Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə16/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   12   13   14   15   16   17   18   19   ...   125

35
24 avqust 1994-cü il tarixli, 312 nömrəli; 1 oktyabr 2007-ci il tarixli,
153 nömrəli qərarlara əsasən dəyişikliklərlə.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 26 oktyabr tarixli
548 nömrəli qərarına 
əlavə
Respublika meşələrindən əsas meşə və kol cinslərinin köküstü 
buraxılış nırxları
s. №
Oduncağın cinsi
Meşə nırx  dərəcələri
Daşınma 
məsafəsi, km
1 sıx kmb üçün 
nırxlar, min rublla
Odun qabıqlı 
min rubl
İşlik oduncaq 
(qabıqsız)
iri
orta xırda
1
2
3
4
5
6
7
8
1 Fıstıq
I
II 
III
0-10,0 
10,0-25,0 
25,1-40,0
74,3 
53,0 
31,8
72,9 
52,1 
31,3
37,2 
26,6 
15,9
5,2 
3,7 
2,2
2
Şümşad, şabalıd, qoz, 
dəmirağacı, saqqızağacı, çinar, 
azadağacı, evkalipt, püstə
I
II 
III
0-10,0 
10,0—25,0 
25,1-40,0
297,0 
212,2 
127,3
291,8 
208,4 
125,0
148,8 
106,3 
63,8
5,2 
3,7 
2,2 
3 Qaraçöhrə (Tiss), ayı fındığı
I
II 
III
0-10,0 
10,0-25,0 
25,1-40,0
222,8 
159,1 
95,5
218,8 
156,3 
93,8
111,6 
79,7 
47,8
5,2 
3,7 
2,2
4
Palıd, göyrüc, ağcaqayın, armud, 
dağdağan, sərv ağacı, tut ağacı, 
ardıc, qarağac, cökə
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
95,5 
69,0 
41,1
94,8 
67,7 
40,6
48,4 
34,5 
20,7
5,2 
3,7 
2,2
5 Ərik, heyva, alça, gilas, nar, gilənar, 
əncir, zoğal, dəfnə, şaftalı, əzgil
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
126,2 
90,2 
54,1
124,0 
88,6 
53,1
63,2 
45,2 
27,1
5,2 
3,7 
2,2
6 Ağ akasiya, şeytan ağacı, safora, 
güləbrişin (ipək akasiyası)
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
52,0 
37,1 
22,3
51,0 
36,5 
21,9
26,0 
18,6 
11,2
5,2 
3,7 
2,2
7
Zirinc, sumaq, gərməşov, sarağan, 
itburnu, yasəmən, yemişan, qaratikan
maklyura, kandalaş, cır (meşə) fındıq, 
murdarça, dəfnəgilas (lavrovişnya), 
meşəgilası, göyəm və digər kol cinsləri
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
44,6 
31,8 
19,1
43,8 
31,3 
18,8
22,3 
15,9 
9,6
3,1 
2,2 
1,3
8 Bütün növ qovaqlar / Qızılağac, yalanqoz
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
37,1 
26,5 
12,7
36,5 
26,0 
12,5
18,6 
13,7 
6,4
4,7 
3,4 
2,0
9 Aylant, söyüd, iydə
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
29,7 
21,2 
12,7
29,2 
20,8 
12,5
14,9 
10,6 
6,4
4,7 
3,4 
2,0
10 Eldar şamı və başqa növ şamlar
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
66,8 
47,7 
28,6
65,7 
46,9 
28,1
33,5 
23,9 
14,4
4,7 
3,4 
2,0
11 Vələs 
I
II 
III
0-10,0 
10,1-25,0 
25,1-40,0
59,4 
42,4 
52,5
58,4 
41,7 
25,0
29,8 
21,3 
12,8
5,2 
3,7 
2,2
İşlər müdiri  
İ. HACIYEV


36
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb 
edilmə qaydaları haqqında
Qərar № 636
Bakı şəhəri, 27 dekabr 1993-cü il
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  Müəyyən edilsin ki, meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, 
idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar aşağıdakı hallarda 
maddi məsuliyyət daşıyırlar:
a)  meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi;
b)  köküstə yaş ağac və kolların boy artımı dayanacaq və ya dayanmayacaq dərəcəyə 
qədər zədələnməsi;
v)  kökdən kəsilmiş, həmçinin külək, qar və başqa səbəblər nəticəsində sınmış və 
yerə yıxılmış ağac və kolların mənimsənilməsi və yaxud köküstə quru ağac və 
kolların özbaşına qırılması;
q)  yandırılması  və  odla  ehtiyatsız  rəftar  edilməsi  nəticəsində  meşənin,  həmçinin 
tək-tək və qrup hallında olan ağac və kolların məhv edilməsi, yaxud zədələnməsi;
ğ)  meşənin,  həmçinin  tək-tək  və  qrup  halında  olan  ağac  və  kolların  quruyacaq 
və  yaxud  xəstələnəcək  dərəcəyə  qədər  axar  sular,  kimyəvi  maddələr,  sənaye, 
kommunal-məişət və digər tullantılar ilə zədələnməsi və ya məhv edilməsi;
d)  lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, 
anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsi;
e)  meşə  əkinlərində,  meşə  tingliklərində,  böyütmə  və  plantasiya  sahələrində 
toxmacarların  və  tinglərin,  həmçinin  meşənin  bərpa  edilməsi  üçün  müəyyən 
olunmuş  sahələrdə  təbii  yeniyetmələrin  və  cücərtilərin  məhv  edilməsi,  yaxud 
zədələnməsi;
ə)  meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, 
mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması;
j)  qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletinə əsasən icazə verilən 
sahələrdə  özbaşına  qoz,  fındıq,  şabalıd,  yabanı  (cır),  habelə  peyvənd  çərdəkli 
meyvələrin və giləmeyvələrin, qamış və dərman bitkilərinin, meşə döşənəyinin, 
tökülmüş yarpaqların və bu müqabildən olan digər meşə məhsullarının tədarükü 
və yığılması;
z)  dövlət meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların məhv edilməsi və ya 
korlanması.
2.  Tabeçiliyindən  asılı  olmayaraq,  respublikanın  bütün  meşələrində  meşə  qanun veri-
ci  liyinin  pozulması  nəticəsində  vurulmuş  ziyana  görə  mülkiyyət  formasından  və 
fəaliyyət növündən asılı olmayaraq müəssisələrdən, idarələrdən, təşkilatlardan, kol-
xozlardan  və  digər  hüquqi  şəxslərdən  və  vətəndaşlardan  alınan,  habelə  müsadirə 
(sekvestr) edilən oduncaq. Sair meşə məhsullarının satışından əldə olunan məbləğ və 
müəyyən edilmiş qayda üzrə daxil olan digər maliyyə mənbələri hesabına «Meşələrin 
qorunub saxlanması və təkrar istehsalı» Respublika fondu yaradılsın.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə