Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə33/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   29   30   31   32   33   34   35   36   ...   125

97
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 9 iyul tarixli 116 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin 
cəlb olunması
QAYDASI
1.  Bu Qayda meşə fondunda baş vermiş yanğınların söndürülməsində fiziki və hüquqi 
şəxslərin cəlb edilməsini tənzimləyir.
2.  Meşə  yanğını  baş  verdikdə  meşə  təsərrüfatı  müəssisəsi  təcili  olaraq  rayon  (şəhər) 
icra  hakimiyyəti  orqanlarının  fövqəladə  hallar  üzrə  komissiyasına  (bundan  sonra 
Komissiya adlanacaq) , Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xəbər verir.
3.  Meşə  yanğınlarının  söndürülməsinə  meşə  təsərrüfatı  müəssisənin  könüllü  yanğın 
mühafizə dəstələri, Komissiyanın və Fövqəladə Hallar Nazirliyinin tapşırığına əsasən 
dövlət  yanğın  təhlükəsizliyi  xidməti,  əhali,  nəqliyyat,  rabitə  vasitələri,  çaparlar  və 
digər qüvvələr cəlb edilirlər.
4.  Komissiya  və  Fövqəladə  Hallar  Nazirliyi  meşə  yanğının  əhatə  etdiyi  ərazinin 
böyüklüyündən, yanğının növündən, meteoroloji və sair amillərdən asılı olaraq, onun 
tez  müddətdə  söndürülməsi  üçün  operativ  tədbirləri  müəyyənləşdirir,  Azərbaycan 
Respublikası  Fövqəladə  Hallar  üzrə  Dövlət  Komissiyasına  və  aidiyyəti  nazirlik, 
komitə,  idarə  və  təşkilatlara  məlumat  verir.  Operativ  tədbirləri  hazırlamaq  üçün 
aşağıdakı məsələlər dəqiqləşdirilir:
 
yanğın söndürülməsinə cəlb ediləcək fiziki və hüquqi şəxslərin sayı və onlara radio, 
telefon və çaparlar vasitəsilə xəbərdarlıq olunmasının təşkili;
 
yanğın  baş  vermiş  əraziyə  göndərilmək  üçün  bölgələrdə  yanğınsöndürücü  alət  və 
vasitələrin miqdarı və vəziyyəti;
 
təbii və süni su ehtiyatlarının mövcudluğu;
 
rabitə vasitələri ilə təminat;
 
yanğın yerlərində nəqliyyat yolları, relyef və torpaq örtüyü barədə məlumat;
 
hüquqi və fiziki şəxslərin yanğın yerinə çatdırılması üçün nəqliyyat vasitələrinin təşkili;
 
tibbi və iaşə xidmətinin təşkili.
5.  Fövqəladə  Hallar  Nazirliyi  meşə  yanğınlarının  yaşayış  məntəqələrində  və  digər 
obyektlərdə yayılma təhlükəsi olan sahələri nəzarətdə saxlayır, yayılma dərəcəsindən 
asılı  olaraq  yanğının  kəşfiyyatını  təşkil  edir  və  baş  vermiş  yanğınların  daha  geniş 
yayılması  təhlükəsi  olan  hallarda  əlavə  qüvvələri,  aviasiya  vasitələrini  və  qonşu 
rayonların  (şəhərlərin)  dövlət  yanğın  təhlükəsizliyi  xidmətlərini,  mülki  müdafiə 
dəstələrini, yerli radio qovşağı, telefon və digər rabitə vasitələri ilə elan etdirməklə 
meşə yanğınlarının söndürülməsinə cəlb edir.
 
Digər fiziki və hüquqi şəxslər meşə yanğınlarının söndürülməsinə Fövqəladə Hallar 
Nazirliyi tərəfindən könüllü cəlb edilir.
6.  Meşə yanğınlarının söndürülməsi üçün cəlb edilmiş fiziki və hüquqi şəxslərə tibbi 
xidmət  göstərilməsi  məqsədi  ilə  təcili  yardımın,  səhiyyə  işçilərinin,  nəqliyyat 
vasitələrinin,  yanğınsöndürən  avadanlıqların  yanğın  yerinə  göndərilməsi  müvafiq 
idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən həyata keçirilir.
7.  Meşə  yanğını  baş  verən  ərazilərdə  rabitə  vasitələrindən,  nəqliyyatdan  və  yanğın-
söndü rən avadanlıqlardan növbədənkənar istifadə edilir.
8.  Meşə yanğınlarının söndürülməsinə cəlb olunan fiziki və hüquqi şəxslər yanğın təhlü-
kəsizliyi qaydalarına riayət etməlidirlər.


98
Meşə təsərrüfatı ilə bağlı bəzi məsələlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 
QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I.  «Azərbaycan Respublikasının 1997-ci il 30  dekabr tarixli Qanunu ilə təsdiq edilmiş 
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar:
1. Meşəqırma biletinin, orderin və meşə biletinin formaları təsdiq edilsin (əlavə olunur).
2. «Meşəqırma biletinin, orderin və meşə biletinin uçotu, saxlanılması, doldurulması və 
verilməsi Qaydaları» və «Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası» 
təsdiq edilsin (əlavə olunur).
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli 
qərarı  ilə  təsdiq  edilmiş  «Meşə  fondu  torpaqlarının  icarəyə  verilməsi  Qaydası»nın  4-cü 
bəndinin üçüncü abzasından «və ödənişsiz meşə bileti verilir» sözləri, 7-ci bəndinin ikinci 
abzasından «və meşə bileti» sözləri çıxarılsın.
III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli 
qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, 
turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»nda 
aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
2-ci  bəndin  ikinci  abzasında  «müəyyən  olunmuş  qaydada  meşə  istifadəçisinə  meşə 
bileti  verilir»  sözləri  «meşə  istifadəçisi  ilə  müqavilə  bağlanılır»  sözləri  ilə,  həmin  bəndin 
üçüncü abzasında «meşə bileti verilmədiyi» sözləri «müqavilə bağlanılmadığı» sözləri ilə, 
3-cü  bənddə  «Meşə  bileti»  sözləri  «Müqavilə»  sözü  ilə,  4-cü  və  5-ci  bəndlərinin  üçüncü 
abzaslarında və 6-cı bənddə «meşə biletinin» sözləri «müqavilənin» sözü ilə, 7-ci bəndin 5-ci 
abzasında «meşə biletində» sözləri və 9-cu bəndin üçüncü abzasında «meşə biletinə» sözləri 
«müqavilədə» sözü ilə əvəz edilsin.
Aşağıdakı redaksiyada yeni 10-cu bənd əlavə edilsin:
«Meşə  fondu  sahələrindən  elmi  tədqiqat,  mədəni-sağlamlaşdırma,  turizm  və  idman 
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə müqaviləsinin forması Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir.» 
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli 
qərarı  ilə  təsdiq  edilmiş  «Meşə  fondu  sahələrinin  bir  ilə  qədər  qısamüddətli  istifadəyə 
verilməsi qaydası»nda aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
2-ci bəndin üçüncü abzasında «istifadəçiyə meşə fondu sahələrinin qısamüddətli istifadəsi 
üçün meşə bileti verilir» sözləri «meşə istifadəçisi ilə meşə fondu sahələrinin qısamüddətli 
istifadəyə verilməsinə dair müqavilə bağlanılır» sözləri ilə, həmin bəndin dördüncü abzasında 
«Meşə bileti verilməsindən imtina edildiyi» sözləri «Müqavilə bağlanılmadığı» sözləri ilə və 
3-cü bənddə «meşə bileti alındığı» sözləri «müqavilə bağlanıldığı» sözləri ilə əvəz edilsin.
Aşağıdakı redaksiyada yeni 6-cı bənd əlavə edilsin:
«Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsinə dair müqavilə 
forması  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən 
hazırlanır və təsdiq edilir». 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A. RASİZADƏ 
Bakı şəhəri, 4 oktyabr 1999-cu il № 161


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə