Compiliation of legal acts and regulations for the forest sector specialists


Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə13/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   9   10   11   12   13   14   15   16   ...   125

29
Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə 
qaydası
Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə 
üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir.
Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə 
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə  72.  Meşə  fondu  sahələrindən  elmi  tədqiqat,  mədəni-sağlamlışdırma, 
turizm  və  idman  məqsədləri,  ovçuluq  təsərrüfatının  ehtiyacları  üçün  istifadə 
qaydaları
Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu 
meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və 
hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir.
Mədəni-sağlamlaşdırma,  turizm  və  idman  məqsədləri  üçün  verilmiş  meşə  sahələrində 
meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya 
qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.
Meşə  fondu  sahələri  ov  yerləri  kimi  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ovçuluq 
təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.
Meşə  fondu  sahələrindən  elmi  tədqiqat  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 
məqsədləri,  ovçuluq  təsərrüfatının  ehtiyacları  üçün  istifadə  qaydaları  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası
Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada 
istifadə edilir.
Sərhəd  zonalarında  meşə  fondu  sahələrindən  istifadənin  xüsusiyyətləri  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar 
və təbiət parkları
Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  təhkim  edilir  və  onlar  bu 
sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir.
Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin 
istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri
Kənd  təsərrüfatı  təyinatlı  torpaqlarda  yerləşən  ağac-kol  bitkiləri  torpaqqoruyucu, 
sutənzimləyici  və  meşə  bitkilərinə  xas  olan  digər  xüsusiyyətləri  ilə  torpaqları  mənfi  təbii, 
antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.
Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin 
yaxşılaşdırılmasını  və  funksiyalarının  yerinə  yetirilməsini  təmin  etməlidir. Ağac-kol  bitki-
lərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə qırmaların, habelə başqa qırmaların apa-
rılmasına yol verilir.


30
Kənd  təsərrüfatı  təyinatlı  torpaqlardan  meşə  salınması,  ağac-kol  bitkilərinə  qulluq 
edilməsi,  onların  istifadəsi,  mühafizəsi,  qorunması,  habelə  bunlarla  bağlı  dövlət  nəzarəti 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi təbii 
hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu nəqliyyatının 
səsinin təsirini azaltmaq üçündür.
Müvafiq  icra  hakimiyyəti  orqanı  göstərilən  ağac-kol  bitkilərinin  istifadəsi,  mühafizəsi, 
qorunması və bərpası sahəsində dövlət idarəetməsini həyata keçirir.
Dəmir  yoluna  aid  torpaqlarda  yerləşən  ağac-kol  bitkilərində  qulluq,  sanitariya, 
yenidənəkmə  məqsədilə  xüsusi  təyinatlı  və  başqa  qırmaların  aparılmasına  yol  verilir.  Bu 
qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, mühafizəsi və 
qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Maddə  77.  Avtomobil  yollarına  aid  torpaqlarda  və  su  fondu  torpaqlarında 
yerləşən ağac-kol bitkiləri
Avtomobil  yollarına  aid  torpaqlarda  və  su  fondu  torpaqlarında  (avtomobil  yollarını  və 
kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları mənfi 
təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.
Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və 
yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir.
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-
kol  bitkilərinin  istifadəsi,  mühafizəsi  və  qorunması  qaydaları Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilir.
Avtomobil  yollarına  aid  torpaqlarda  və  su  fondu  torpaqlarında  yerləşən  ağac-kol 
bitkilərinin  istifadəsi,  mühafizəsi  və  qorunması  üzərində  dövlət  nəzarəti  müvafiq  icra 
hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
X fəsil
MEŞƏLƏRİN İSTİFADƏSİ, MÜHAFİZƏSİ, QORUNMASI 
VƏ BƏRPASI SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ, 
MEŞƏ QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ 
MƏSULİYYƏT
Maddə  78.  Meşələrin  istifadəsi,  mühafizəsi,  qorunması  və  bərpası  sahəsində 
mübahisələrin həlli qaydası
Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə 
qaydasında həll edilir.
Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə