Compiliation of legal acts and regulations for the forest sector specialists


Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə6/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   2   3   4   5   6   7   8   9   ...   125

14
Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları
Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır:
müqavilələr;
məhkəmə qərarları;
bu Məcəllə ilə yol verilən digər əsaslar.
Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin 
icarə  müqaviləsinin  dövlət  qeydiyyatından  keçdiyi,  meşəqırma  bileti,  order,  meşə  bileti 
alındığı vaxtdan əldə edilir.
Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması
Meşə  fondu  sahələrindən  istifadə  hüququ  meşə  fondu  sahəsinin  (torpaqlarının)  icarə 
müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.
Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş 
hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu 
özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə 
müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.
Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  yeni  yaranan 
hüquqi şəxsə keçir.
Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, 
meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləş dirilir.
Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi
Meşə  istifadəçiləri  meşə  fondu  sahələrindən  istifadə  hüququnu  o  vaxt  sərbəst  həyata 
keçirirlər  ki,  bu,  meşələrin  və  meşə  fondu  torpaqlarının  vəziyyətini  pisləşdirməsin,  ətraf 
mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.
Azərbaycan  Respublikasında  meşə  qanunvericiliyinin  tələblərinə  zidd  məqsədlər  və 
üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.
Bu  Məcəllədə  və  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə 
istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.
Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və 
ya dayandırılması
Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, 
mühafizəsini,  qorunmasını  və  bərpasını,  ölkənin  müdafiəsini  və  dövlətin  təhlükəsizliyini 
təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin 
hüquqlarını  və  qanuni  mənafelərini  qorumaq  zərurililiyi  yarandığı  hallarda  meşə  fondu 
sahələrindən  istifadə  hüququ  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  məhdudlaşdırıla 
və dayandırıla bilər.
Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və 
ya dayandırılması qaydaları
Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 
aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:
meşə  istifadəçisi  tərəfindən Azərbaycan  Respublikası  meşə  qanunvericiliyinin  tələbləri 
pozulduqda;


15
meşə  istifadəçisi  tərəfindən  icarə  müqaviləsinin,  meşəqırma  biletinin,  orderin,  meşə 
biletinin şərtlərinə əməl edilmədikdə.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına 
səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.
Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və 
ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması 
meşə  istifadəçisini  Azərbaycan  Respublikasının  meşə  qanunvericiliyini  pozduğuna  görə 
intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.
Maddə  20.  Meşə  fondu  sahələrindən  istifadə  hüququna  xitam  verilməsinin 
əsasları
Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə 
hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti 
dayandıqda,  bu  Məcəllə  və Azərbaycan  Respublikasının  başqa  qanunvericiliyi  ilə  nəzərdə 
tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
Meşə  fondu  sahələrindən  istifadə  hüququna  məcburi  xitam  verilməsi  yalnız  aşağıdakı 
hallarda həyata keçirilir:
meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş 
müddətdə ödənilmədikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları 
və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş 
şərtlər pozulduqda;
meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və 
qaydaların tələblərinə əməl edilmədikdə;
meşə fondu sahələri dövlət ehtiyacları üçün geri alındıqda.
Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının 
meşə  qanunvericiliyinə  görə  meşə  istifadəçisinin  intizam,  inzibati,  mülki  və  cinayət 
məsuliyyətindən azad etmir.
Maddə  21.  Meşə  fondu  sahələrindən  istifadə  hüququna  xitam  verilməsinin 
qaydaları
Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə 
müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir.
Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq 
onun rəsmi ərizəsi əsasında dayandırılır.
Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə 
rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi
Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və 
qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) 
icarəyə  müqavilə  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  (icarəyə  verən)  tərəfindən  bir 
ildən on ilədək verilə bilər.
Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) 
icarəçinin mülkiyyətidir.
Meşə fondu torpaqlarının subicarəsi qadağandır.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə