Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə30/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   26   27   28   29   30   31   32   33   ...   125

77
 
işıqlandırma qırması — 10 yaşına qədər cavan ağaclığın tərkibini formalaşdırmaq, 
sıxlığını nizama salmaq və qiymətli cinslərin inkişafını yaxşılaşdırmaq;
 
təmizləmə  qırması  —  11—20  yaşına  qədər  meşə  sahələrindəki  əsas  cinslərin 
yayılmasını nizama salmaq, onların cins tərkibini formalaşdırmaq;
 
seyrəltmə qırmaları — 21—40 yaşınadək ağacların gövdələrinin və çətirlərinin 
düzgün formalaşmasına nail olmaq;
 
keçid qırması — 41 yaşdan yetişmə yaşına qədər ağaclığın illik orta artımına 
əlverişli şərait yaratmaq;
 
yenidənəkmə  (rekonstruksiya)  qırmaları  —  düzən  və  dağətəyi  meşələrdə 
azqiymətli,  alçaq  boylu,  pozulmuş  ağac  və  kol  cinslərinin  məhsuldarlığını 
artırmaq, cins tərkibini yaxşılaşdırmaq.
1.7. Düzən  meşələrdə  (suvarılan  meşələrdə)  aralıq  istifadə  üçün  qırmalar  dağ 
meşələrinə  nisbətən  tez-tez  aparılır.  Bütün  hallarda  meşənin  qoruyucu 
funksiyalarını  zəiflətməmək  üçün  ağaclığın  doluluğu  normal  saxlanmalıdır. 
Gövdələrində quş və vəhşi heyvanat yuvaları olan ağaclar qırıntıya təyin edilmir.
 
Qırmalar ilk növbədə kifayət qədər gələcəyi gözlənilən yeniyetmələr, sahələrdə 
saxlanılmış tək-tək toxumluq və yaşı ötmüş ağaclar, ikinci dərəcəli ağac və kol 
cinsləri  olan  yüksək  bonitetli  meşələrdə  aparılır.  Sıxlığı  0,9-dan  yuxarı  olan 
cavan ağaclıq sahələrində inkişafdan geri qalmış, əyrigövdəli, çətiri pis olan və 
digər yararsız ağaclar qırıntıya təyin olunur.
 
Qırmalar aparılarkən aşağıdakı ardıcıllıq təmin olunmalıdır:
 
mədəni meşə əkinlərində və əvvəlki illərdə qırıntı yerlərində qalmış əsas cinsin 
yeniyetmələri  (əgər  ikinci  dərəcəli  ağac  cinsləri  sürətlə  inkişaf  edirsə)  olan 
sahələrdə;
 
qiymətli  cinslərin  yeniyetmələrinin,  ikinci  dərəcəli  ağacların  çətirləri  altında 
qalmaq qorxusu olan qarışıq cinsli az qiymətli meşələrdə;
 
eyni hündürlükdə olan əsas və ikinci dərəcəli cinslərdən ibarət qarışıq meşələrdə;
 
yüksək sıxlığı və doluluğu (0,8—1,0) olan qiymətli cinsli meşələr, toxumdan və 
pöhrədən əmələ gəlmiş ağaclıqlarda.
 
Göstərilən  sahələrdə  ağaclığın  yaşından  asılı  olaraq  işıqlandırma,  təmizləmə 
və seyrəltmə qırmaları aparılır. Yetişmə yaşına qədər olan eyni cinsli və qarışıq 
meşələrdə əsasən keçid qırmaları aparılır.
II.  QIRMALARIN APARILMA VAXTI
2.1. Qırmaların  başlanması  və  qurtarması  vaxtı  meşəbitmə  şəraiti,  ağac 
cinslərinin  bioloji  xüsusiyyətləri  və  ərazisinin  iqtisadiyyatı  nəzərə  alınmaqla 
müəyyənləşdirilir.
2.2. Yerli iqlim və digər şəraitdən asılı olaraq işıqlandırma və təmizləmə qırmaları 
adətən ağaclar yarpaqladıqdan sonra vegetasiyanın müxtəlif dövrlərində aparıla 
bilər.
2.3. Dağətəyi və düzən zonalarda seyrəltmə qırmaları (güclü boy inkişafına malik və 
gövdəsi möhkəm olmayan sıx cavan ağaclıqda) əsasən yaz dövründə aparılır.
 
Dağ meşələrində seyrəltmə və keçid qırmaları qış dövrü başlayana qədər aparılır.
 
Bütün hallarda qırılacaq sahələrin seçilməsi və qırıntının aparılma vaxtı ovçuluq 
təsərrüfatı, meşədən əlavə istifadə və təbiəti mühafizə tələbləri və şərtləri nəzərə 
alınmaqla müəyyənləşdirilir.
2.4. Qarışıq bərkyarpaqlı cinslərdən ibarət meşələrdə meşəbərpa qırmaları aparmaq 
yaşına  20  il  qalmış,  yumşaq  yarpaqlı  və  pöhrədən  əmələ  gəlmiş  bərkyarpaqlı 
cinslərdən ibarət ağaclıqlarda isə 10 il qalmış qurtarır.


78
III. QIRMALARIN MİQDARI, İNTENSİVLİYİ VƏ TƏKRAR MÜDDƏTİ
3.1. Qırmaların  miqdarı  qırıntının  başlanması  və  qurtarması  vaxtından,  qırmanın 
intensivliyindən,  təkrar  olunma  müddətindən,  meşə  tiplərindən,  inkişafından, 
doluluğundan, vəziyyətindən və ərazisinin ekoloji şəraitindən asılıdır.
3.2. Qırmaların intensivlik dərəcəsi ağaclığın hansı məqsəd üçün yetişdirilməsindən, 
meşənin  tipindən,  tərkibindən,  yaşından,  bonitet  sinifindən,  quruluşundan, 
ağaclığın  vəziyyətindən,  qırmanın  növündən,  maillikdən,  relyefdən  və  digər 
amillərdən  asılı  olaraq  müəyyən  edilir.  Qırmaların  intensivlik  dərəcələri 
aşağıdakılardır:
 
zəif — 3—15 faiz;
 
orta dərəcə — 16—25 faiz;
 
güclü — 26 faizdən yuxarı.
 
Orta  yaşlı  və  yetişməkdə  olan  ağaclıqda  qırmalar  zəif  intensivlikdə,  cavan 
ağaclıqda isə daha güclü intensivliklə aparılır.
3.3. Kurort  meşələrində,  xüsusi  qiymətli  massivlərdə,  şəhərlərin  və  digər  yaşayış 
məntəqələrinin  ətrafındakı  yaşıllıq  zonalarının  müşahidələrində,  yabanı 
meşələrdə və dövlət qoruyucu meşə zolaqlarında, habelə daşlı, həddindən çox 
rütubətli  və  torpağın  qalınlığı  az  olan  meşələrdə  qırmalar  zəif  intensivlikdə 
aparılır.
3.4. Quru torpaq şəraitində qırmanın təkrar müddəti və intensivliyi torpağı rütubətli 
olan  meşələrə  nisbətən  daha  gec  aparılır.  Bu  növ  qırmaların  aparılması 
gələcəkdə  yüksək  keyfiyyətli  qiymətli  ağac  cinslərinin  formalaşdırılmasına  və 
yetişdirilməsinə şərait yaradır. Bu zaman meşənin sıxlığının aşağı salınma həddi 
qarşıya qoyulmuş məqsədlə müəyyənləşdirilir (1 hektarda ağacların sayı və en 
kəsik sahələrinə görə). Eyni qırma sahəsində qırmaların təkrar müddəti sahədəki 
ağacların ümumi inkişaf vəziyyətindən, böyüməsindən və digər təbii amillərdən 
asılıdır.
3.5. Meşənin  tipindən  və  qırma  növündən  asılı  olaraq  təkrar  qırma  müddətləri 
aşağıdakı kimi müəyyən edilir:
 
işıqlandırma qırması — 3—5 ildən bir;
 
təmizləmə qırması — 6—8 ildən bir;
 
seyrəltmə qırması — 5—15 ildən bir;
 
keçid qırması — 8—15 ildən bir.
IV.  QIRMALARIN TƏŞKİLİ VƏ TEXNOLOGİYASI
4.1. Qırmalar texnoloji xəritələr əsasında təşkil edilir və ağaclığın bütün meşəçilik 
xüsusiyyətləri, yaşı, yerin relyefi, qırıntının növü, işin aparılma texnologiyası, 
oduncağın daşınması, nəqliyyat və qoşqu vasitələrinin istifadəsi, qıtıntı yerinin 
təmizlənməsi  üsulu,  qırma  üçün  ayrılmayan  ağacların  zədələnmədən  və  meşə 
mühitinin qorunmasını təmin edən tədbirlər, texniki-iqtisadi və digər göstəricilər 
nəzərə alınmalıdır. Qırma sahəsinin sxematik xəritəsində yükləmə yerləri, əsas 
və  köməkçi  texnoloji  (daşıma)  dəhlizlər  göstərilməlidir.  Oduncağın  daşınması 
üçün texnoloji dəhlizlər və yükləmə yerləri müəyyənləşdirilməlidir. Bu məqsədlə 
ilk növbədə mövcud olan yollardan, talalardan, meşə ilə örtülü olmayan torpaq 
sahələrindən istifadə edilməlidir. Bu hallarda dəhlizlərin açılması üçün ağaclar 
kəsilmir.  Süni  surətdə  yaradılan  ağaclıqda  (əkinlərdə)  cərgə  araları  texnoloji 
dəhliz kimi istifadə olunur.
4.2. Qırma zamanı tətbiq olunan maşın və mexanizmlər meşə mühitinin saxlanılması, 
torpaq  örtüyünün  az  korlanmasını  təmin  etməlidir.  Maşın  və  mexanizmlərin 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə