97
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 9 iyul tarixli 116 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin
cəlb olunması
QAYDASI
1. Bu Qayda meşə fondunda baş vermiş yanğınların söndürülməsində fiziki və hüquqi
şəxslərin cəlb edilməsini tənzimləyir.
2. Meşə yanğını baş verdikdə meşə təsərrüfatı müəssisəsi təcili olaraq rayon (şəhər)
icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyasına (bundan sonra
Komissiya adlanacaq) , Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xəbər verir.
3. Meşə yanğınlarının söndürülməsinə meşə təsərrüfatı müəssisənin könüllü yanğın
mühafizə dəstələri, Komissiyanın və Fövqəladə Hallar Nazirliyinin tapşırığına əsasən
dövlət yanğın təhlükəsizliyi xidməti, əhali, nəqliyyat, rabitə vasitələri, çaparlar və
digər qüvvələr cəlb edilirlər.
4. Komissiya və Fövqəladə Hallar Nazirliyi meşə yanğının əhatə etdiyi ərazinin
böyüklüyündən, yanğının növündən, meteoroloji və sair amillərdən asılı olaraq, onun
tez müddətdə söndürülməsi üçün operativ tədbirləri müəyyənləşdirir, Azərbaycan
Respublikası Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına və aidiyyəti nazirlik,
komitə, idarə və təşkilatlara məlumat verir. Operativ tədbirləri hazırlamaq üçün
aşağıdakı məsələlər dəqiqləşdirilir:
yanğın söndürülməsinə cəlb ediləcək fiziki və hüquqi şəxslərin sayı və onlara radio,
telefon və çaparlar vasitəsilə xəbərdarlıq olunmasının təşkili;
yanğın baş vermiş əraziyə göndərilmək üçün bölgələrdə yanğınsöndürücü alət və
vasitələrin miqdarı
və vəziyyəti;
təbii və süni su ehtiyatlarının
mövcudluğu;
rabitə
vasitələri ilə təminat;
yanğın yerlərində nəqliyyat yolları, relyef və
torpaq örtüyü barədə məlumat;
hüquqi və fiziki şəxslərin yanğın yerinə çatdırılması üçün nəqliyyat vasitələrinin təşkili;
tibbi və iaşə xidmətinin təşkili.
5. Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının yaşayış məntəqələrində və digər
obyektlərdə yayılma təhlükəsi olan sahələri nəzarətdə saxlayır, yayılma dərəcəsindən
asılı olaraq yanğının kəşfiyyatını təşkil edir və baş vermiş yanğınların daha geniş
yayılması təhlükəsi olan hallarda əlavə qüvvələri, aviasiya vasitələrini və qonşu
rayonların (şəhərlərin) dövlət yanğın təhlükəsizliyi xidmətlərini, mülki müdafiə
dəstələrini, yerli radio qovşağı, telefon və digər rabitə vasitələri ilə elan etdirməklə
meşə yanğınlarının söndürülməsinə cəlb edir.
Digər fiziki və hüquqi şəxslər meşə yanğınlarının söndürülməsinə Fövqəladə Hallar
Nazirliyi tərəfindən könüllü cəlb edilir.
6. Meşə yanğınlarının söndürülməsi üçün cəlb edilmiş fiziki və hüquqi şəxslərə tibbi
xidmət göstərilməsi məqsədi ilə təcili yardımın, səhiyyə işçilərinin, nəqliyyat
vasitələrinin, yanğınsöndürən avadanlıqların yanğın yerinə göndərilməsi müvafiq
idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən həyata keçirilir.
7. Meşə yanğını baş verən ərazilərdə rabitə vasitələrindən, nəqliyyatdan və yanğın-
söndü rən avadanlıqlardan növbədənkənar istifadə edilir.
8. Meşə yanğınlarının söndürülməsinə cəlb olunan fiziki və hüquqi şəxslər yanğın təhlü-
kəsizliyi qaydalarına riayət etməlidirlər.
98
Meşə təsərrüfatı ilə bağlı bəzi məsələlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
QƏRARI
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
I. «Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar:
1. Meşəqırma biletinin, orderin və meşə biletinin formaları təsdiq edilsin (əlavə olunur).
2. «Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və
verilməsi Qaydaları» və «Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası»
təsdiq edilsin (əlavə olunur).
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli
qərarı ilə təsdiq edilmiş «Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası»nın 4-cü
bəndinin üçüncü abzasından «və ödənişsiz meşə bileti verilir» sözləri, 7-ci bəndinin ikinci
abzasından «və meşə bileti» sözləri çıxarılsın.
III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli
qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma,
turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»nda
aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
2-ci bəndin ikinci abzasında «müəyyən olunmuş qaydada meşə istifadəçisinə meşə
bileti verilir» sözləri «meşə istifadəçisi ilə müqavilə bağlanılır» sözləri ilə, həmin bəndin
üçüncü abzasında «meşə bileti verilmədiyi» sözləri «müqavilə bağlanılmadığı» sözləri ilə,
3-cü bənddə «Meşə bileti» sözləri «Müqavilə» sözü ilə, 4-cü və 5-ci bəndlərinin üçüncü
abzaslarında və 6-cı bənddə «meşə biletinin» sözləri «müqavilənin» sözü ilə, 7-ci bəndin 5-ci
abzasında «meşə biletində» sözləri və 9-cu bəndin üçüncü abzasında «meşə biletinə» sözləri
«müqavilədə» sözü ilə əvəz edilsin.
Aşağıdakı redaksiyada yeni 10-cu bənd əlavə edilsin:
«Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə müqaviləsinin forması Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir.»
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli
qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə
verilməsi qaydası»nda aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
2-ci bəndin üçüncü abzasında «istifadəçiyə meşə fondu sahələrinin qısamüddətli istifadəsi
üçün meşə bileti verilir» sözləri «meşə istifadəçisi ilə meşə fondu sahələrinin qısamüddətli
istifadəyə verilməsinə dair müqavilə bağlanılır» sözləri ilə, həmin bəndin dördüncü abzasında
«Meşə bileti verilməsindən imtina edildiyi» sözləri «Müqavilə bağlanılmadığı» sözləri ilə və
3-cü bənddə «meşə bileti alındığı» sözləri «müqavilə bağlanıldığı» sözləri ilə əvəz edilsin.
Aşağıdakı redaksiyada yeni 6-cı bənd əlavə edilsin:
«Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsinə dair müqavilə
forması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
hazırlanır və təsdiq edilir».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 4 oktyabr 1999-cu il № 161