Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə3/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   2   3   4   5   6   7   8   9   ...   125

6
başlayaraq  2008-ci  il  də  daxil  olmaqla  hər  ildə  nəzərdə  tutulan  meşəbərpa  və  yeni  meşə 
salınması işlərinin plan-proqnozlarını artıqlaması ilə icra etmişlər. Belə ki, keçən bu müddət 
ərzində  cəmi  59  184  ha  səhədə  meşəbərpa  tədbirləri,  o  cümlədən  36  369  ha  sahədə  təbii 
bərpaya  kömək  tədbirləri,  22  815  ha  sahədə  isə  meşə  əkini  və  səpini  işləri  aparılmışdır. 
Ən  ağır  meşəbitmə  şəraitinə  malik,  təbii  bitki  landşaftından  məhrum  arid  və  yarım-səhra 
ərazilərdə , ərazinin torpaq və iqlim şəraitini nəzərə almaqla, eroziya proseslərinin qarşısını 
almaq və səhralaşmaya qarşı mübarizə aparmaq məqsədilə Cəngi, Qaradağ, Giləzi, Zərdəb 
Regional Meşəsəlma, Abşeron, Quba, Kür və Lənkaran Regional Meşə Tingiliyi Müəssisələri 
yaradılmışdır.  Yarandıqları  ildən  bu  günə  kimi  Meşəsalma  Müəssisələri  tərəfindən  1813 
hektar sahədə yeni meşə əkini sahələri salınmışdır, o cümlədən Zərdab RMSM üzrə 414 ha, 
Cəngi RMSM üzrə 347 ha, Qaradağ RMSM üzrə 293 ha, Giləzi RMSM üzrə 759 ha.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən 2001-2010-cu illər 
ərzində cəmi 93 118 ha sahədə meşəbərpa, o cümlədən 35 183 ha sahədə meşə əkini və səpini 
işləri aparılmışdır.
Meşələr  ölkəmizin  milli  sərvətidir.  Onun  əhəmiyyəti  insan  cəmiyyəti  üçün  böyükdür 
və  çoxtərəflidir.  İstehsalatın,  iqtisadiyyatın,  elmin,  sağlamlığın.  tərbiyənin,  estetikanın 
inkişafında  meşələrin  əvəzsiz  rolu  var.  Elmin  və  texnikanın  müasir  inkişafı,  yeni  və  ən 
müxtəlif  materialların  peyda  olması  (o  cümlədən  plastic  kütlə)  oduncağın  əhəmiyyətini 
azaltmamışdır,  əksinə  onun  tətbiq  sahələrini  genişləndirmişdir.Oduncaq,  əvvəlki  kimi 
geniş yayılmış ən müxtəlif tikinti materialı və istilik mənbəyi kimi qalır. Bununla əlaqədar 
ölkəmizdə qanunsuz meşəqırmalar hələ də mövcuddur. Qanunsuz qırıntı, mal-qara otarılması 
və digər səbəblərdən Respublikada meşə sahələri azalır, onların məhsuldarlığı aşağı düşür, 
cins  tərkibi  pisləşir  və  torpaqların  münbitliyi  azalır.  Ona  görə  meşələrin  bərpası  yollarını 
axtarmaq, o cümlədən meşənin oduncaq hesab olmayan sərvətini artırmaq (torpaq qoruyucu, 
mühit əmələgətirici və rekreasiya funksiyası) vacibdir. Bu tədbirlərin qanunvericilik bazası 
öz  əksini  meşə  münasibətlərini  tənzimliyən  qanunlar,  Prezidentin  fərmanlarında,  Nazirlər 
Kabinetinin qərarlarında, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
Meşələrin  İnkişafı  Departamentinin  təlimat  və  tövsiyyələrində  və  digər  normativ  aktlarda 
tapmışdır.
Lakin  təəsüf  ki,  bu  qanunvericilikdəki  boşluqlar,  ziddiyyətlər  qanunların  tətbiqində, 
tədrisində problemlər yaratdığı kimi, bu vəsaitin hazırlanmasında da müəllif qarşısında ciddi 
çətinliklər  yaradıb.  Bununla  belə,  əgər  nəzərə  alsaq  ki,  bu  sahədə  respublikamızda  meşə 
qanunvericiliyinin kitab  şəklındə  toplusu  yox  dərəcəsindədir,  bu  cür  topluya  ciddi  ehtiyac 
var.  Kitabın  meşə  münasibətlərini  tənzimləyən  hüquq  normativ  aktların  toplusu  və  meşə 
təsərrüfatı  ilə  bağlı  bəzi  məsələlərə  dair  alimlər  tərəfindən  verilən  izahı  şəklində  ilk  dəfə 
hazırlandığını, qanunvericiliyin qeyri-təkmilliyini, ziddiyyətliliyini nəzərə alsaq, o yəqin ki, 
qüsurlardan hali deyil. Odur ki, kitabla bağlı rəy və təklifləriniz bizim üçün çox maraqlı və 
gərəkli olardı. Onlar müəllif tərəfindən diqqətlə araşdırılacaq və bunlar kitabın yenidən nəşri 
üçün əhəmiyyətli olacaqdır.
1
 Meşəbərpa və meşəsalma sektorunun arayışı


7
AZƏRBAYCAN RESPUBLİKASININ 
KONSTİTUSİYASINDAN çıxarış
Maddə 14. Təbii ehtiyatlar
Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl 
gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ 
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma 
ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III.  Heç  kəs  ətraf  mühitə,  təbii  ehtiyatlara  qanunla  müəyyən  edilmiş  hədlərdən  artıq 
təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla 
müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
Maddə 78. Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Maddə 112. Fövqəladə vəziyyət tətbiq edilməsi
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük 
ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün 
pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, 
zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi 
yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana 
gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və 
bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin 
təsdiqinə verir.


8
Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi 
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1.  Azərbaycan Respublikasının Meşə Məcəlləsi təsdiq edilsin.
2.  Azərbaycan Respublikasının Meşə Məcəlləsi dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 dekabr 1997-ci il
№ 424-IQ


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə