Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə4/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   2   3   4   5   6   7   8   9   ...   125

9
AZƏRBAYCAN RESPUBLIKASININ MEŞƏ 
MƏCƏLLƏSI
MÜNDƏRICAT
FƏSİLLƏR (MADDƏLƏR)
1.  ÜMUMİ MÜDDƏALAR ................................................................................... (1-10)
2.  MEŞƏ FONDU VƏ AĞAC-KOL BİTKİLƏRİ
 
ÜZƏRİNDƏMÜLKİYYƏT, ONLARDAN İSTİFADƏ HÜQUQU ................ (11-26)
3.  MEŞƏ FONDUNDAN İSTİFADƏ, ONUN MÜHAFİZƏSİ,
 
QORUNMASI VƏ MEŞƏLƏRİN BƏRPASI SAHƏSİNDƏ
 
DÖVLƏT İDARƏETMƏSİ .............................................................................. (27-29)
4.  MEŞƏ TƏSƏRRÜFATININ TƏŞKİLİ ............................................................ (30-46)
5.  MEŞƏLƏRİN VƏ MEŞƏ BİTKİLƏRİ İLƏ ÖRTÜLÜ
 
OLMAYAN MEŞƏ FONDU TORPAQLARININ İSTİFADƏSİ,
 
MÜHAFİZƏSİ, QORUNMASI VƏ BƏRPASI ................................................ (47-53)
6.  MEŞƏLƏRİN BƏRPASI VƏ MEŞƏSALMA ................................................. (54-57)
7.  MEŞƏ FONDUNUN MÜHAFİZƏSİ VƏ QORUNMASI............................... (58-63)
8.  MEŞƏ FONDUNDAN İSTİFADƏNİN, ONUN MÜHAFİZƏSİ,
 
QORUNMASI VƏ BƏRPASININ İQTİSADİ TƏNZİMLƏNMƏSİ .............. (64-66)
9.  MEŞƏ FONDUNDAN VƏ AĞAC-KOL BİTKİLƏRİNDƏN
 
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ .............................................................. (67-77)
10.  MEŞƏLƏRİN İSTİFADƏSİ, MÜHAFİZƏSİ, QORUNMASI
 
VƏ BƏRPASI SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ,
 
MEŞƏ QANUNVERİCİLİYİNİN POZULMASINA
 
GÖRƏ MƏSULİYYƏT .................................................................................... (78-80)


10
AZƏRBAYCAN RESPUBLIKASININ MEŞƏ 
MƏCƏLLƏSİ 
Bu  Məcəllə Azərbaycan  Respublikasının  ərazisində  meşə  münasibətlərinin  tənzim lən-
məsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və 
ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.
Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və 
ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin 
vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:
meşə  —  bioloji  cəhətdən  qarşılıqlı  əlaqəli  və  öz  inkişafında  bir-birinə  təsir  göstərən, 
torpağın,  suyun,  ağac,  kol  və  ot  bitkilərinin,  heyvanların,  mikroorqanizmlərin  və  ətraf 
mühitin digər tərkib hissələrinin vəhdəti;
meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və 
qeyri-meşə torpaq sahələri;
meşə  münasibətləri  —  meşələrin,  meşə  fondu  torpaqlarının  istifadəsi,  mühafizəsi, 
qorunması və bərpası sahəsində münasibətlər;
xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan 
nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə 
nadir mənzərəli meşə sahələri;
yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri 
xaricində  və  ya  onlara  yaxın  olan  sahələrdə  yerləşən,  mühüm  qoruyucu,  sanitariya-
gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə 
edilən meşələr;
yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan 
və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər 
olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları;
dövlət  qoruyucu  meşə  zolaqları  —  xətti  qaydada  süni  salınan,  iqlimtənzimləyici, 
torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;
qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, 
habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;
meşəbərpa  qırması  —  meşələrin  vəziyyətini  yaxşılaşdırmaq  və  təbii  qoruyucu 
funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan 
qırma;
aralıq  istifadə  üçün  qırma  —  meşəyə  qulluq,  seçmə  sanitariya  və  yenidənəkmə  ilə 
əlaqədar  qırmalar,  az  qiymətli  ağaclıqların,  habelə  qoruyucu,  suyu  mühafizə  və  başqa 
funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;
relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə 
uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;
arid bitkilər — buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq 
iqlimli ərazilərin bitkiləri.


11
Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi
Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respub-
likası nın digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan 
Respublikasının  meşə  qanunvericiliyindən  fərqli  qaydalar  müəyyən  edilmişdirsə,  beynəlxalq 
müqavilələrin tələbləri tətbiq edilir.
Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri
Azərbaycan  Respublikası  meşə  qanunvericiliyinin  məqsəd  və  vəzifələri  meşələrin 
əhəmiy yətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji 
müxtəlifliyini  saxlamaq,  meşələrin  ehtiyat  potensialını  yüksəltmək  prinsipləri  əsasında 
onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə 
yönəldilmişdir.
Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər
Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində 
münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və 
torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra - ağac-kol bitkiləri) isti-
fadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının 
mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin müvafiq maddələri 
ilə tənzimlənir.
Meşə  fondu  ərazisində  heyvanat  aləminin,  su  obyektlərinin,  yerin  tərkinin,  atmosfer 
havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə 
qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının 
səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.
Meşələrin,  habelə  meşə  fondu  torpaqlarının  istifadəsi,  mühafizəsi,  qorunması  zamanı 
yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azər-
baycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Meşələrin,  habelə  meşə  bitkiləri  ilə  örtülü  olmayan  meşə  fondu  torpaqlarının  istifadəsi, 
mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri 
bu  Məcəllə  ilə Azərbaycan  Respublikasının  inzibati  və  maliyyə  qanunvericiliklərinə  uyğun 
olaraq tənzimlənir.
Maddə 5. Meşə münasibətlərinin obyektləri
Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra 
- meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə hüquqlarıdır.
Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri
Azərbaycan  Respublikasının  ərazisindəki  bütün  meşələr,  habelə  meşə  bitkiləri  ilə 
örtülü  olmayan  meşə  fondunun  torpaqları  (meşə  və  qeyri-meşə  torpaqları)  Azərbaycan 
Respublikasının meşə fondunu təşkil edir.
Meşə  fondunun  sərhədləri  meşə  fondunun  torpaqlarını  digər  torpaqlardan  ayıran 
hüdudlarla müəyyən edilir.
Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının 
meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə