Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə10/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   6   7   8   9   10   11   12   13   ...   125

22
Meşə  fondu  haqqında  məlumat  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti 
orqanının  xüsusi  sərəncamında  olmaqla,  onun  müəyyən  etdiyi  qaydada  fiziki  və  hüquqi 
şəxslərə verilir.
Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına 
və meşələrin bərpasına dövlət nəzarəti
Meşə  fondunun  vəziyyətinə,  istifadəsinə,  qorunmasına  və  meşələrin  bərpasına  dövlət 
nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstə 
oduncaq  buraxılışını,  meşəbərpa  və  aralıq  istifadə  qırmaları  və  digər  qırma  qaydalarını 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.
Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində 
həyata keçirirlər.
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpa-
sına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər
Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.
Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına 
nəzarətin təşkili;
meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq 
pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;
təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə 
cəlb edilməsi;
meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, 
dayandırılması, qadağan edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata 
keçirilməsi.
Meşə  fondunun  mühafizəsinin  təşkili  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
V fəsil
MEŞƏLƏRİN VƏ MEŞƏ BİTKİLƏRİ İLƏ ÖRTÜLÜ 
OLMAYAN MEŞƏ FONDU TORPAQLARININ İSTİFADƏSİ, 
MÜHAFİZƏSİ, QORUNMASI VƏ BƏRPASI
Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər
Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:
meşələrdən fasiləsiz və səmərəli istifadə;
əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı 
üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması 
və gücləndirilməsi;
meşədən  istifadə  qaydalarının  meşələrin  əhəmiyyətindən,  yerinə  yetirdikləri  funksiya-
larından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;


23
meşələrin bərpası üçün şəraitin yaradılması;
meşədən istifadənin ödənişli olması;
meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.
Maddə 48. Meşə fondundan istifadə növləri
Meşə fondundan istifadə növləri aşağıdakılardır:
oduncaq tədarükü;
ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);
meşədən  əlavə  istifadə  (ot  çalını,  pətəklərin  və  arıxanaların  yerləşdirilməsi,  yabanı 
meyvə,  göbələk,  giləmeyvə,  gərzəkli  və  digər  məhsullar,  palıd  qozası,  dərman  bitkiləri, 
texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin 
tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə 
müəyyənləşdirilən başqa əlavə istifadə);
elmi-tədqiqat məqsədləri üçün;
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;
ovçuluq təsərrüfatı.
Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata 
keçirə bilər.
Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəsinə bir və ya bir neçə növ əlavə 
istifadə üçün verilə bilər.
Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:
onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq;
müəyyən edilmiş həddə meşə fondundan istifadə;
meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən 
edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək;
Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.
Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borclu-
durlar:
meşə  fondu  sahələrindən  Azərbaycan  Respublikasının  meşə  qanunvericiliyinə  uyğun 
olaraq istifadə etmək;
meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, 
meşə biletinin şərtlərinə əməl etmək;
əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;
meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə 
suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsularla istifadə etmək;
istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət 
etmək  və  həmin  sahələrdə  yanğın  baş  verməməsi  üçün  tədbir  görmək,  meşə  yanğını  baş 
verdikdə onun söndürülməsini təmin etmək;
qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və daşınmasını 
müəyyən edilmiş müddətdə başa çatdırmaq;
oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək;
meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, 


24
orderdə,  meşə  biletində  göstərilmiş  müddətdə  və  şərtlərlə  meşəbərpa  tədbirlərini  həyata 
keçirmək;
istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin 
icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə 
gətirmək;
meşə  fondu  sahələrində  işlər  başa  çatdıqdan  sonra  onları  müvafiq  meşə  təsərrüfatı 
müəssisələrinə təhvil vermək;
meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək;
meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək;
meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilmiş digər rəsmi tələbləri yerinə yetirmək;
başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq;
meşə  fondundan  istifadə  barədə,  habelə  meşə  fondundan  istifadəyə  görə  ödəmələrin 
miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı 
müəssisələrinə, dövlət statistika orqanlarına vermək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə 
yetirmək.
Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi
Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər 
ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Dövlət  ehtiyacları  və  ya  ictimai  ehtiyaclar  üçün  meşə  fondu  torpaqlarının  özgə nin-
kiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda 
və şərtlərlə yol verilir. 
Maddə 52. Meşə təsərrüfatına dəyən zərər və itkinin ödənilməsi
Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra haki miy-
yəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
Maddə 53. Fiziki şəxslərin meşələrdə olması
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki 
şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, 
göbələk,  gərzəklilər  və  digər  meşə  sərvətləri,  dərman  bitkiləri,  texniki  xammal  yığmaq, 
mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə 
təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.
Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların 
zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibil-
lənməsinə,  qarışqa  və  quş  yuvalarının  dağılmasına  yol  verməməyə,  habelə  Azərbaycan 
Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.
Fiziki  şəxslərin  ov  etmək  məqsədilə  meşələrdə  olması  bu  Məcəllə  və  Azərbaycan 
Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı 
meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda 
və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq 
olaraq məhdudlaşdırıla və qadağan edilə bilər.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə