Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə12/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   8   9   10   11   12   13   14   15   ...   125

27
cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri;
zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq 
müşahidəsinin aparılması;
zərərvericilər  və  xəstəliklər  ilə  aviasiya  və  yerüstü  vasitələrlə  mübarizə  tədbirlərinin 
hazırlanması;
meşə  xəstəliklərinə  qarşı  profilaktik  tədbirlərin,  zərərvericilərin  və  xəstəliklərin 
mənbələrinin ləğv edilməsi işlərinin təşkili;
bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.
Meşə  fondunun  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  tədbirləri  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.
Maddə  63.  Meşə  fondunun  səmərəli  istifadəsi,  mühafizəsi,  qorunması  və 
bərpasının  təmin  olunmasında  fiziki  və  hüquqi  şəxslərin,  ictimai  birliklərin 
iştirakı
Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur.
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  fiziki  və  hüquqi  şəxslər, 
ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında 
iştirak edə bilərlər.
VIII fəsil
MEŞƏ FONDUNDAN İSTİFADƏNİN, ONUN 
MÜHAFİZƏSİ, QORUNMASI VƏ BƏRPASININ İQTİSADİ 
TƏNZİMLƏNMƏSİ
Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə
Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş 
hallardan başqa meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri ödənişlidir.
Meşə  təsərrüfatının  ümumi  gəliri  meşə  gəlirlərindən  və  meşə  təsərrüfatının  fəaliyyəti 
nəticəsində əldə edilən gəlirdən ibarətdir.
Meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə 
fonduna  vurulan  zərər  və  itkiyə  görə  ödəmələrdən  ibarətdir.  Ödəmələr  meşə  məzənnələri 
əsasında hesablanır.
Meşə  təsərrüfatının  fəaliyyəti  nəticəsində  əldə  edilən  gəlirlərə  meşə  təsərrüfatı 
istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid edilir.
Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu
Meşələrin bərpasının mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər 
tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin 
etmək məqsədilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu yaradılır.
Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və 
digər vəsaitlərdən ibarətdir.
Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə də 
büdcə vəsaiti hesabına maliyyələşdirilir.
Sənaye  və  qeyri-sənaye  istehsalı  özünümaliyyələşdirmə  (təsərrüfat  hesabı)  prinsipi 
əsasında həyata keçirilir.


28
Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər
Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəy-
yən  edilmiş  qaydada  həvəsləndirmə  və  güzəştlər  (otlaq,  biçənək  sahələri  təhkim  etmək, 
meşədən  mal-qara  üçün  ot  biçmək,  yanacaq  kimi  istifadə  üçün  güzəştli  qiymətlərlə  odun, 
xüsusi geyim və s.) nəzərdə tutulur.
IX fəsil
MEŞƏ FONDUNDAN VƏ AĞAC-KOL BİTKİLƏRİNDƏN 
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ
Maddə 67. Oduncaq tədarükü
Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-
başa  sanitariya  qırmaları,  su  qovşaqlarının,  boru  kəmərlərinin,  yolların,  elektrik  xətlərinin 
tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər 
üçün aparılan qırmalar) qaydasında aparılır.
Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları
Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılma-
sına yol verilir.
Kurort  meşələrində,  xüsusi  qiymətli  meşə  massivlərində,  şəhərlərin  və  digər  yaşayış 
məntəqələrinin  ətrafındakı  yaşıllıq  zonalarının  meşələrində,  yabanı  meyvə  meşələrində  və 
dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar aparılır.
Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan 
edilə bilər.
Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
təsdiq edilən qırma qaydaları (əsasnamə) üzrə aparılır.
Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası
Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə meşəqırma 
tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən Azərbaycan  Respublikası  meşələrində  köküstü 
oduncaq buraxılışı qaydaları ilə müəyyən edilir.
Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi
Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə hesablanmış 
meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq 
tədarükü qadağandır.
Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin 
vəziy yətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəy-
yən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Başqa  qırma  qaydaları  ilə  oduncaq  tədarükünün  həcmi  meşə  fondunun  ağac-koldan 
təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə