, 59-cu maddəsinin üçüncü hissəsində, 62-ci maddəsinin üçüncü hissəsində, 68-ci 
maddəsinin dördüncü hissəsində, 69-cu maddəsində, 70-ci maddəsinin ikinci hissəsində və 
72-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın 
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin  Məcəllənin  19-cu  maddəsinin  birinci  hissəsində,  21-ci  maddəsinin  üçüncü 
hissəsində, 22-ci maddəsinin birinci hissəsində, 27-ci maddəsinin birinci hissəsinin üçüncü 
(meşə  qanunvericiliyinə  riayət  edilməsinə,  həmçinin  meşə  fondundan  istifadəyə,  onun 
mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsinə 
aid hissədə), on ikinci, on dördüncü (öz səlahiyyəti hüdudlarında) və on altıncı abzaslarında, 
33-cü maddəsinin üçüncü hissəsində, 36-cı maddəsində, 39-cu maddəsinin ikinci hissəsində, 
48-ci  maddəsinin  birinci  hissəsinin  dördüncü  abzasında,  50-ci  maddəsinin  on  dördüncü 
hissəsində, 70-ci maddəsinin üçüncü hissəsində və 71-ci maddəsinin ikinci hissəsində nəzərdə 
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi həyata keçirir
həmin  Məcəllənin  45-ci  maddəsinin  ikinci  hissəsində,  59-cu  maddəsinin  birinci  və 
ikinci  hissələrində  və  61-ci  maddəsinin  birinci  hissəsində  nəzərdə  tutulmuş  “müvafiq  icra 
hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 
həyata keçirirlər
həmin Məcəllənin 60-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq 
icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 
və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər
həmin  Məcəllənin  76-cı  maddəsinin  ikinci  və  üçüncü  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  ilə  razılaşdırmaqla)  hissələrində  nəzərdə  tutulmuş  “müvafiq  icra  hakimiyyəti 
orqanları”nın səlahiyyətlərini Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi həyata keçirir;
həmin  Məcəllənin  76-cı  maddəsinin  dördüncü  hissəsində  nəzərdə  tutulmuş  “müvafiq 
icra  hakimiyyəti  orqanları”nın  səlahiyyətlərini Azərbaycan  Dövlət  Dəmir  Yolu  İdarəsi  və 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər; 
həmin Məcəllənin 77-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra 
hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi 
və “Azərbmeşə” İstehsalat Birliyi həyata keçirirlər.
həmin  Məcəllənin  27-ci  maddəsinin  birinci  hissəsinin  doqquzuncu  abzasında  nəzərdə 
tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının 
Nazirlər  Kabineti  və  Azərbaycan  Respublikasının  Tarif  (qiymət)  Şurası  öz  səlahiyyətləri 
daxilində həyata keçirirlər.
3.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  aşağıdakıların 
icrası  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə  məlumat  verməklə  üç  ay 
müddətində:
Azərbaycan  Respublikası  Meşə  Məcəlləsinin  24-cü  maddəsinin  birinci  hissəsində 
müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondu torpaqlarının icarəyə verməsi qaydasını;
həmin  Məcəllənin  25-ci  maddəsinin  dördüncü  hissəsində  müəyyən  edilməsi  nəzərdə 
tutulmuş  meşəqırma  biletinin,  orderin  və  meşə  biletinin  formalarını,  onların  uçotu, 
saxlanılması, doldurulması və verilməsi qaydalarını;


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə