Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə21/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   17   18   19   20   21   22   23   24   ...   125

53
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə
 TƏSDİQ EDİLMİŞDİR
Meşə fondu torpaqlarının icarəyə verilməsi
QAYDASI
1.  Bu Qayda meşə fondu torpaqlarının meşə istifadəçilərinə fiziki və hüquqi şəxslərə 
(bundan sonra icarəçi adlandırılır) icarəyə verilməsini tənzimləyir.
2.  Meşə  fondu  torpaqlarının  icarəyə  verilməsini  aşkarlıq  şəraitində,  müvafiq  ərazidə 
yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya 
və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 
3.  Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası 
məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən on ilədək verilə bilər.
4.  Meşə  fondu  torpaqlarının  icarəyə  götürülməsi  üçün  icarəçi  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. 
Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. 
 
Ərizədə icarəçinin soyadı, adı, atasının adı, ünvanı, meşə fondu torpaqlarının istənilən 
yeri göstərilir.
 
Təqdim  olunan  ərizə  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi  tərəfindən  xüsusi  kitabda  qeydə  alınmaqla  qəbul  edilir,  baxılır  və  imtina 
üçün  əsas  olmadıqda  qeydə  alındığı  gündən  başlayaraq  bir  ay  müddətindən  gec 
olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır. 
 
İcarə müqaviləsi üç nüsxədən ibarət tərtib olunur, onun iki nüsxəsi müvafiq olaraq 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində və aidiyyəti 
yerli meşə təsərrüfatı orqanında saxlanılır, üçüncü nüsxəsi isə icarəçiyə verilir.
 
Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş 
qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən 
məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır.
 
İcarə müqaviləsi bağlanılmadığı halda icarəçiyə onun səbəbləri göstərilməklə rəsmi 
izahat verilir. 
5.  İcarə müqaviləsində aşağıdakılar göstərilir:
 
icarəyə verilən sahənin sərhədləri (yerləşdiyi yer, meşəçilik, kvartal, bölmə);
 
işin həcmi (ölçüləri);
 
icarənin müddəti;
 
icarəyə verilən sahənin miqdarı (hektarla);
 
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
 
icarəyə verilən sahənin mühafizəsi, qorunması, bərpası sahəsində tərəflərin öhdəlikləri 
buna görə məsuliyyət;
 
Azərbaycan  Respublikasının  meşə  qanunvericiliyi  və  tərəflərin  razılığı  ilə  nəzərdə 
tutulmuş başqa şərtlər.
6.  Meşə  fondu  torpaqlarının  icarə  müqaviləsi  əsasında  əldə  edilmiş  meşə  sərvətləri 
(məhsul) icarəçinin mülkiyyətidir.
7.  İcarəçi olan fiziki şəxs vəfat etdikdə ona məxsus icarə hüququ mövcud qanunvericilikdə 
müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.


54
 
İcarəçi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus icarə müqaviləsi mövcud 
qanunvericilikdə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir. 
 
Meşə  fondu  torpaqlarından  icarə  hüququnun  başqasına  keçməsi  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icarə müqaviləsinə 
dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. 
8.  Meşə fondu torpaqlarının subicarəyə verilməsi qadağandır.
9.  Meşə  fondu  torpaqlarından  icarə  hüququ  Azərbaycan  Respublikasının  Ekologiya 
və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya 
dayandırıla bilər: 
 
icarəçi  tərəfindən  Azərbaycan  Respublikası  meşə  qanunvericiliyinin  tələbləri 
pozulduqda;
 
icarəçi tərəfindən icarə müqaviləsinin şərtləri pozulduqda;
 
meşə  fondu  torpaqlarının  səmərəli  istifadəsini,  mühafizəsini,  qorunmasını  və 
bərpasını,  ölkənin  müdafiəsini  və  dövlətin  təhlükəsizliyini  təmin  etmək,  əhalinin 
sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və 
qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı hallarda.
 
Meşə  fondu  torpaqlarından  icarə  hüququnun  məhdudlaşdırılmasına  və  ya 
dayandırılmasına  səbəb  olan  şərait  və  şərtlər  aradan  qaldırıldıqda  bu  hüquq  tam 
həcmdə bərpa olunur.
 
İcarəçi onun meşə fondu torpaqlarından icarə hüququnun məhdudlaşdırılması və ya 
dayandırılması barədə qərarla razılaşmadıqda müəyyən olunmuş qaydada məhkəməyə 
şikayət edə bilər.
10.  İcarəçi  rəsmi  ərizə  əsasında  meşə  fondu  torpaqlarından  icarə  hüququndan  imtina 
etdikdə,  icarə  müqaviləsinin  müddəti  başa  çatdıqda,  fəaliyyəti  dayandıqda, 
Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında 
nəzərdə tutulmuş hallarda və qaydada onun meşə fondu torpaqlarından icarə hüququna 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam 
verilir. 
11.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşə  fondu 
torpaqlarından icarə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: 
 
icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;
 
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
 
icarəçi  tərəfindən  meşə  fondu  torpaqlarının  icarə  haqqının  müəyyən  olunmuş 
müddətdə ödənilmədikdə;
 
icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda;
 
icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə;
 
(Çıxarılıb) 
 
Meşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi barədə icarəçiyə rəsmi 
xəbər verilir.
12.  İcarə  müqaviləsinin  formasını  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi hazırlayır və təsdiq edir. 
13.  Bu  Qayda  ilə  nəzərdə  tutulmamış  hallarda  meşə  fondu  torpaqlarının  icarəyə 
verilməsinə dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə