Compiliation of legal acts and regulations for the forest sector specialists


Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə22/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   18   19   20   21   22   23   24   25   ...   125

55
Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, 
turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları 
üçün istifadə qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI 
  “Azərbaycan  Respublikasının  1997-ci  il  30  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  Meşə  fondu  sahələrindən  elmi-tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları təsdiq edilsin 
(əlavə olunur).
2.  “Dövlət  meşə  fondunun  ərazisində  turizm  düşərgələrinin  və  istirahət  bazalarının 
yerləşdirilməsinə  icazələrin  verilməsi  qaydası  barədə”  Azərbaycan  SSR  Nazirlər 
Sovetinin  1985-ci  il  7  may  tarixli  151  nömrəli  qərarı  öz  qüvvəsini  itirmiş  hesab 
edilsin.
3.  Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİZADƏ
Bakı şəhəri, 30 oktyabr 1998-ci il
№ 219 


56
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, 
turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları 
üçün istifadə
QAYDALARI
1.  Bu Qaydalar meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm 
idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadəni tənzimləyir.
2.  Mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər 
(bundan  sonra  meşə  istifadəçisi  adlandırılır)  meşə  fondu  sahələrindən Azərbaycan 
Respublikası  Meşə  Məcəlləsinə  uyğun  elmi-tədqiqat,  mədəni-sağlamlaşdırma, 
turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi 
haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə 
ilə müraciət etməlidirlər.
Təqdim  olunmuş  ərizə  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  tərəfindən  xüsusi  kitabda  qeydə  alınmaqla  qəbul  edilir,  baxılır  və  imtina 
üçün  əsas  olmadıqda  qeydə  alındığı  gündən  başlayaraq  bir  ay  müddətindən  gec 
olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılır. 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən 
məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır.
Müqavilə  bağlanılmadığı  halda  meşə  istifadəçisinə  onun  səbəbləri  göstərilməklə 
rəsmi izahat verilir. 
Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə meşə fondu sahələrinin ov yerləri azı 
10 il müddətində hüquqi və fiziki şəxslərin istifadəsinə verilə bilər. 
3.  Müqavilə, kütləvi meşə servitutu istisna olmaqla, meşə fondundan istifadənin növü, 
yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilməklə meşə istifadəçisinə əsaslı tikinti 
aparılmadan meşə fondu müvafiq sahələrindən müvəqqəti istifadə hüququ verir. 
4.  Meşə  fondu  sahələrindən  elmi-tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi 
aşağıdakılara əməl etməyə borcludur:
meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək;
müqavilənin şərtlərinə əməl etmək, meşə fondundan istifadə üçün haqları vaxtında 
ödəmək;
istifadə  olunan  sahənin  və  onun  ətrafının  zibillənməsinə  yol  verməmək,  digər 
sanitariya qaydalarına əməl etmək;
sahəyə mal-qaranın buraxılmasına yol verməmək;
istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək;
istifadəyə verilmiş meşə fondu sahələrindən meşə yanğını təhlükəsizliyi qaydalarına 
riayət etmək və ərizədə yanğın baş verdikdə onun söndürülməsini təmin etmək;
meşə  təsərrüfatına  vurulmuş  zərər  və  itkini  müəyyən  qaydada  bərpa  etmək  və  ya 
dəymiş ziyanı ödəmək.
5.  Meşə  fondu  sahələrindən  elmi-tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 


57
məqsədləri,  ovçuluq  təsərrüfatının  ehtiyacları  üçün  istifadə  hüquqi  Azərbaycan 
Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  qərarı  ilə  aşağıdakı 
hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:
meşə  fondu  sahələrindən  istifadə  zamanı  Azərbaycan  Respublikasının  meşə 
qanunvericiliyinə əməl edilmədikdə;
müqavilənin şərtləri pozulduqda; 
meşə fondu sahələrinin səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, 
ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, 
ətraf  mühiti,  tarixi-mədəni  və  təbii  irsi,  fiziki  şəxslərin  hüquqlarını  və  qanuni 
mənafelərini qorumaq zəruriliyi yarandığı hallarda.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və dayandı rılma-
sına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq Azərbaycan Respub-
likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tam həcmdə bərpa olunur.
Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması 
və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər. 
6.  Meşə istifadəçisi rəsmi ərizə əsasında meşə fondu sahələrindən istifadə hüququndan 
imtina etdikdə, müqavilənin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan 
Respublikasının  Meşə  Məcəlləsində  və  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş  hallarda  onun  meşə  fondu  sahələrindən  istifadə  hüququna  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam verilir. 
7.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşə  fondu 
sahələrindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər:
meşə  istifadəçisi  tərəfindən  Azərbaycan  Respublikasının  meşə  qanunvericiliyi 
pozulduqda;
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
meşə  istifadəçisi  tərəfindən  meşə  fondu  sahələrinin  istifadə  haqqının  müəyyən 
olunmuş müddətdə ödənilmədikdə;
meşə istifadəçisi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda; 
meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə;
(Çıxarılıb) 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşə  fondu 
sahələrindən  istifadə  hüququna  xitam  verilməsi  barədə  meşə  istifadəçisinə  rəsmi 
xəbər verməlidir. 
8.  Meşə  istifadəçisi  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
hallarda  və  şərtlərlə  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin  razılığı  ilə  meşə  fondu  sahəsindən  istifadə  hüququnu  özünün  hüquqi 
varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. 
9.  Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə 
müəyyən olunmuş qaydada başqa şəxslərə keçə bilər.
Meşə  istifadəçisi  hüquqi  şəxs  kimi  yenidən  təşkil  edildikdə  ona  məxsus  istifadə 
hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada 
yeni yaranan hüquqi şəxsə keçir.
Meşə  fondu  sahələrindən  istifadə  hüququnun  başqasına  keçməsi  müqavilədə 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 
dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. 
10.  Meşə  fondu  sahələrindən  elmi  tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 
məqsədləri,  ovçuluq  təsərrüfatının  ehtiyacları  üçün  istifadə  müqaviləsinin  forması 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 
hazırlanır və təsdiq edilir. 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə