Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə38/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   34   35   36   37   38   39   40   41   ...   125

114
qırma hallarına, tədarük zamanı oduncaqdan və oduncaq tullantılarından səmərəli 
istifadə edilməsinə və digər meşəqırma qaydalarına riayət edilməsinə
•  qırma  sahələrinin  düzgün  seçilməsinə,  ayrılmasına  oduncağın  tədarükü  və 
daşınması  texnologiyasına,  əməyin  təhlükəsizlik  qaydalarına,  ikinci  dərəcəli 
meşə ehtiyatlarının tədarükünün və meşədən əlavə istifadənin müəyyən edilmiş 
qaydalarına və şərtlərinə əməl olunmasına; 
•  qırıntı  üçün  təyin  olunmuş  ağacların  həcm  və  nırx  qiymətlərinin  düzgün 
hesablanmasına,  meşə  məsarifi  və  xidməti  qırıntılar  kitabının,  meşəqırma 
biletinin,  orderin  və  meşə  biletinin  doldurulmasına,  uçotuna,  saxlanmasına, 
verilməsinə, ləğv olunmasına; 
•  istifadəsi  qurtarmış  sahələrin  müayinə  aktlarının  yazılmasına,  təhvil-təslim 
sənədlərinin  düzgün  tərtib  olunmasına,  meşəqırma  qaydalarının  pozulmasına 
görə cərimələrin vaxtında ödənilməsinə; 
•  meşəbərpa  işlərinin,  meşə  əkini  və  səpini,  əkin  materiallarının  yetişdirilməsi, 
qulluq edilməsi, təbii bərpaya köməklik, az əhəmiyyətli və aşağı sıxlıqlı ağacların 
rekonstruksiya edilməsi, hidromeliorativ tədbirlərin və torpaqların rekultivasiya 
olunması, habelə çay və göllərin kənarlarının, dərə-yarğan və qumluqların, digər 
qeyri-əlverişsiz  torpaqların  meşələşdirilməsi  tapşırıqlarını  meşə  quruluşu  və 
meşə əkini layihələrinin tələblərinə uyğun aparılmasına; 
•  meşə  əkinlərinin  texniki  qəbul  edilməsi,  inventarlaşdırılması,  meşə  ilə  örtülü 
sahəyə keçirilməsi sənədlərinin və digər sənədlərin müəyyən olunmuş qaydada 
tərtib olunmasına; 
•  daimi  meşə  toxumluq  sahələrinin  seçilməsinə,  meşə  toxumlarının  tədarükü 
tapşırığına,  onların  keyfiyyəti,  toxum  ehtiyat  fondunun  miqdarı,  toxumların 
hazırlanması,  tənzimlənməsi  və  saxlanması  qaydalarına,  onların  dövlət 
standartlarına uyğunluğuna və digər texniki şərtlərə əməl olunmasına; 
•  meşə  fondunda  zərərvericilərdən  və  xəstəliklərdən  mühafizəsi  üzrə  fitosanitar 
qaydalarına  riayət  edilməsi  və  meşə  yanğınlarına  qarşı  əhali  arasında 
izahat  işlərinin  aparılmasına,  təsərrüfatların  yanğına  qarşı  yanğınsöndürən 
avadanlıqlarla, ləvazimatlarla, texniki təchizatlarla təmin olunmasına, yolkənarı 
yanğına qarşı zolaqların çəkilməsinə, təmir olunmasına və yanğına qarşı digər 
mübarizə tədbirlərinin yerinə yetirilməsinə
•  meşə  fondunun  vəziyyətinə,  istifadəsinə,  mühafizəsinə,  qorunmasına  və 
meşələrin bərpasına dair meşə qanunvericiliyində müəyyən edilən digər tələblərə 
riayət olunmasına. 
4.  Dövlət  nəzarəti  aylıq,  rüblük  və  illik  xüsusi  iş  planları  əsasında  həyata  keçirilir. 
İş  planlarında  dövlət  nəzarətinin  məqsədi,  vaxtı  və  aparılma  müddəti  göstərilir.  İş 
planları  dövlət  nəzarətini  həyata  keçirən  müvafiq  orqanların  rəhbərləri  tərəfindən 
təsdiq  edilir.  Dövlət  orqanlarının,  ayrı-ayrı  təşkilatların,  digər  hüquqi  və  fiziki 
şəxslərin müraciətləri əsasında da yoxlamalar aparıla bilər.
 
Yoxlamanın  nəticələrinə  görə  müvafiq  protokol  və  ya  akt  tərtib  edilir.  Həmin 
sənədlərdə təsdiq edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama əsasında meşə 
fondunun  vəziyyətinin,  istifadəsinin,  mühafizəsinin,  qorunmasının  və  meşələrin 
bərpasının yaxşılaşdırılması üçün müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin 
həyata keçirilməsi bütün meşə fondu istifadəçiləri üçün məcburidir.
5.  Dövlət nəzarətini həyata keçirən orqanlar öz səlahiyyətləri daxilində aşağıdakı hüquq 
və vəzifələrə malikdirlər:
•  meşə  qanunvericiliyinin  pozulmasında  təqsirkar  olan  vətəndaşları  və  vəzifəli 
şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 


115
•  meşə  qanunvericiliyinin  pozulması  nəticəsində  dövlətə  vurulan  zərərin 
ödənilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə qarşı iddia qaldırmaq; 
•  meşə qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri cinayət məsuliyyətinə 
cəlb  etmək  məqsədi  ilə  müvafiq  sənədləri  hüquq-mühafizə  orqanlarına 
göndərmək; 
meşə fondunun istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda 
meşə fondu ərazisində hüquqi və fiziki şəxslərin təsərrüfat və digər fəaliyyətlərinə məhdudiyyət 
qoymaq  və  ya  dayandırmaq,  xitam  vermək  barədə  müəyyən  edilmiş  qaydada  qərar  qəbul 
etmək.


116
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Meşə təsərrüfatı sahəsinə dair
bəzi normativ-hüquqi aktlar haqqında
Qərar № 45
Bakı şəhəri, 15 mart 2000-ci il
Azərbaycan Respublikası Meşə Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq Azərbaycan 
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  «Dövlət  meşə  kadastrı  göstəricilərinin  Siyahısı»,  «Meşələrin  iqtisadi 
qiymətləndirilməsinin Metodikası» və «Dövlət meşə kadastrının aparılması Qaydası» 
təsdiq edilsin (əlavə olunur).
2.  «Meşələrin dövlət uçotu, dövlət meşə kadastrının aparılması və dövlət meşə fondu 
torpaqlarının vəziyyətinə və istifadəsinə sahə uçotu barədə» SSRİ Nazirlər Sovetinin 
1982-ci il 8 yanvar tarixli, 17 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər 
Sovetinin  1982-ci  il  15  fevral  tarixli,  79  nömrəli  qərarı  qüvvədən  düşmüş  hesab 
edilsin.
3.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri 
A. RASİ-ZADƏ.


117
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 15 mart tarixli,
45 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Dövlət meşə kadastrı göstəricilərinin
Siyahısı
Meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi, meşə fondu torpaqlarının qısa və 
uzunmüddətli istifadəyə verilməsinin, habelə torpaqların meşə fondundan çıxarılmasının və 
ya onun tərkibinə qəbul olunmasının hüquqi əsasları;
meşə  fondunun  inzibati  ərazi  üzrə  torpaq  kateqoriyalarına  və  meşələrin  qoruyucu 
kateqoriyalara bölünməsi;
meşə əkinlərinin vəziyyəti haqqında məlumat;
meşə ilə örtülü sahələrin inzibati ərazi üzrə üstünlük təşkil edən cinslər və yaş qrupları 
üzrə bölünməsi;
meşələrin bonitet sinifləri üzrə bölünməsi;
meşələrin doluluq qrupları üzrə bölünməsi;
meşə fondunun inzibati ərazi vahidi daxilində idarə olunması üzrə bölünməsi;
meşə fondunun dövlət uçotunun məlumatları.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə