Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə31/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   27   28   29   30   31   32   33   34   ...   125

79
torpağa etdiyi təzyiqin azaldılması məqsədilə daşınma yollarının qırıntı qalıqları 
ilə  bərkidilməli,  texnoloji  dəhlizlərinin  uzunluğu  azaldılmalı, qırılan  ağacların 
baş hissəsi tərəfə sürüdülüb aparılmalıdır. Dağ şəraitində qırıntı aparmaq üçün 
hava daşıyıcı qurğularından da istifadə edilir. Nəqliyyat (sürütmə) və yükləyici 
vasitələri tətbiq etmək üçün sahədə texnoloji dəhlizlər sistemi (sürütmə yolları) 
və yükləyici yerlərin yaradılması nəzərdə tutulmalıdır.
4.3. Qırıntı üçün müəyyən edilmiş sahələrdə kəsiləcək oduncağın ümumi miqdarı, 
həmin sahələrdəki bütün ağacların hesaba alınması ilə təyin edilir.
4.4. Hesabat  zamanı  qırılacaq  ağacların  döş  hündürlüyündəki  diametrində  2—4 
santimetrlik  pilləyə  görə  ölçü  aparılır,  işlik,  yarım  işlik  və  odunluq  çıxımının 
həcmi hesablanır.
4.5. Seyrəltmə,  keçid  və  seçmə  qırmaları  üçün  nümunə  sahələrinin  salınması, 
ağacların seçilməsi meşə təsərrüfatı müəssisələrinin rəhbərliyi altında aparılır.
4.6. Qırma  sahələrinin  texnoloji  xəritələri  meşəbəyilik  tərəfindən  tərtib  olunur 
və  meşə  təsərrüfatı  müəssisəsi  tərəfindən  təsdiq  olunur.  Texnoloji  xəritəsiz 
qırmaların aparılması qadağandır.
4.7. Hər  meşəbəyilikdə  qırmaların  hesabat  kitabı  aparılır.  Kitabda  qırmaya  ayrılan 
yerlərin sahəsi və qırıntının nəticəsi qeyd olunur. Hər bir qırma sahələrinə plan, 
xəritədən başqa hesablama cədvəli də əlavə edilir.
Ayrılmış  qırma  sahəsinin  künclərində  diametri  12—16  santimetr  olan  göstərici 
dirəklər basdırılır. Göstərici dirəklərdə düzəldilmiş “aynacıqlarda” qırıntının ili, 
sahəsi, növü, başlanma müddəti göstərilir.
V.   MEŞƏ QIRMA YAŞI
5.1. Meşə qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi 
funksiyalardan,  habelə  orada  bitən  ağac  cinslərinin  bioloji  xüsusiyyətlərindən 
asılı olaraq müəyyən edilir.
5.2. Meşə qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin 
nəticəsi ilə əsaslandırılır.
5.3. Meşələrin qırma yaşı aşağıdakı qaydada müəyyən edilir:
cavan yaşlı meşələr 80 yaşa qədər (I—IV yaş sinifi);
orta yaşlı meşələr 81—120 yaşa qədər (V—VI yaş sinifi);
yetişməkdə olan meşələr 121—160 yaşa qədər (VII—VIII yaş sinifi);
yetişmiş meşələr 161—200 yaşa qədər (IX—X yaş sinifi);
yaşı ötmüş meşələr 201 yaşdan yuxarı (XI və yuxarı).
5.4. Meşəbərpa qırmaları sənaye əhəmiyyətli qırmalar olduğu üçün ancaq yetişmiş və 
yaşı ötmüş ağaclıqda aparılır.


80
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Meşə fondunun dövlət uçotu göstəricilərinin
SİYAHISI
Meşə fondunun torpaq kateqoriyalarına və qoruyucu kateqoriyalara bölünməsi;
meşələrin üstünlük təşkil edən cinslər və yaş qruplarına görə bölünməsi;
meşə fondunun inzibati rayonlar ərazisində yerləşməsi haqqında məlumat;
uçotarası  dövrdə  meşə  fondu  torpaqları  sahəsində  və  oduncaq  ehtiyatında  baş  vermiş 
dəyişikliklər;
yanğına qarşı qurğuların səciyyəsi;
meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə torpaqlarının meşəbərpa və meşəsalma 
üsullarına görə bölünməsi;
uçotarası dövrdə meşənin bərpası;
aralıq istifadə üçün qırmalar haqqında məlumat;
meşələrin doluluğa və bonitet siniflərinə bölünməsi;
meşə fondunun hidromeliorasiya səciyyəsi;
nəqliyyat yollarının səciyyəsi;
meşə fondunun vəziyyətinin öyrənilməsi.


81


82


83


84


85


86


87


88


89


90


91


92
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Meşələrin qorunub saxlanılması və
təkrar istehsalı fondunun istifadə Qaydalarının
təsdiq edilməsi haqqında
Qərar № 83
Bakı şəhəri, 21 may 1999-cu il
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.  «Meşələrin  qorunub  saxlanılması  və  təkrar  istehsalı  fondunun  istifadə  Qaydaları» 
təsdiq edilsin (əlavə olunur).
2.  «Meşə  təsərrüfatına  dəymiş  ziyana  görə  maddi  məsuliyyətə  cəlb  edilmə  qaydaları 
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 
636  nömrəli  qərarının  3-cü  bəndi  və  Respublika  fondunun  Əsasnaməsinin  təsdiq 
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 may 
tarixli 199 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3.  Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri  
A.RASİ-ZADƏ.


93
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 21 may tarixli
83 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Meşələrin qorunub saxlanılması və
təkrar istehsalı fondunun istifadə
Qaydaları
1.  Meşələrin  qorunub  saxlanılması  və  təkrar  istehsalı  fondu  (bundan  sonra  Fond 
adlandırılır)  Azərbaycan  Respublikası  meşələrinin  bərpasının,  mühafizəsinin 
və  qorunmasının,  meşə  təsərrüfatı  istehsalının  digər  tədbirlərinin,  habelə  meşə 
təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə 
yaradılmışdır  və  onun  maliyyə  mənbələri  meşə  gəlirlərindən,  meşə  təsərrüfatına 
ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir.
2.  Meşə gəlirinin tərkibinə aşağıdakılar daxil olunur:
•  müqavilə ilə istifadəyə verilmiş meşə ehtiyatlarına görə alınan vəsait (oduncaq 
tədarükü istisna olunmaqla); 
•  meşəqırma  bileti  və  order  əsasında  köküstə  buraxılan  oduncağa,  habelə 
istifadə üçün yararlı olan, külək və tufan yıxan oduncağa, ikinci dərəcəli meşə 
ehtiyatlarının tədarükünə görə alınan vəsait; 
•  meşədən əlavə istifadəyə görə daxil olan məbləğlər
•  respublika  meşələrində  müsadirə  (sekvestr)  edilmiş,  habelə  sahibi  məlum 
olmayan  oduncağın,  meşə  materiallarının,  ikinci  dərəcəli  meşə  ehtiyatlarının, 
meşədən əlavə istifadəyə görə tədarük edilmiş məhsulların satışından daxil olan 
vəsait; 
•  oduncağın və ikinci dərəcəli meşə ehtiyatlarının tədarükü və daşınma müddətinin 
uzadılmasına,  habelə  meşə  gəlirinin  vaxtında  ödənilməməsi  üçün  hesablanan 
peniyalar; 
•  Azərbaycan  Respublikasının  meşələrində  köküstü  oduncaq  buraxılışı 
qaydalarının pozulmasına görə ödənilən cərimələr; 
•  meşə qanunvericiliyinin pozulmasına görə meşə fonduna dəyən ziyanın hüquqi 
və fiziki şəxslər tərəfindən ödənilən məbləğlər
•  meşə fondu torpaqlarının birdəfəlik kənarlaşdırılması ilə bağlı olan ödəmələr; 
•  meşə təsərrüfatına dəyən zərər və itkilərə görə ödəmələr
•  sair daxilolmalar. 
3.  Fondun  vəsaitləri Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  təsdiq 
edilən aşağıdakı istiqamətlərə sərf olunur:
•  meşələrin mühafizəsinə və qorunmasına; 
•  meşələrin bərpasına və meşəsalma işlərinə; 
•  ərazinin ekoloji cəhətdən sağlamlaşdırılmasına; 
•  meşələrin  monitorinqinə,  meşə  təsərrüfatı  sahəsində  aparılan  elmi-tədqiqat 
və  layihə  axtarış  işlərinə  (meşə  quruluşu,  torpaqların  inventarizasiyası,  meşə 
fondunun uçotu); 
•  turizm və rekreasiya xidməti üçün sahələrin yaradılmasına, bu sahənin inkişafına 
sərf olunan digər xərclərə


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə