Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə20/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   16   17   18   19   20   21   22   23   ...   125

49
9.
Ailand, söyüd, iydə
I
0 — 10
16563
14403
10802
2331
II
10,1 — 25
11831
10288
7716
1665
III
25,1 — 40
7099
6173
4630
999
10. Eldar şamı və 
başqa şamlar
I
0 — 10
37269
32409
24307
2331
II
10,1 — 25
26621
23149
17362
1665
III
25,1 — 40
15973
13889
10417
999
11. Vələs 
I
0 — 10
33130
28808
21606
2590
II
10,1 — 25
23664
20577
15433
1850
III
25,1 — 40
14198
12346
9260
1110
Qeyd. Büdcə idarələrinə və təşkilatlarına oduncaq buraxılışı hazırki nırxlara görə 20 faiz, 
əhali üçün oduncaq buraxılışı isə əlavə olaraq 30 faiz güzəştlə hesablanır.


50
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
«Meşə təsərrüfatına dəymiş ziyana 
görə maddi məsuliyyətə cəlb 
edilmə qaydaları haqqında» 1993-cü il 27 dekabr tarixli,
636 nömrəli qərarına dəyişiklik və 
əlavələr edilməsi barədə
Qərar
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Meşə təsərrüfatına dəymiş ziyana 
görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» 1993-cü il 27 dekabr 
tarixli, 636 nömrəli qərarına aşağıdakı dəyişiklik və əlavələr edilsin:
5-ci bəndin 1-ci abzasında «1–7» sözləri «1–8» sözləri ilə əvəz edilsin. 
5 nömrəli əlavəyə aşağıdakı qeyd əlavə edilsin: 
«Qeyd: Meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə 
edən şəxs, əsassız əldə etdiyi məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eyni ilə 
qaytarmaq mümkün olmadıqda, dəymiş ziyanın məbləği hüquq pozuntusu baş vermiş tarixdə 
qüvvədə olan dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi 
hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.».
7 nömrəli əlavədəki qeydin 1-ci bəndinə aşağıdakı 2-ci abzas əlavə edilsin: 
«Külək, qar və başqa səbəblərdən sınmış və ya yerə yıxılmış ağac və kolların mənimsənilməsi 
və köküstə olan quru ağac və kolların özbaşına qırılması hallarında bu əlavədə göstərilən nırx 
tətbiq edilmir, belə hallarda meşə təsərrüfatına dəyən ziyan isə köküstə oduncaq buraxılışının 
mövcud nırxının birinci dərəcəsinin ikiqat miqdarında hesablanır»;
yeni 8 nömrəli əlavə əlavə edilsin. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il
1 dekabr tarixli, 259 nömrəli qərarı ilə təsdiq edilmişdir


51
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il
27 dekabr tarixli, 636 nömrəli qərarına 8 nömrəli əlavə
Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar 
sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər 
tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və 
kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq 
və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə 
alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin 
aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində 
vurulmuş ziyanın miqdarının hesablanması
Qaydaları
1.  Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, 
sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan 
ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud 
xəstələnəcək dərəcəyə gətirilməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini 
pozanlar aşağıdakı dəyər miqdarında ödəyirlər:
 
meşənin  itirilmiş  əmtəəlik  dəyəri  köküstə  oduncaq  buraxılışının  mövcud  nırxının 
birinci dərəcəsi miqdarında; 
 
məhv olmuşları əvəz etmək üçün yeni meşə əkini və ya yeniyetmələri yetişdirmək 
üçün tələb olunan xərclər miqdarında; 
 
ərazinin təmizlənməsi işlərinə tələb olunan, həmçinin yanğının söndürülməsinə sərf 
olunmuş xərclər miqdarında; 
 
meşə  qanunvericiliyinin  pozulması  nəticəsində  baş  verən  yanğınların  meşədə  olan 
binaları, qurğuları və digər əmlakı məhv və yaxud xarab etməsinə görə alınacaq ziyan 
mülki qanunvericiliyin ümumi normalarında nəzərdə tutulmuş qaydada və miqdarda 
təyin edilib ödətdirilir. 
2.  Lazımi  icazə  alınmadan  dövlət  meşə  fondu  torpaqlarında  tikinti  işlərinin  aparıl-
ması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanun-
vericiliyini  pozanlar  ərazinin  meşə  təsərrüfatında  istifadəsi  üçün  yararlı  vəziyyətə 
salın ması işlərinin dəyəri miqdarında ödəyirlər.


52
Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI 
  “Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri 
A. RASİZADƏ
Bakı şəhəri 17 oktyabr 1998-ci il
№ 214 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə